Məhkəmə qərarları › İş №3(3-6)-1415/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1415/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1415/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin İXP ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsinin hakimi qerarında göstermişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xeberdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Bununla bağlı qeyd edilir ki, İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. nzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada tərtib edilmişdir. İş materiallarında sürücü Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmə qaydalarını pozması, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, həmçinin bir il ərzində topladığı cərimə ballarının sayı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi həmin hallara tam hüquqi qiymət verməmişdir. Qərarda hakim tərəfindən heç bir əsaslandırma aparmamışdır. Hazırkı işdə qayda pozuntusu YPX inspektoru tərəfindən yerində aşkar edilmiş, inzibati xəta haqqında protokol qanuni qaydada tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə qədər artıq mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verdiyindən 18 cərimə balı toplamışdır. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilməməklə qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, sonuncunun İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin İXP ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən yalnız buna əsaslanmışdır ki, inzibati araşdırma pozuntulara yol verilməsi ilə aparılmışdır. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində inzibati pozuntu törətmiş və ##.##.2026-cı il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 08:50-də “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı **-UP-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına və Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə, səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməkdə təqsirli olmasına dair zəruri sübutları təqdim etmədiyinə istinad edərək şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair yekun qənaətə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixində saat 08:50radələrində idarə etdiyi BYD DESTROYER 05 PLUG-IN HIBRID minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən YPX inspektoru R Səbuhi Səfərəliyev tərəfindən saxlanılmış xətanın mahiyyəti sürücüyə izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən Bakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, iş materiallarında olan protokol və qərar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini müəyyən etməyə kifayət edir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 76-cı maddəsinə əsasən. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 133.2.8-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXMnin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin İXP ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar