Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1424/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə verdiyi şikayətində səlahiyyətli orqanın onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 327.4-cü maddəsi ilə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsi, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat materiallarının əlavə araşdırmanın aparılması üçün səlahiyyətli orqanına göndərilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Səlahiyyətli orqan verdiyi şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə törətdiyi inzibati xəta hadisəsi səlahiyyətli orqanın həmin vaxt piyada xidmət aparmış əməkdaşı tərəfindən bilavasitə vizual şəkildə aşkar edildikdən sonra sonuncu bu barədə raport tərtib edib, Qərardan şikayət verən orqan (şəxs) müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilərkən iş üzrə Qərardan şikayət verən orqan (şəxs) müvafiq inzibati xətanı törətməsi təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 səlahiyyətli orqanın şikayətinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) “Mercedes Benz E230 minik” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirib, nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirməsinə görə Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-in: - 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə tətbiq edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən hesab edilir. - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin, həmçinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarında səlahiyyətli orqanın əməkdaşı tərəfindən Qərardan şikayət verən orqan (şəxs) törətməsi iddia olunan, Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə vizual müşahidə zamanı aşkar edilməsini təsdiq edəcək hər hansı sübut növü yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, səlahiyyətli orqanın əməkdaşının tərtib edib, imzaladığı ## ###### 2025-ci il tarixli raport əsasında müəyyən etmişdir ki, iş üzrə səlahiyyətli orqanın əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) törətməsini iddia etdiyi, Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı sonuncu barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarda törədilmə tarixi kimi göstərilmiş ## ###### 2025-ci il tarixdə bilavasitə vizual müşahidə zamanı deyil, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kamerasına baxış keçirərkən aşkar etmiş, buna görə də həmin qərarı ## ###### 2025-ci il tarixdən bir gün müddətində real vaxt rejimində elektron qaydada deyil, yalnız ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 38.6, 122.1 və 53.1.11-ci maddələrinin tələblərini pozmaqla qəbul etmişdir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Azərbaycan Respublikası İXM-in: - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası İXM-in 38.6 və 122.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, sonuncu qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, müvafiq inzibati məsuliyyətdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1424/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1424/2026
22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver