Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1422/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X3, barəsində inzibati qaydada icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 16.041,00 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 3.208,20 ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində inzibati xətaya dair icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilmiş ödənişlər əsasında malar ölkə ərazisinə idxal edilmiş, sözügedən idxal əməliyyatlarının hər biri üzrə Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə əsasən müvafiq X6 (YGB) tərtib edilmişdir. Bu fakt maların ölkə ərazisinə faktiki idxalını, eləcə də müqavilə öhdəliklərinin real icrasını təsdiq edən təkzibedilməz hüquqi və maliyyə sübutudur. Bildiririk ki, avans ödənişinin köçürülməsi zamanı ödəniş tapşırığının "Təyinat" sütununda tərəflər arasında imzalanmış müvafiq müqavilənin adı qeyd olunmuşdur. YGB-lərin tərtibi zamanı texniki xəta nəticəsində sənədin 44-cü qrafasına əsas müqavilənin məlumatları əvəzinə, həmin müqaviləyə bağlı olan invoysun məlumatları daxil edilmişdir. Müqavilə həmin invoysun qoşmasında təqdim edilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla invoysda əks olunan maların sayı, dəyəri və tarixləri əsas müqavilənin şərtləri ilə tam eyniyyət təşkil edir. Məhz qeyd olunan texniki xarakterli yazı yanlışlığı səbəbindən, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq gömrük bəyannamələri valyuta nəzarəti qaydaları çərçivəsində qəbul edilməmiş və nəticədə xarici ticarət əməliyyatı üzrə borcun tam bağlanması barədə arayış təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, “X1 X5 Co Ltd” ilə aramızda bağlanmış müqavilə üzrə ölkə ərazisinə idxal edilmiş bütün malar ## ##### 2024-cü il tarixli, 01241000156673 sorğu nömrəli bəyannamə ilə bəyan olunmuşdur. Yuxarıdakı cədvəldə qeyd olunan avadalıqlar ## ##### 2024-cü il tarixli, 01241000156673 sorğu nömrəli bəyannamənin 32-ci paraqrafında 1 rəqəmi altında qeyd olunan mal – 4) Switch (SD) 2640əd. (48) 5)Switch (2P6A) 600əd. (49) 6)Switch (2P10A) 600əd. (50) 7)Switch (3P4A) 120əd. (51), 6 rəqəmi altında qeyd olunan mal – 4)MIcroswitch (V-154-1c25) 1500əd. (55), 12 rəqəmi altında qeyd olunan mal – 5)CAble tray (50*60) 500əd. (42) 6)CAble tray (50*80) 450əd. (43) 7)Braided pipe (18mm) 10əd. (44) 8)Brained pipe (20mm) 10əd. (45) 9)Braided pipe (25mm) 10əd. (46). Odur ki, faktiki olaraq hər hansı inzibati xəta tərkibi mövcud olmadığı halda, sırf texniki və sənədləşmə səhvləri səbəbindən məlumatların uyğunlaşdırılması mümkün olmamış və bu hal Bank tərəfindən müvafiq ödənişlərin konkret müqavilə üzrə düzgün identifikasiya edilərək müşayiət olunmasına maneə yaratmışdır. Qeyd olunanlardan aydın olur ki, yaranmış vəziyyət tərəflərin iradəsindən asılı olmayaraq baş vermiş texniki səhvlərin nəticəsidir və bu hal nə malların faktiki idxal edilməməsi, nə də ödənişlərin təyinatı üzrə istifadə olunmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı haqqında inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, barəsində inzibati qaydada icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 dinləyərək, məhkəmə belə hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 119.636,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 16.041,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2024-cü il tarixində 119.636,00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 16041.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsilə ## ### 2025-ci il tarixdə ərizə ilə müraciət edərək, avans ödənişinin xxxx tərfindən bağlandığından verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, avans ödənişinin köçürülməsi zamanı ödəniş tapşırığının "Təyinat" sütununda tərəflər arasında imzalanmış müvafiq müqavilənin adı qeyd olunmuşdur. YGB-lərin tərtibi zamanı texniki xəta nəticəsində sənədin 44-cü qrafasına əsas müqavilənin məlumatları əvəzinə, həmin müqaviləyə bağlı olan invoysun məlumatları daxil edilmişdir. Müqavilə həmin invoysun qoşmasında təqdim edilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla invoysda əks olunan maların sayı, dəyəri və tarixləri əsas müqavilənin şərtləri ilə tam eyniyyət təşkil edir. Məhz qeyd olunan texniki xarakterli yazı yanlışlığı səbəbindən, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq gömrük bəyannamələri valyuta nəzarəti qaydaları çərçivəsində qəbul edilməmiş və nəticədə xarici ticarət əməliyyatı üzrə borcun tam bağlanması barədə arayış təqdim olunmamışdır. “X1 X5 Co Ltd” ilə aramızda bağlanmış müqavilə üzrə ölkə ərazisinə idxal edilmiş bütün malar ## ##### 2024-cü il tarixli, 01241000156673 sorğu nömrəli bəyannamə ilə bəyan olunmuşdur. Göründüyü kimi bağlanmış müqavilə üzrə qeyd olunmuş mallar üçün ödənilmiş məbləğ qarşılığında həmin mallar ölkə ərazisinə idxal olunmuşdur. Odur ki, hazırki iş üzrə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və ## ###### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokola dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1422/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1422/2026
22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver