Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1402/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, o ## ####### 2025-ci il tarixində saat təxminən 11:05 radələrində Bakı, Köndələn 7,3 ünvanında etibarnamə əsasında idarə etdiyi ** NF *** dövlət nömrə nişanlı avtomobili saxlamışdır. Avtomobilə yaxınlaşan zaman Dövlət Yol Polisinin əməkdaşının avtomobilinin şəklini çəkdiyini görmüşdür. Səbəbini soruşmuş, bildirilmişdir ki, "burda maşın saxlamaq olmaz". O həmin yerdə dayanma durmanı qadağan edəcək heç bir nişan və ya nişanlanma xətti olmadığını bildirdikdə, Dövlət Yol Polisinin əməkdaşı "artıq göndərmişəm" demiş və oranı tərk etmişdir. Daha sonra ona Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 346.4-cü (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) maddəsi əsasında 80 manat məbləğində cərimə və 2 cərimə balı yazılmışdır. Həmçinin nəzərinizə çatdırmaq istəyir ki, avtomobili saxladığı yerdə dayanma durmanı qadağan edəcək heç bir nişan və ya nişanlanma xətti yoxdur. Həmçinin avtomobili saxladığı yer nəqliyyat vasitələrinin hərəkət etdiyi yol deyildir. Belə ki, həmin yer avtomobil təmir və yuyucu müəssəsinin qarşısında olan dayanacaqdır. Həmçinin həmin yerin nəqliyyat vasitələrinin hərəkət etdiyi yol olmasını bildirəcək də heç bir nişan və ya nişanlanma xətti yoxdur. Həmçinin, ## ####### 2025-ci il tarixində saat 11:17 də ona məxsus olan +*** ** *** ** ** mobil nömrə vasitəsilə Azərbaycan Respublikası, Daxili Işlər Nazirliyinin 102 qaynar telefon xəttinə zəng edərək şikayət etmişdir. Həmin tarixdən bu günə qədər şikayətinə baxılmamışdır. Ümumiyyətlə bu məsələ ilə bağlı onunla əlaqə saxlanılmamışdır. Həmin protokoldan Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətinə Sabunçu Rayon Məhkəməsində 3(008) ****/**** nömrəli iş üzrə baxılmış, ## ###### 2025-ci il tarixli qərar ilə qismən təmin edilmiş və Baş Dövlət Yol Polisi Idarəsinin həmin protokol üzrə verilmiş ## ####### 2025-ci il tarixli EQ seriyalı ******** nömrəli inzibati tanbeh vermə haqqında qərarı ləğv edilərək işə yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. Baş Dövlət Yol Polisi Idarəsi yenə də işi mahiyyəti üzrə demək olarki araşdırmadan ## ###### 2026-cö il tarixli, **/*-***** nömrəli qərarı ilə həmin protokol əsasında yenidən onu 2 bal və 80 manat məbləğində cərimələmişdir. Həmin qərar ona Azərpoçt vasitəsilə ## ###### 2026-cı il tarixində təqdim edilmişdir. Baş Dövlət Yol Polisi Idarəsinin **/*-***** nömrəli qərarı qəbul edilərkən Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərarında məhkəmənin gəldiyi nəticələr və hüquqi mövqeyinin əsaslarında qeyd edilmiş faktlara dair hər hansı araşdırma aparılmadığı kimi müvafiq əsaslandırma qeyd edilməmişdir. Barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək avtomobilini hər zaman orada park etdiyini və həmin hissənin yolun hərəkət hissəsi olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdiriləmədən saxlanmasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək Qərardan şikayət verən orqan (şəxs) 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. -məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair videogörüntüdən görünür ki, “BMW 520 minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin saxlanıldığı yerin yolun hərəkət hissəsinin kənar olması, həmin yerdə dayanma və durmanın qadağan olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026- cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsi iş materiallarında olan video görüntü və foto şəkillər ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### ****-ci nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Baş Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1402/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1402/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver