Məhkəmə qərarları › İş №3(3-6)-1409/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1409/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1409/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X3, “xxxx” X4 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkəmənin icraatına “xxxx” tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 (iki min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində araşdırma aparılarkən “xxxx” tərəfindən təqdim edilən DVD diskdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtonəqliyyat vasitəsinin sürücüsü reysqabağı tibbi yoxlamadan keçməməsi qənaətinə gəlmişdir. Lakin diqqətlə nəzər salındıqda tibbi müayinə aktının və həkimin möhürü olduğu görülməkdədir. Eləcə də, nəqliyyat vasitəsi texniki baxışdan keçərək portal.com.az saytından elektron kabinetə yerləşdirilmişdir. Nəzərə almaq lazımdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC olaraq hər hansı hüquqi və ya fiziki şəxsin məhsularını deyil, tərəfindən təyin olunan öz sürücüləri, öz vəsaiti hesabına, öz məhsularının daşınmasnı təşkil edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından AR X8 326-cı maddəsinin “X10” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarı əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “X10” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası X8 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyilər. Yəni, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus nəqliyyat vasitəsini hər hansı ödəniş müqabilində digər şəxs(lər) deyil, əmək müqaviləsinə əsasən işləyən sürücü idarə etmişdir. “X10” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il # #### tarixli ***-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Sərəncamına əsasən “X10” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi nəzərdə tutulduğundan “xxxx”nin Inzibati xəta haqqında Protokolu qanunsuz və əsassızdır. “xxxx” apellyasiya şikayətinə etiraz verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının və ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun qüvvədə qalmasını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxs qismində 3.000 (üç min) manat məbləğində inzibati cərimə olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2025-ci il tarixli qərarında hesab etmişdir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara, qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Bu qərara uyğun olaraq X10 qanuna müvafiq dəyişiklik edilmişdir. Belə ki, qanunun 1.0.9-cu maddəsində “daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu qanunun müvafiq olaraq 1.0.4 və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir. Yük daşımanı həyata keçirən şəxslər qanunvericiliyə əsasən müayinəni həyata keçirməlidir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən “xxxx” X4 nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında həmin protokola əsasən ## ##### 2026-cı il tarixində saat 11:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” ## ##### 2026-cı il tarixli aktdan görünür ki, ## ##### 2026-cı il tarixində saat 11:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük daşıması yerinə yetirən “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini Bağırov Ismayıl Müseim oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozduğu aşkar olunmuşdur. Iş materiallarında olan DVD diskdən görünür ki, ## ##### 2026-cı il tarixində saat 11:45 radələrində xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “X10" Qanunun 26.3-cü maddəsi ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların üzərinə qoyulmuş vəzifəyə əsasən, onlar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərin reysqabağı tibbi müayinəsini təşkil etməlidirlər. “X10” Qanunun 26.3-cü maddəsinin tətbiqini təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın (bundan sonra – Qaydalar) 1.2-ci bəndinə əsasən, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Göründüyü kimi “X10” Qanuna əsaslanaraq qəbul edilmiş həmin Qaydalarda da onun hüquqi şəxs və fərdi sahibkarların həyata keçirdiyi istənilən sərnişin daşımasına deyil (məsələn, hüquqi şəxsin özünə məxsus olan avtobusla işçilərinin iş yerinə gediş-gəlişini təşkil etməsi), məhz kommersiya məqsədli sərnişin daşımalarına aid edildiyi öz əksini tapmışdır. Işdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nəqliyyat vasitəsilə həyata keçirilən yük daşıma kommersiya fəaliyyətindən irəli gəlmişdir. Ona görə apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2025-ci il tarixli qərarında hesab etmişdir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara, qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarından da göründüyü kimi, məhkəmə məhz qanunvericiliyə edilə biləcək dəyişiklikləri mümkün sayaraq həmin dəyişiklər ediləcəyi təqdirdə reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin haqq müqabilindən başqa digər daşımaları həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilə biləcəyini vurğulamışdır. Məhz Konstitusiya Məhkəməsinin sözügedən mövgeyindən irəli gələrək Qanunvericilikdə aşağıda qeyd olunan müəyyən dəyişiliklər və əlavələr edilmişdir. Belə ki, # #### 2026-cı ii tarixli 375-VIIQD nömrə “Azərbaycan Respublikasının Qanunu ilə “X10” Azərbaycan Respublikası Qanununda bəzi dəyişiliklər edilmiş, o cümlədən də 1,0.9-cu maddəsi yeni redaksiyada verilmişdir. 1.0.9-cu maddəsində “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir. Beləliklə “X10” Azərbaycan Respublikası Qanunu hal-hazırda qüvvədə olan 1.0.9-cu maddəsiənə əsasən daşıyıcı - daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlardır. Qanunun 1.0.4-cü yarımbəndinə uyğun olaraq avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar- sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; Qanunun 1.0.5-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar- hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. Beləliklə, qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən müəyyən olunur ki, daşıyıcı anlayışı bir birindən asılı olmayan daşımaları həyata keçirən şəxslərə şamil edilir: daşınma müqaviləsi (haqq müqabilində) əsasında daşımaları həyata keçirən 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlara, digər qanuni əsaslarla daşımaları 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlara. Işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ##### 2026-cı il tarixində saat 11:45 radələrində mülkiyyətində olan “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yük daşıma fəaliyyətini həyata keçirən sürücü Bağırov Ismayıl Müseim oğlunun reysqabağı tibbi müayinədən keçirilməsi təşkil edilməmiş, eyni zamanda nəqliyyat vasitəsi reysqabağı texniki baxışdan keçirilmədən reysə buraxılmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyıcı olsa da, cəmiyyətin mülkiyyətinə olan nəqliyyat vasitəsi texniki müayinədən, sürücüsü isə tibbi müayinədən keçmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər sübutlar vardır. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə şikayətin dəlilinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini düzgün olaraq nəzərə alıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə əməlinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar