Məhkəmə qərarları › İş №3(3-6)-1418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1418/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1418/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X1 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş İXP ******* saylı ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi Bakı şəhər X1 İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında protokolun araşdırılıb qərar verilməsini xahiş etmişdir. DYP-nin nümayəndəsi məhkəməyə kamera görüntüsü təqdim etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. DYP-nin əməkdaşı qərarı qüvvədə saxlayaraq yenidən məhkəməyə getməsini bildirmişdir. Adına yazılmış cərimənin silinməsini istəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində 13:43 radələrində Bakı şəhəri Babək prospekti 34 ünvanında yolun hərəkət hissəsinin işarəsinin tələbinə riayət etməyərək qayda pozuntusuna yol vermişdir. Həmin vaxt ərazidə xidmət aparan YPX inspektoru R X2 tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyə uyğun tərtib edilmiş və həmin sənədlər inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi çıxış edir. Məhkəmə bu sübutlara lazımi hüquqi qiymət verməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qaydalarının pozulması inzibati materiallarla təsdiq olunur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Video sübutun təqdim olunmaması qərarın ləğvi üçün əsas deyil Qanunvericiliyə əsasən inzibati xətanın sübutu yalnız video və ya foto materiallarla məhdudlaşmır. Protokol və vəzifəli şəxsin müşahidəsi də sübut kimi qəbul edilir. Hakim bu halı nəzərə almamışdır. Hakim prosessual normaları düzgün tətbiq etmədən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan nəticəyə gəlmiş, nəticədə əsassız olaraq inzibati iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər X1 İdarəsi tərəfindən ## ###### 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş ## ###### 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Yenidən araşdırma nəticəsində Bakı şəhər X1 İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 13:43-də “Hyundai Accent minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, şikayətçi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmiş, şikayətçinin müraciəti və məhkəmənin qərarı əsasında inzibati təənbeh vermə haqqında qərar yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin səlahiyyətli orqan heç bir sübuta istinad etmədən, əlavə araşdırma aparmadan və hadisənin baş vermə anını özündə əks etdirən vidoegörüntünü təqdim etmədən yenidən eyni məzmunlu qərar qəbul etmişdir. Odur ki, məhkəmə yuxarıda istinad olunanlara əsasən hesab etmişdir ki, qərarın daha öncə 2 dəfə ləğv edilib yenidən araşdırılması üçün göndərilməsi fərqli nəticə vermədiyindən, Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi inzibati işin materiallarını bir daha araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolla razılaşmadığı halda iş üzrə inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar müəyyən olunmadan və həmin sübutlar inzibati xəta haqqında protokolla qarşılıqlı əlaqədə araşdırılmadan yalnız inzibati xəta haqqında protokolun mövcudluğu özlüyündə inzibati xətanın törədilməsi qənaətinə gəlməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar