Məhkəmə qərarları › İş №3(3-6)-1410/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1410/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1410/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ####### 1982-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs X7 İmran qızının nümayəndəsi – Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına Bakı şəhər Nərimanov RPİ 16ci Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs X7 İmran qızının nümayəndəsi – Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Vəkil apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, X7 İmran qızı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ## ###### 2019-cu ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan ##.##.2007-ci il təvəllüdlü X5, ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Ailə həyatı bir neçə il davam etməsinə baxmayaraq xarakter uyğunsuzluğu səbəbindən pozulmuşdur. Artıq onların ailə münasibətlərinın bərpası mümkün deyil, onlar faktiki olaraq ayrılmış, nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ilə Binəqədi Rayon Məhkəməsinə iddia qaldırmışdır. Keçmiş həyat yoldaşı ilə birgə yaşadığı dövrdə də dəfələrlə fiziki və psixoloji zorakılıq törətmişdir. Hal-hazırda o X7 İmran qızına hədə-qorxu gəlir, hətta ünvan 2 ünvanında yerləşən Nərgiz Klinkasının qarşısında onun qarşısını kəsərək hədə-qorxu gələrək istifadə etdiyi maşına əyləşməyə imkan verməyərək, məcburi əlindən dartaraq öz maşınına mindirmək istəyib. Küçədə səs küyə insanlar toplaşaraq onu onun əlindən almışlar. Bu hadisədən sonra qadın psixoloji sarsıntı, qorxu, həyəcan keçirmiş, nəticədə səhətində problem yaşanmışdır. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16 yaşlı övladı X2 ataraq hədə qorxu gələrək, nalayiq ifadələr işlədərək uşağını qorxu altına saxlamışdır. Yekun olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 İmran qızını ##.##.2026-cı il tarixdə restoranda olarkən nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X7 İmran qızının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, inzibati işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə X7 İmran qızını nalayiq ifadələrlə təhqir edərək şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edilməsi müəyyən edilməmişdir. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs restoranda X7 İmran qızının yanında əyləşmiş, onunla söhbət etməyə cəhd etmiş, daha sonra X7 İmran qızı oradan çıxıb getmək istəmiş, bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəlcə onun getməsinə icazə verməyib yenidən onunla danışmağa cəhd etmiş, daha sonra X7 İmran qızının getməsinə şərait yaratmışdır. X7 İmran qızı oradan uzaqlaşdıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin masada əyləşən digər xanımlarla danışmışdır. Bu halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri ictimai qaydanın pozulması kimi dəyərləndirilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Həmin Məcəllənin İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini araşdırıb, işdə iştirak edən şəxslərin izahatını, eləcə də inzibati materialda olan sənədləri apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq, iş üzrə sübutları qiymətləndirərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs X7 İmran qızının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar