Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1411/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli qərardan şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən ##.##.2026-cı il tarixli № **/*-***** nömrəli inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.7ci maddəsi əsasında mənim nəqliyyat vasitəsini idarə etmək hüququm 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. ##.##.2026- cı il tarixdə **-BZ-*** dövlət qeydiyyat nişanlı «BYD DESTROYER 05 PLUG-IN HİBRİD» markalı nəqliyyat vasitəsini idarə etdiyim zaman yol hərəkəti qaydalarının pozulmasına görə EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış, eyni zamanda İXM-nin 327.7-ci maddəsi əsasında bir il ərzində 20 və daha çox bal toplamasına görə nəqliyyat vasitəsini idarə etmək hüququm 6 ay müddətinə məhdudlaşdırılmışdır. Qeyd edilən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə İş № *(5-97)-203/2026 üzrə qərar qəbul edərək şikayətimi qismən təmin etmiş, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv etmiş və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi yenidən araşdırma keçirərək ##.##.2026-cı il tarixdə yeni qərar çıxarmış — bu dəfə yalnız İXM-nin 327.7-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququmun 6 ay müddətinə məhdudlaşdırılmasma dair qərar verilmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarında qeyd olunan tapşırıqlar yerinə yetirilməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərarında açıq şəkildə göstərmişdir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərə zidd olaraq işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə şikayətçinin hüquqlarını pozmuşdur. Məhkəmə yenidən araşdırma aparılmasını tapşırmışdır. Lakin yenidən araşdırma zamanı da eyni qüsurlar aradan qaldırılmamış, iş tam və obyektiv araşdırılmamışdır. Nəqliyyat vasitəsinin ona etibarnamə əsasında istifadəyə verilməsi faktı araşdırılmamışdır. İlkin qərarda saat 13:09 göstərildiyi halda, qərarda 20:03 vaxtı qeyd edilməsi kimi ziddiyyətlər araşdırılmamışdır; Trafık kamerasının zolaq müəyyənliyi, yəni nəqliyyat vasitəsinin 1-ci cərgədə durması faktı tam olaraq sübuta yetirilmədən sanksiya tətbiq edilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli qərarı ona Azərpoçt vasitəsilə göndərilmişdir. Zərf Xaçmaz Rayon Poçt Şöbəsinə ##.##.2026-cı il tarixdə daxil olmuş, lakin şəxs bayram tətilləri səbəbindən qərarı fiziki olaraq ##.##.2026-cı il tarixdə poçtdan götürmüşdür. İXM-nin 57.1 və 57.5-ci maddələrinə əsasən qərardan şikayət müddəti həmin qərarın şəxsə rəsmi qaydada verildiyi vaxtdan hesablanır. Nəzərə alınaraq ki, qərar faktiki olaraq ##.##.2026-cı il tarixdə ona çatdırılmışdır, şikayətin verilmə müddəti bu tarixdən hesablanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, İş No 3(5-97)- 1861/2026 üzrə qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş, lakin işi yenidən araşdırılmaq üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə qaytarmışdır. Həmin qərarla razılaşmır, çünki mövcud halların məcmusu yenidən araşdırmaya deyil, iş üzrə icraata tam xitam verilməsinə əsas verir. Zəruri hüquqi konteksti aydınlaşdırmaq məqsədilə qeyd etmək lazımdır ki, **/*-***** nömrəli qərar bir hadisənin deyil, ardıcıl bir icraatlar silsiləsinin nəticəsidir. ##.##.2026-cı il tarixdə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ ******** nömrəli elektron qərar qəbul edilmiş, həmin qərarla İXM-nin 346.4-cü maddəsi əsasında ona cərimə tətbiq olunmuş, eyni zamanda İXM-nin 327.7-ci maddəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququm 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərara Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə ##.##.2026-cı il tarixdə İş No 3(5-97)- 203/2026 üzrə qərar qəbul edərək şikayəti qismən təmin etmiş, EQ ******** nömrəli elektron qərarı ləğv etmiş və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərmişdir. Məhkəmə həmin qərarda açıq şəkildə müəyyən etmişdir ki, səlahiyyətli orqan işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə onun hüquqlarını pozmuşdur. Yenidən araşdırma aparılmasına baxmayaraq, DİN Baş Dövlət Yol Polis İdarəsi ##.##.2026-cı il tarixdə 16/1- ***** nömrəli yeni qərarı qəbul etmişdir. Bu dəfə 346.4-cü maddə üzrə hissə çıxarılmış, yalnız İXM-nin 327.7-ci maddəsi əsasında sürücülük hüququmun 6 ay məhdudlaşdırılmasına dair qərar verilmişdir. İXM-nin 327.7ci maddəsinə əsasən sürücülük hüququnun məhdudlaşdırılması üçün müəyyən maddələr üzrə bir il ərzində 20 və daha çox bal toplanması tələb olunur. Mübahisəli qərarda nəzərdə tutulmuş balların əsas hissəsini isə məhz EQ ******** nömrəli elektron qərar - yəni İXMnin 346.4-cü maddəsi üzrə cərimə təşkil etmişdir. Lakin həmin qərar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə qanuni qüvvədən düşmüşdür. Ləğv edilmiş qərar üzrə hesablanmış ballar hüquqi cəhətdən mövcud sayıla bilməz. Bu halda İXM-nin 327.7-ci maddəsinin tətbiqi üçün əsas olan 20 bal toplanması faktı sübuta yetirilmiş hesab edilə bilməz. Belə olduqda maddənin tətbiqinin hüquqi əsası da aradan qalxır. Eyni zamanda qeyd etmək lazımdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsi yenidən araşdırma zamanı Nərimanov Rayon Məhkəməsinin müəyyən etdiyi qüsurları aradan qaldırmamışdır. Məhkəmə birinci qərarında açıq şəkildə göstərmişdir ki, nəqliyyat vasitəsinin etibarnamə əsasında istifadəyə verilməsi faktı araşdırılmalıdır. Lakin bu məsələ ikinci araşdırma zamanı da diqqətdən kənarda qalmışdır. Bundan başqa, iş materiallarında ciddi zaman ziddiyyəti mövcuddur: ilkin qərarda hadisənin baş verdiyi saat 13:09 göstərildiyi halda, mübahisəli qərarda 20:03 vaxtı qeyd edilmişdir. Bu ziddiyyət nə birinci, nə də ikinci araşdırma zamanı izah edilmişdir. Trafık kamerasının görüntüləri nəqliyyat vasitəsinin dəqiq hansı cərgədə dayandığını birmənalı şəkildə sübut etmədən sanksiya tətbiq edilmişdir. Həm birinci, həm də ikinci məhkəmə iclasında isə DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi iştirak etməmiş, müvafiq görüntü materialları və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məluma verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli **/*-***** saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) «BYD DESTROYER 05 PLUG-IN HİBRİD» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün sürücülük hüququ 6 ay məhdudlaşdırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə İş № *(5-97)- 203/2026 qərarından görünür ki, şikayəti qismən təmin etmiş, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv etmiş və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında yolun hərəkət hissəsinin 1-ci zolağında dayandığına istinad etmiş, daha sonra isə izahatını düzəldərək faktiki olaraq 1-ci cərgədə olduğunu qeyd etmişdir. İXM-nin 346.4cü maddəsi, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən etmişdir. Göründüyü kimi, qanunverici burada zolaq ifadəsində yox, cərgə ifadəsindən istifadə etmişdir. Yolun hərəkət hissəsində ikinci və sonrakı cərgələrdə dayanan nəqliyyat vasitələri hərəkət axınına mane olmaqla, hərəkətin intensiv olduğu vaxtlarda tıxaclraın yaranması səbəb olaraq, yol hərəkətinin təhlükəsizliyinə mane olmaqdadır. Sürücü faktiki olaraq 1-ci cərgədə dayandığına istinad etsə də, özü tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, yolun birinci cərgəsi hesab edilən, avtomobillərin park etməsi üçün nəzərdə tutulmuş ən sağ hissədə faktiki olaraq ard-arda nəqliyyat vasitələri dayanmışdır. Qərardan şikayət verən orqan (şəxs) isə nisbətən sağa tərəf istiqamət götürsə də, avtomobilin çox hissəsi ikinci cərgənin daxilinə düşmüşdür. Göründüyü kimi, təqdim edilmiş fotoşəkillər prima facie (ilk baxışda) sürücünün ikinci cərgədə dayanmasına işarə etməkdədir. Lakin, təqdim edilmiş fotoşəkillər hərəkət axınını və nəqliyyat vasitələrinin düzüldüyü cərgələri tam əks etdirmədiyindən və səlahiyyətli orqan məhkəmə iclasında iştirak edərək müvafiq görüntüləri və digər sübutları təqdim etmədiyindən iş üzrə yekun qənaətə gəlmək mümkün olmamışdır. Bundan əlavə, sürücü özü də İXM-nin 327.7-ci maddə ilə təqsirli bilinməsinə əsas olmuş əvvəlki tənbeh qərarlarından da şikayət verdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, nzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Həmin xüsusatı araşdırmaq məqsədilə hazırda yeni araşdırma aparılmalıdır Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək məhkəmənin göstərdiyi xüsusatların araşdırılmasının zəruriliyi qeyd edir və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri qismində göstərilmiş hallar yenidən araşdırma nəticəsində öz təsdiq və ya təkzibini tapa bilər ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılmasına dair ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1411/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1411/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver