Məhkəmə qərarları › İş №3(3-6)-1420/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1420/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1420/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, müəyyən e t d i m: Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə cərimə ilə bağlı sms gəldi və bunun nə ilə bağlı olduğunu öyrənərkən mülkiyyətində olan **-EU-*** nömərli “KHAZAR” markalı avtomobillə Nizami rayonu, Babək prospektində guya avtobus zolağında hərəkət etdiyinə görə Inzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsi ilə elektron protokol tərtib edilərək 2 bal 100 manat elektron cərimə qərarı çıxarılmışdır. Halbu ki, avtobus zolağı ilə hərəkət etməmişəm. Şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, elektron qərara əlavə edilmiş qeyri-müəyyən və şübhəli fotoşəkillərə baxdıqda orada bir neçə avtomobilin eyni zolaqla hərəkət etməsi görünür və digər avtomobillərin sırasında hərəkətdə olduğu zolağın yolun hansı hissəsi olması məlum deyil (məhz atobus zolağı olması sübut edilmir). Yəni ayrı-ayrılıqda çəkilmiş fotolarla avtomobilinin nişana münasibətdə məhz ümumi ictimai nəqliyyata aid zolaqda hərəkət etməsi sübut edilmir. Ona görə də Baş Dövlət Yol Polis Idarəsinin həmin elektron protokolu və qərarı əsassız olduğundan və tərəfindən hər hansı inzibati xəta törədilmədiyindən elektron qərarı əldə edib məhkəməyə şikayətlə müraciət etməli olmuşdur. Inzibati qanunvericiliyin tələblərinə görə bu növ inzibati işlər üzrə xəta ilə bağlı yaranmış şübhələrin aradan qaldırılması və sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun üzərinə düşür. Baş Dövlət Yol Polis Idarəsinin tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron protokol əsasında çıxarılmış eyni tarixli elektron qərar qəbul edilərkən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılaraq inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, mötəbər və təkzibedilməz sübuta istinad edilmədən elektron protokol və qərar qəbul edilmişdir. Birinci instnaisya məhkəməsi tərəfindən işin hallarını tam və obyektiv araşdırmamış, ona qarşı qərəzli mövqedə olaraq təqdim etmək istədiyi qeyrimüəyyən və şübhəli fotoşəkillərə yalnız telefonda baxaraq qəbul etməmiş, onları şikayətindəki dəlillərlə, qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdırmamış, onları işə əlavə etməkdən imtina etmiş, sübutlarla bağlı Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsini rəhbər tutmamış və onlara hüquqi qiymət verməmişdir. Hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qərarda və ona əlavə edilmiş fotoşəkillərdə konkret sübut göstərilmədiyindən çıxarılmış qərar Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi oğlu birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polis Idarəsi tərəfindən EQ ******** saylı protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Baş Dövlət Yol Polis Idarəsi tərəfindən EQ ******** saylı protokol əsasında qəbul edilmiş ## ##### 2026- cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixində, saat 16:08-də “Khazar” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Baş Dövlət Yol Polis Idarəsi tərəfindən EQ ******** saylı protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya baxış mərhələsində təqdim edilmiş fotoşəkillərdən aydın görmək mümükündür ki, **-EU-*** nömərli “KHAZAR” markalı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərə tutulmuş zolaqda hərəkət etmişdir. Şikayətçinin apellyasiya izahatında digər avtomobillərində həmin yolda hərəkət etməsini və yolun umumi istifadədə olan yol olduğunun müəyyən edilmədiyi barədə qeyd etdiklərinin isə özünü müdafiə xarakterli izahatlar olduğu qənaətindədir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 327.1.-1-ci maddəsinə 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Iş materiallarından görünür ki, iş üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Inzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polis Idarəsi tərəfindən EQ ******** saylı protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar