Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1407/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlu, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, açıq məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Sabunçu Rayon Icra Şöbəsinin böyük icra məmuru Mustafayev Rəşad Məhərrəm oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, o, xaricdən başqa şəxsə məxsus maşın gətirir və həmin şəxs tərəfindən ona müvafiq zəhmət haqqı ödənilir. Həmin pulla da o, məhkəmə qətnamələrini icra edir. Məhkəmənin özünə də təqdim etdiyi ona məxsus ümumvətəndaş pasportundan görünür ki, ## #### 2026-cı il tarixdə o, Avropadan deport olundu və bu səbəbdən işsiz qaldı. Məhz bu üzrlü səbəbdən məhkəmə qətnamələrinin icrasında geçikmələr oldu. Hazırda iş axtarır və qətnamələrin icrasını təmin ütmək üçün çalışır. Işə baxan hakim də buna əmin olmasına baxmayaraq, heç bir maddi imkanı olmayan şəxsi yenidən 500 manat cərimə etməklə qanunsuz, ədalətsiz və qeyri- hümanist qərar qəbul etdi. Bundan əlavə, icra məmuru ödəməli olduğu məbləği düzgün hesablamamış, əsassız olaraq şişirtmiş, bunu möhtərəm hakimin nəzərinə çatdırmağına baxmayaraq, heç bir araşdırma aparmadan qərar qəbul etdi. Halbuki, məhkəmənin qərarında aliment üzrə 3200 manat, borc tələbi ilə bağlı 4.500 manat borcu olduğu göstərilsə də, lakin icra məmurunun ## ### 2026-cı il tarixli məkubundan görunur ki, əslində borc tələbi üzrə 3.500 manat (məhkəmə qərarında göstəriləndən 1.000 manat az), aliment üzrə isə 2.800 manat (məhkəmə qərarında göstəriləndən 400 manat az) borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, borcdan 500 manat ödənilməsinə dair sənəd təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayəti, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Sabunçu Rayon Icra Şöbəsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 705 manat aliment və 9.060 manat borc tələbi tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda aliment tələbi üzrə 3.200 manat və borc tələbi ilə bağlı 4.500 manat borcu, ümumilikdə 7.700 manat məbəğində borcu vardır. Bununla da o, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Icra Şöbəsinin icra məmuru Mustafayev Rəşad Məhərrəm oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə craata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda iki icra sənədi üzrə 7.700 manat məbləğində aliment borcu vardır. Zərərçəkmiş şəxs icra sənədi üzrə tələbin icra edilməməsindən şikayətçidir. Yaranmış borcun ona tam şəkildə ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, icra sənədi üzrə davamlı olaraq ödənişlər etmişdir. Son vaxtlar ödənişlər etməkdə çətinlik çəkdiyindən ödənişlər gecikmişdir. Hazırda ödəniş etməyə maddi imkanı yoxdur, lakin ayın 15də ödəniş edəcəkdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-****/**** saylı icra sənədinə əsasən Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2319/2022 sayl, ## ######## 2022-ci il tarixli, qətnaməsi əsasında cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ## ###### 2008-ci il təvəllüdlü X3, ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılmalı, ## ###### 2008-ci il təvəllüdlü X3, ## #### 2010-cu il təvəllüdlü X4 və ## ###### 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Icraata başlamaq haqqında ## ##### 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Tələbin könüllü icrası haqqında ## ##### 2024-cü il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-****/**** saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Füzuli Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-**/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs **-FA-*** dövlət qeydiyyat nişanlı, KIA CEED minik markalı avtomobilin satışından əldə olunmuş 8.000 manat vəsaitin V2 hissəsi olan 4.000 manat, **-TK-*** dövlət qeydiyyat nişanlı, DACIA LOGAN minik markalı avtomobilin satışından əldə olunmuş 10.000 manat vəsaitin 1/2 hissəsi olan 5.000 manat, cəmi 9.000 manat və Mediasiya təşkilatına ödənilmiş rüsuma görə 60 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs qızma ödənilməlidir. Icraata başlamaq haqqında ## #### 2025-ci il tarixli qərarın surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-**/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Tələbin könüllü icrası haqqında ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Füzuli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-2(064) **/**** saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında ## ### 2026-cı il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli və Füzuli Rayon Məhkəməsinin e-*(***)- **/****-*** saylı, ## ### 2025-ci il tarixli icra sənədləri ümumi ******/****-*-** saylı icra işinin icraatında birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Icra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 705 manat aliment və 9.060 manat borc tələbi tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hazırda ödənişlər etdiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment tələbi üzrə 3.200 manat və borc tələbi ilə bağlı 4.500 manat borcu, ümumilikdə 7.700 manat məbləğində borcu vardır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə davamlı olaraq ödənişlər etdiyini, son vaxtlar ödənişlər etməkdə çətinlik çəkdiyindən ödənişlərdə gecikmələr olduğunu, hazırda ödəniş etməyə maddi imkanı olmadığını, lakin ayın 15-də ödəniş edəcəyini əsas gətirsə də, hazırki icra sənədi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını, şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməyə borclu olmasını, buna baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməməsi qərəzli olaraq yayınma kimi qiymətləndirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsə ödənilməli məbləğin bir hissəsini ödəməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu ödəməməsinin üzrsüz səbəbdən olması sübut edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsinin iclasında 500 manat aliment borcundan ödəməsini təsdiq edən qəbz təqdim etmişdir. Qəbzdən görünür ki, ## ### 2026-cı ildə ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin iclasında söz verdiyi kimi ## ### 2026-cı ildə ödəniş etmişdir. Məhkəmənin qərarında aliment üzrə 3.200 manat, borc tələbi ilə bağlı 4.500 manat borcu olduğu göstərilsə də, qərardan sonra icra məmurunun ## ### 2026-cı il tarixli məkubundan gorunur ki, əslində borc tələbi üzrə 3.500 manat (məhkəmə qərarında göstəriləndən 1.000 manat az), aliment üzrə isə 2.800 manat (məhkəmə qərarında göstəriləndən 400 manat az) borcu vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Füzuli Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-**/**** saylı icra sənədi üzrə borcundan 2.000 manat məbləği tələbkara ödəmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində 4 ədəd nəqliyyat vasitəsinin olmasına baxmayaraq icra məmuru borcun ödənilməsi üçün müvafiq addımlar atmamışdır. Işdə olan təqdimatdan görünür ki, Icra şöbəsi tərəfindən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair ##.##.2026-cı ildə rayon məhkəməsinə müraciət edilmişdir. Lakin təqdimatın nəticəsi barədə iş materiallarında məlumat zərərçəkmiş şəxs və ya icra məmuru tərəfindən təqdim edilməmişdir. Halbuki icra məmuru həbs tədbiri effekt vermədiyi halda hazırkı protokolu tərtib etməli idi. Işin faktiki hallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xaricdən başqa şəxsə məxsus maşın gətirir və həmin şəxs tərəfindən ona müvafiq zəhmət haqqı ödənilir. Həmin pulla da o, məhkəmə qətnamələrini icra edir. Təqdim edilən ümumvətəndaş pasportundan görünür ki, ## #### 2026-cı il tarixdə o, Avropadan deport olunmuş və bu səbəbdən işsiz qalmışdır. Göstərilən hallar borcun tam və birdəfəlik şəkildə icra edilməməsinin üzürlü halları kimi nəzərə alınmalı idi. Qeyd edilənlər və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclarını hissəvi şəkildə olsa da, ödəməyə davam etməsi onun əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olmasını istisna edir. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə icraata хitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1407/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1407/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver