Məhkəmə qərarları › İş №3(3-6)-1416/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1416/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1416/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla (bundan sonra - ## #### 2026-cı il tarixli qərar) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXMin) 327.2, 327.7 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın həmin qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X2) ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin qismən təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş materiallarının yenidən araşdırmanın aparılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və qəbul etdiyi ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 17:06-da Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində “Hyundai Sonata hibrid minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması və nizamlanmayan piyada keçidində piyadaya yol verməməsindən ibarət, səlahiyyətli orqanın əməkdaşının bilavasitə aşkar etdiyi, Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 327.2 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair faktlar inzibati xəta haqqında protokol və texniki müşahidə vasitəsi ilə qeydə alınmış videogörüntü ilə təsdiq olunur. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın verdiyi şikayətə Qərardan şikayət verən orqan (şəxs)nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 54.İ. maddəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. - 77.İ maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İXM-in: - 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə, - 327.7-ci maddəsində bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına, - 330.0.1-ci maddəsində sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, səlahiyyətli orqan qəbul etdiyi ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə ona görə təqsirli bilmişdir ki, o, ## #### 2026-cı il tarix, saat 17:06-da Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində “Hyundai Sonata hibrid minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nizamlanmayan piyada keçidində piyadaya yol verməmişdir. İş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş, Azərbaycan Respublikası İXM-in 327.2 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsinin apellyasiya məhkəməsi iclasında təqdim etdiyi videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026cı il tarix, saat 17:06-da Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində “Hyundai Sonata hibrid minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması və nizamlanmayan piyada keçidində piyadaya yol verməməsindən ibarət, səlahiyyətli orqanın əməkdaşının bilavasitə aşkar etdiyi, Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 327.2 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tamamilə sübuta yetirilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin bu halları nəzərə almaması, gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Beləliklə, iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı, sonuncunun verdiyi ilkin şikayət əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar isə qanunsuz və əsassızıdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs)nın verdiyi ilkin şikayət təmin edilməməli, səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs)nın verdiyi ilkin şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar