Məhkəmə qərarları › İş №3(3-6)-1426/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1426/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1426/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1983cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.7-ci və 333.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər X1 İdarəsinə qaytarılmışdır. İşin halları: Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin R X2 tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 06:58-də Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində CHEVROLET CRUZE minik markalı, **TR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha cox bal toplanmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İXM-in 327.7-ci və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət edərək ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hakimi qərarında göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirlər ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026cı il tarixində saat 06:58-radələrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə küçəsində hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış sərxoş olması öz təsdiqini tapdığından barəsində İXM-in 333.1 və 327.7-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İXM-in tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. İş materiallarında mövcud olan sertifikatlaşdırılmış alkotester cihazının göstəricisi üzrə şikayətçinin qanında 0.41 promil alkoqol aşkar edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri sübut kimi qəbul edilir, bu cür göstəricilərin etibarlılığı əlavə sübut tələb etmir, əks sübut təqdim edilməyənədək qüvvəsini saxlayır. Hakim isə bu sübutu lazımi qiymətləndirmədən şübhə altına almışdır. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilən 09:15 tarixli tibbi müayinə hadisədən xeyli sonra aparılmışdır, alkoqolun orqanizmdə təbii azalması ehtimalı nəzərə alınmamışdır. Buna görə də həmin nəticə ilkin alkotester göstəricisini təkzib edən etibarlı sübut kimi qəbul edilə bilməz. Hazırkı işdə qayda pozuntusu YPX inspektoru tərəfindən yerində aşkar edilmiş, inzibati xəta haqqında protokol qanuni qaydada tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə qədər artıq mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verdiyindən 18 cərimə balı toplamışdır. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Hakim inzibati xəta haqqında protokolu, alkotester nəticəsini, YPX inspektorunun izahatını birgə sübutlar sistemi kimi qiymətləndirməmişdir. Bu isə İXM-in 84.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu bildirmiş, tərəflərindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, spirtli içki qəbul etmədiyini bildirib, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və işin yenidən baxılması üçün inzibati orqana göndərilməsini qərara almışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə ilk öncə səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakın təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuş, lakin səlahiyyətli orqanın nümayəndəsi sübutlar təqdim etməmişdir. Şikayət vermiş şəxs iddia etmişdir ki, onu etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində hərəkətdə olarkən saat 06:58-də saxlanılmağı qeyd olunmuşdur. Lakin, protokolda qeyd olunanlar tamamilə həqiqətə uyğun deyildir, o sərxoş olmamışdır, protokolda göstərilən vaxtda saxlanılmamış və bunu təsdiq edən sübutları da şikayətə əlavə etmişdir. O ##.##.2026-cı il tarixdə, saat 07:35-də Bakı şəhəri X1 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən Səttar Bəhlulzadə küçəsində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yaylarında nasazlıq olduğu bəhanəsi ilə saxlanılmış, onun hüquqları düzgün izah edilməmiş, aldadılaraq izahat alınmışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 09:15-də müayinədən keçmiş və onda sərxoşluq dərəcəsi 0.000 promil göstərmiş və ayıq olmağı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, yeni araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi aşağıdakı hallar səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən araşdırmalı və araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlməlidir. a) Qərardan şikayət verən orqan (şəxs) hansı tarixdə, vaxtda və yerdə saxlanılmışdır? b) Qərardan şikayət verən orqan (şəxs) saxlanılma səbəbi nə olmuşdur? c) Qərardan şikayət verən orqan (şəxs) hüquqları izah edilmişdirmi və inzibati xəta haqqında protokolun surəti ona verilmişdirmi? d) Qərardan şikayət verən orqan (şəxs) izahat alınarkən ona təzyiq və təsir olmuşdurmu? e) Alkotester cihazının sertifikatı mövcuddurmu? f) İlkin müayinə və sonrakı müayinə arasındakı fərqin səbəbi nədir? Qeyd olunanlar ona dəlalət edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bu isə İXM-in 135.1.1 və 134.1.4-cü maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsinə əsas olmuşdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXMnin 2-ci maddəsi). İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar