Məhkəmə qərarları › İş №3(3-6)-1423/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1423/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1423/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli 3(5- 103)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, MN ******* saylı protokola AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən çıxarılmış ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barə dəqərar çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən “Yanardağ” Restoranına ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu, zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən müəssisənin istismara verildiyinin aşkar olunması barədə ## ###### 2025-ci il tarixli MN №-******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli MN№******* nömrəli qərar qəbul edilərək “Yanardağ” Restoranın sahibi sahibkar Qərardan şikayət verən orqan (şəxs) cərimə edilmişdir. Göstərilən protokol və onun əsasında tərtib olunmuş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Halbuki, Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsinin 3-21-24/2- 507221/2025 ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, sahibkar kimi fəaliyyətini ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Bu isə protokolda göstərilən faktla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 * saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixli №Ç.BM/2625-900 nömrəli məktubunda Bakı şəhəri xidməti ərazisində yerləşən şadlıq saraylarının və restoranların fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli tulantılarin təsirinin qiymətləndirilməsi ilə bağlı X3 Monitorinq Idarəsinin mütəxəsi/ləri ilə birgə əməkdaşlarımız tərəfindən keçirilmiş monitorinq-ölçmə işləri zamanı sahibi olduğunuz ’‘Yanardağ" restoranında manqaldan istifadə olunsa da, qaz-toztutucu təmizləyici qurğu quraşdırılmadığı məlum olmuş, ərazidə tüstü müşahidə edilmiş və atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Sözügedən məsələ ilə bağlı aparılan inzibati araşdırma ilə əlaqədar ##.##.2025- ci il tarixdə saat 10.00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin ** saylı idarəsinə gəlməyiniz (şəxsiyyət vəsiqəsi, VÖEN-lə) və ya səlahiyyətli nümayəndəsini (etibarnamə ilə birlikdə ) göndərilməsi xahiş edilmişdir. Qeyd olunan tarixdə idarəyə gəlmədiyi təqdirdə araşdırma iştirakı olmadan aparılacaqdır. Göstərilən məktubun mətnindən görsənir ki, inzibati xəta 2025-ci ilin noyabr ayında aşkar edilmişdir, protokol isə ## ###### 2025-ci il tarixdə tərtib olunmuşdur. Hansı ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən Inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən cərimə olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1 -ci maddəsi ilə Inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərar ona Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş vaxtında çatdırılmamışdır. Həmin qərarı əldə etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 * saylı Regional Ekologiya və Sərvətlər Idarəsinə ## ###### 2026-cı il tarixdə ərizə ilə müraciət etmiş,## ###### 2026-cı il tarixdə əldə etmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli MN№*******- nömrəli qərardan şikayət vermə müddətini ötürməmişdir. Odur ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1 -ci maddəsi ilə Inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli MN№ ******* nömrəli qərarı inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Nümayəndə apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Nümayəndə verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci insansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, monitorinq ölçmə işləri çərçivəsində ünvan 1ndə fəaliyyət göstərən “Yanardağ” restoranında X2 Monitorinq idarəsinin mütəxəssisləri ilə birgə obyektin sahibi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə monitorinq aparıldı. Monitorinq-ölçmə işləri ilə “Yanardağ” restoranında qaz pozuntu təmizləyici qurğunun quraşdılığı restoran fəaliyyətdə olan zaman atmosfer harasına atılan zərərli qaz qarışıqlarınıy miqdarının (o(dəm qazı)-14.6 mq /m3 / norma: 5mq /m3 / təşkil edərək mühit üçün yol verilən hədd daxilində aşkar olduğu müəyyən edildiaşkar edilmiş və nəticədə Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati Xətalar Məcəlləsinin 233.1- ci maddəsi ilə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncu həmin maddə ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və öz qanaətini aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasında apanlan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsirtdə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun: 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2014-cü il tarixli. *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası”nın tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruridir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2027-ci il ######ın #-dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, HYPERLINK "https://e-qanun.az/framework/31094" \o "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının X6"müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “HYPERLINK "https://e-qanun.az/framework/53369" \o "Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanunu"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “HYPERLINK "https://e-qanun.az/framework/53362" \o "Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli 782-VIQ nömrəli Qanunu"Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “HYPERLINK "https://e-qanun.az/framework/53369" \o "Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanunu"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı HYPERLINK "https://eqanun.az/framework/31094" \o "Azərbaycan Respublikasının Prezidenti"müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar HYPERLINK "https://eqanun.az/framework/31094" \o "Azərbaycan Respublikasının Prezidenti"müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 1-ci hissəsindən məlum olur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının X6, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlamalar aparıla bilər. Həmin Siyahının 2-ci hissəsində isə göstərilir ki, bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Iş materialları ilə belə bir razılığın olub-olmadığı müəyyən edilə bilmir. Qanunvericiliyin yuxarıda istinad edilmiş normalarının tələbləri gözlənilmədiyindən məhkəmə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın qərarını qanuna uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) məxsus obyektdə monitorinq Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ünvanladığı şikayətində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar onun iştirakı olmadan tərtib edilmiş, ona Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında protokolla tanış etməli, izahat vermək imkanı yaradılmalı, sübutların tədqiqində iştirakını təmin etməlidir. Eyni zamanda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsinin 3-21-24/2- 507221/2025 ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, sahibkar kimi fəaliyyətini ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Bu hal araşdırılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, hazırkı işə düzgün hüquqi qiymətin verilməsi üçün yuxarıda qeyd olunan halların hərtərəfli, tam və obyektiv araşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası IXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.1-ci maddəsinin tələblərinə əməl olunmayaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, hazırki inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Nümayəndə tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 233.1-ci və 237.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar