Məhkəmə qərarları › İş №3(3-6)-1413/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1413/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1413/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Azərbaycan Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti uzun müddət sonra ## ##### 2026-cı il tarixdə tərtib edilərək göndərilmişdir. Göründüyü kimi, hazırki halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət başa çatandan sonra verilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət də təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar