Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1427/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 333.1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş videogörüntü ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilini sükanı arxasında əyləşib, park etməklə idarə etməsi sübuta yetirilsə də, birinci instansiya məhkəməsinin bu halı deyil, sonuncunun “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü çağırmasını əsas götürməsi iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında avtomobilini “ayıq sürücü” xidmətinin əməkdaşının düzgün olmayan yerdə saxlamasına görə özünün sükanı arxasına keçib park etmək məqsədilə idarə etməsini etiraf etməsi iş üzrə müvafiq inzibati xətanın tərkibinin olmasını təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi iclaslarına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ###### 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarix, saat 03:16-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “KİA CERATO” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsinin müəyyən edildiyi göstərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1.33)-cü maddəsinə əsasən yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir; 1.34)-cü maddəsinə əsasən sürücü — hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir; Apellyasiya instansiyası məhkəməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hesab edir ki, nəqliyyat vasitəsinin park edilməsi onun idarə edilməsinin tərkib hissəsidir. Çünki sürücü nəqliyyat vasitəsini park etmək üçün hərəkət etdirir, onun istiqamətini və sürətini idarə edir, onu müəyyən yerdə yerləşdirir. Bu hallar nəqliyyat vasitəsinin idarə edilməsinin elementlərini təşkil edir. Nəqliyyat vasitəsinin sonda qanuni parklanma yerində saxlanılması hərəkətin idarəetmə xarakterini dəyişmir. Nəqliyyat vasitəsini parketmə zamanı idarə edən şəxs də sürücü sayılır, yol hərəkəti qaydalarına riayət etməlidir. Parketmə zamanı törədilən pozuntular (məsələn, qadağan olunmuş yerdə saxlama, digər avtomobilə zərər vurma və s.) sürücünün məsuliyyətinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi bu hüquqi mövqeyə əsasən belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin materiallara əlavə edilmiş videogörüntü əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilini sükanı arxasında əyləşib, park etməklə idarə etməsinin sübut edildiyi halda, “Bolt” tətbiqi vasitəsilə çağırdığı ayıq sürücü tərəfindən idarə edilmiş avtomobili ilə gəlməsindən sonra həmin avtomobili park etməsinin idarə etməsi hesab edilməməsi barədə qənaətə gəlməsi qanunsuz və əsassız olmuş, bu hal iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” ## ###### 2025-ci il tarixli, */**** nömrəli protokol əsasında müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarix, saat 03:15-də tibbi müayinə edilərkən onda alkoqol sərxoşluğu aşkar edilmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi iclasında verdiyi izahatında iş üzrə avtomobili park edərkən sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan videogörüntü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” ## ###### 2025-ci il tarixli, */**** nömrəli protokol, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi iclasında verdiyi izahat əsasında səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ###### 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarix, saat 03:16-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “KİA CERATO” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsini müəyyən etdiyinə görə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində törətdiyi inzibati xətanın xarakteri, şəxsiyyətini xarakterizə edən hal, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınaraq, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1427/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1427/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver