Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1428/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlunun iştirakı ilə, ## ##### 1991-ci il tarixdə Ağdam rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Ağdam şəhəri, Ağdam kənd sahəsində qeydiyyatda olan, barəsində 40 (qırx) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsində saxlanılan Quliyev İlkin Mətləb oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru, X1 tərəfindən ## ### 2026-cı il tarixdə Quliyev İlkin Mətləb oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Quliyev İlkin Mətləb oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilməsi və həbs müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən saat 22:20-dən hesablanması və Quliyev İlkin Mətləb oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə barəsində tətbiq edilmiş 40 (qırx) gün müddətinə inzibati həbs tənbeh tədbirinin aşağı həddə cərimə tənbeh tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, himayəsində 5 (beş) azyaşlı övladı vardır. Onlardan böyüyünün 12, kiçiyinin isə 5 yaşı vardır. Onların məktəbə aparılıbgətirilməsi və digər qayğıları onun üzərindədir. Buna görə də həbs müddətinin həddən artıq olması onun üçün ailə problemlərinə səbəb ola bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etməklə, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Quliyev İlkin Mətləb oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli və həmin qərarla Quliyev İlkin Mətləb oğlu barəsində tətbiq edilmiş 40 (qırx) gün müddətiə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 30 (otuz) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quliyev İlkin Mətləb oğlu qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir İş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, Quliyev İlkin Mətləb oğlu ## ### 2026-cı il tarixdə, saat 22:20-də saxlanılaraq 37-ci PŞ-ə dəvət olunmuşdur. İş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə ## ### 2026-cı il tarixli **** №-li Ambulator məcburi –Narkoloji tibbi yoxlamadan görünür ki, müayinə nəticəsində Quliyev İlkin Mətləb oğlunda, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ##.##.2022-ci il tarixdən Ağdam rayon Mərkəzi Xəstəxanasında F12.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Belə ki, Quliyev İlkin Mətləb oğluna istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan raport, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin izahatı, habelə digər iş materialları ilə tam sübuta yetirilmişdir. Quliyev İlkin Mətləb oğluna təyin edilən tənbeh məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Quliyev İlkin Mətləb oğlu barəsində tənbeh tədbiri tətbiq edilərkən, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Elektron-məhkəmə informasiya sistemindən görünür ki, Quliyev İlkin Mətləb oğlunun himayəsində 5 azyaşlı uşağı vardır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, Quliyev İlkin Mətləb oğlunun törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 5 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi və Quliyev İlkin Mətləb oğlunun barəsində ##.##.2026-cı il tarixli, 3(5-94)- ****/**** saylı inzibati tənbeh qərarı qanuni qüvvəyə mindikdən sonra eyni xətanı bir il ərzində təkrar törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin Quliyev İlkin Mətləb oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi ağırdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Quliyev İlkin Mətləb oğlunun barəsində tənbeh tədbiri tətbiq edilərkən barəsində icraat həyata keçirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdırılmış, lakin göstərilən hallara uyğun olmayan olmayan ağır həddə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən bütün hallar diqqətə layiq hal kimi nəzər alınmalı və ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin müddəti azaldılmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Quliyev İlkin Mətləb oğlunun barəsində göstərilmiş yüngülləşdirici halları, xüsusilə də himayəsində 5 azyaşlı övladı olmasını nəzərə alaraq onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İlkin Mətləb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Quliyev İlkin Mətləb oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli və həmin qərarla Quliyev İlkin Mətləb oğlu barəsində tətbiq edilmiş 40 (qırx) gün müddətiə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 30 (otuz) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Quliyev İlkin Mətləb oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Quliyev İlkin Mətləb oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin qərarla Quliyev İlkin Mətləb oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təyin edilmiş 40 (qırx) gün müddətinə inzibati həbsin müddəti 30 (otuz) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1428/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1428/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver