Məhkəmə qərarları › İş №3(3-6)-1430/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1430/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1430/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ##### 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh təbrinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə inspektoru Dəyanət Sabirli tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Ramilə Xəzri) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 13 (on üç) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixdə o özünə məxsus “Lada VAZ 2107” markalı, 90-F1-312 dövlət qeydiyyat nişanlı avtomaşınla SEA BREEZ istirahət mərkəzindən çıxan zaman bir xanım ona əl edərək avtomobili saxlamasına işarə vermiş və o avtomobili saxlayaraq nə istədiyini soruşmuşdur. Xanım ona Maştağa qəsəbəsində Kanal marketin yanına getdiyini bildirmişdir. Kanal market onun yolunun üstündə olduğunu nəzərə alaraq xanımı aparmağa razılıq vermişdir. Həmin xanım yolda ondan soruşmuşdur ki, “birdən ona taksi lazım olarsa onu apara bilər”. O, xanıma demişdir ki, boş vaxtlarında o taksi fəaliyyəti ilə məşğul olur. Sonra həmin xanım ona nömrəsini verib maşından düşüb getmişdir. O evə getmiş, evə çatdıqdan 30 dəqiqə sonra həmin xanım ona zəng edib xalasıgildə sumkasının qaldığını, xalasıgilə getmək istədini bildirmiş, onu apara biləcəyini soruşmuşdur. O demişdir ki, apar və onun dalıyca Kanal marketin yanına getmişdir. Həmin xanım Kanal marketin yanında maşına minmiş və ona Buzovna qəsəbəsinə getməsini bildirmişdir. O bir az yol getmiş Buzovna qəsəbəsinin ərazisində polis əməkdaşları Niva markalı avtomobillə onun qarşısını kəsib saxlamışlar. Polislər onu saxlayan kimi onu avtomobildən düşürüb, öz maşınlarına mindirmişlər və Xəzər RPİ-nin 20-ci Polis Bölməsinə aparmışlar. Orada polislər ona bildirmişlər ki, həmin xanım ondan 102-yə zəng edib şikayət edib ki, guya o həmin xanıma sataşıb. O onlara bildirmişdir ki, o heç kimə sataşmamışdır. Onlar ona bildirmişlər ki, “biz sənə xırda xuliqanlıqla protokol yazırıq, qız sənin üzünə durduğuna görə əgər qıza sataşmaqla iş açsaq səni həbs edəcəklər, ona görə biz nə deyiriksə məhkəmədə onu de, səni 200 manat cərimə edib buraxacaqlar.” Ona görə də o məhkəmədə polislər deyən kimi izahat vermişdir. Əslində isə o heç bir xuliqanlıq hərəkəti etməmiş, polisə müqavimət göstərməmişdir. Hətta polis bölməsində olarkən polis əməkdaşları onun telefonunda olan həmin xanımın mesajlarını da telefonundan pozmuşlar. Halbuki, həmin xanım ona mesaj vazaraq, onun dalıyca gəlməyisini, onu xalasıgilə aparmasını xahiş etmişdir. Bütün bu hadisələr, yəni onun Kanal marketin yanına gəlməsi, həmin xanımın onun avtomobilinə minməsi kameralara düşmüşdür və o bu görüntüləri də məhkəməyə təqdim edir. Onun polisə müqavimət göstərməsi barədə yazılanların da heç bir əsası yoxdur. Çünki polis əməkdaşları onu yolda saxlayan kimi onlara tabe olmuş, maşını sürüb getməmiş, polislərin tələbi ilə onların maşınına minmiş, Bölmədə də heç bir tabesizlik göstərməmişdir. Göründüyü kimi polis əməkdaşları heç bir əsas olmadan onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib etmiş, onun əməlində həmin maddələrin tərkibi olmadığı halda ona 13 gün inzibati həbs təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə, saat 18:00-da tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq edərək polisə qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN seriyalı 2305858 və ******* saylı inzibati xəta haqqında protokol əsasında ##.##.2026- cı il tarixli MN seriyalı ******* saylı qərardad qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsində etdiyi çıxışda və verilmiş apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətaların törədilməsi mübahisələndirilməklə tamamilə təkzib edilsə də, iş materiallarında olan onun izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi etiraf edilmiş və işin hallarına uyğun olaraq izah verilmişdir. Birinci instansiya məhkəməsində etdiyi çıxışında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi təkzib edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri ilə bağlı dəlilləri, qanunvericilik və inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisədə əsassızdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar