Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1419/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qərardan şikayət verən orqan (şəxs) barəsində olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən mən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 50 (əlli) manat cərimə edilmişdir. **-DS-*** dövlət qeydiyyat nişanlı, BMW 3281 minik markalı avtonəqliyyat vasitəsi şikayətçinin şəxsi mülkiyyətindədir. ##.##.2026-cı il tarixində Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətli avtomobil tərəfindən şikayətçiyə saxla əmri verildi, şikayətçi nəqliyyat vasitəsini qırağa çəkib saxladığdan sonra şikayətçinin avtomobilinə baxış keçirtməyə başladı. Sport amortizator üçün şikayətçidən qanunda olmayan qeyri qanuni sənədləri tələb etdi hansı ki, bu sənədlər qeyri qanunidir və protokol tərtib etmədən amtomobilini duracağa yerləşdirdi. Yol Patrul əməkdaşı 5 dəqiqəyə cəriməni yazıb göndərəcəyini deyib oradan uzaqlaşdı, lakin həmin müddət ərzində və daha sonrada protokol, qərar tərib edilmədi. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə dərhal məlumat verdi, avtomobilinin qanunsuz şəkildə protokol tərtib edilmədən cərimə meydançasında saxlanıldığını bildirdi. Daha sonra yenədən protokol tərtib edilmədiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Prezident Administrasiyasına məktub göndərdi və şikayətini qeyd etdi. Bundan sonra ##.##.2026-cı il tarixdə gecə saatlarında İXP******* nömrəli protokolun tərtib edilməsi ilə bağlı şikayətçiyə bildiriş gəldi. Protokolda tarix ##.##.2026-cı il göstərilsədə bununla bağlı şikayətçiyə heç bir bildiriş gəlməmişdir və yalnız ayın 10-unda məlumatı olmuşdur. Cərimə xarici işıq cihazlarında nasazlıq ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5- ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməyə görə verilmişdir. Lakin polis əməkdaşı şikayətçinin avtomobilini saxlayarkən bununla bağlı şikayətçiyə heç birşey deməmiş, avtomobildə sport amortizatorun qadağan olduğunu iddia edərək şikayətçinin avtomobilini cərimə meydançasına aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutulmuşdur. Şikayətçinin avtomobilində xarici işıq cihazlarının yaxud konstruksiyanın digər ünsürlərinin nasazlığı mövcud deyildir. Sonradan yol polis şöbəsinə yaxınlaşdıqda polis əməkdaşı avtomobildə duman faralarının olmamağına görə cərimənin yazıldığını bildirdi və şikayətçinin avtomobilində duman işığının bərpa olunmalı olduğunu bildirdi. X1 haqqında Azərbaycan Respublikası qanununa 1 Saylı Əlavədə nəqliyyat vasitəsindəki nasazlıqlar göstərilmiş, həmin qanunun III bəndində xarici işıq ciahzlarının nasazlıqları qeyd olunmuş və orada duman faralarına dair heç bir müddəa nəzərdə tutulmamışdır. Həmin nasazlıqlarda Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq kimi nəzərdə tutulduğu göstərilmişdir, lakin şikayətçinin avtomobilində konstruksiya tələblərinə uyğun olmayan hər hansı bir dəyişiklik edilməmişdir. Avtomobilinin konstruksiyasına uyğun olaraq duman faraları ləğv olunmuşdur, avtomobil ilə eyni ildə mövcud olan digər versiyaslarından da görmək olur ki, avtomobilin ön duman işıqları olmayan versiyalarıda mövcuddur, buda avtomobilin duman işıqlarının olmamasının konstrusiksiya tələblərinin pozulmasına əsas gətirməyinin nümunəsidir. Azərbaycan Respublikasının X2 duman işıqlarının çıxarılmasının qadağan olunması və ya duman işıqlarının mövcudluğunun məcburi olması ilə bağlı heç bir maddə öz əksini tapmamışdır. X2 Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinin 5-ci bəndinə əsasən İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. X2 Azərbaycan Respublikasının qanununun 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 151- ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Qeyd edilən maddələrdən görünür ki, yaranmış ziddiyət zamanı Beynəlxalq müqavilələr tətbiq edilir, BMT-nin Avropa İqtisadi Komissiyasının UNECE Regulation ** saylı Əsasnaməsinin 6.3.1-ci bəndinə əsasən ön duman faralarının minik avtomobillərində quraşdırılmasının könüllü olduğu qeyd olunmuş, quraşdırılması və ləğv olunmasının qadağan olunmadığı göstərilmişdir. Bununla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixdə şikayət ərizəsi yazmışdır. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, İnzibati xəta haqqında AR DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Lakin Bakı Şəhəri Baş Dövlət Yol Polisində məhkəmə qərarına əhəmiyyət verilmədən, yenidən heç bir araşdırma aparılmadan və avtomobilə baxış keçirilmədən ##.##.2026-cı il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir. ##.##.2026cı il tarixli, TP 7923432 qərar ilə mən yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 50 (əlli) manat cərimə edilmişdir. Bu səbəblə, protokolun qanunsuz olduğunu düşünür. Buna görədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin ##.##.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əvvəlki şikayət qismən təmin edilsə də polis oraqları tərəfindən heç bir araşdırma aparılmır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında "barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir" qeyd olunmuşdur. Lakin qərarda qeyd ediən kimi nə hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış nə də şikayətçinin iştirakı təmin edilməmişdir. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli müvafiq qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qərardan şikayət verən orqan (şəxs) AR İNXM-nin 342.5-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbhe vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün inzibati orqana göndərilmişdir. Yenidən araşdırılma nəticəsində Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİnin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə ##.##.2026cı il tarixində 11:30-da “BMW 328I” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin təqdim etdiyi bildirişdən görünür ki, “BMW 328I” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoxlanışı zamanı avtomobilin konstruksiyalarının tərkib hissələrinin və əlavə qurğularının parametrlərinin saz vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından məlum olur ki, protokolda və qərarda heç bir sübuta istinad edilməmiş və ekspert rəyi alınmamışdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. “X2” Qanunun 83-cü maddəsinin III bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında AR İXMin 342.5-ci maddəsində nəzərdə tutulan konkret olaraq hansı nasazlığın olması yenidən öz əksini tapmamış və şikayət vermiş şəxsə avtomobilində olan hansı nasazlıqla əlaqədar inzibati tənbeh tətbiq edilməsi izah olunmamış, qəbul edilmiş qərarda istinad edilən hallar araşdırılmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəri ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qənaətinə gəlməklə birinci instansiya məhkəməsi qanuni və ədalətli nəticəyə gəlmişdir. Belə olduqda birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İXM- 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1419/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1419/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver