Məhkəmə qərarları › İş №3(3-6)-1431/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1431/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1431/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı Şəhəri Suraxanı rayon Polis Idarəsinin 30-cu Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni ## ### 2026-cı il, saat 20:00-dan hesablanmışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin 30-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, məhkəmə iclasında dindirilmiş 30cu Polis Şöbəsinin sahə rəisi, polis R Rı X2 izahatına istinad etmişdir. Hesab etmişdir ki, məhkəmə tərəfindən qəbul edilən qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, məhkəmə yalnız 30-cu Polis Şöbəsinin sahə rəisi, polis R Rı X2 izahatı əsasında qərar qəbul etmiş, əlavə şahidlərin cəlb olunmasında və ya video görüntü əldə edilməsində maraqlı olmamışdır. Həqiqətin ortaya çıxmasında məhkəmə maraqlı olmadığı üçün bu hallara laqeyd yanaşmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisinə bildirmişdir ki, avtomobildə olan zaman vətəndaş Təhminə Bulaqadaşovaya qarşı qeyri etik sözlər işlətməmiş, sadəcə olaraq aralarında normal söhbət etmişlər, həmin qadın müəllimə olmasını bildirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nömrəsini almış və söyləmişdir ki, 20 dəqiqə sonra zəng edəcəkki onu gəlib götürsün. Təhminə Bulaqadaşova dediyi vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zəng etmiş, sonuncu onu götürmək üçün həyətə daxil olan kimi polis əməkdaşları həyətdə onu saxlayaraq barəsində şikayət olmasını və onlarla birlikdə şöbəyə getməli olmasını bildirmişlər. O heç bir tabesizlik etməyərək polis şöbəsinə getmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, o polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, vətəndaş Təhminə Bulaqadaşova onunla bərabər eyni gündə digər 8 taksi sürücüsündən də şikayət etmişdir. Görünən odur ki, ya həmin qadının taksi sürücülərinə qarşı aqressiyası var, ya da ki, bizə məlum olmayan hansısa maraqlar naminə o taksi sürücülərini şikayət edir. Bundan başqa polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama deyəndə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret olaraq hansı tələbə tabe olmaması məhkəmə qərarında göstərilməmişdir. Həqiqətdə isə ona polis əməkdaşları yaxınlaşaraq barəsində şikayət olmasını və onlarla birlikdə şöbəyə getməli olmasını bildirmişlər, o da onların tələblərinə tabe olaraq polislərin maşınına əyləşərək polis şöbəsinə getmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ## ###### 2013-cü il təvəllüdlü Raul Qulizadə və ## ###### 2015-ci il təvəllüdlü Nuray Qulizadə adlı iki azyaşlı övladları var, ailənin yeganə qazanc mənbəyi odur, əvvələr inzibati xəta törətməmiş, onun əməlləri nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına, eləcə də mülkiyyətinə hər hansı zərər yetirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi ilk dəfə inizabti xəta törətməsini, ailəli olmasını və himayəsində az yaşlı övladlarının olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin 30-cu Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə həmin şəxsin iştirakı olmadan apellyasiya qaydasında verilmiş şikayət üzrə işin baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilməlidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Suraxanı rayon Polis Idarəsinin 30-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 11 may 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nərərdə tutulmuş inzibati xətanı törətmişdir. -Inzibati qaydada tutulma haqqında ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Birinci instansiya məhkəmə iclasında dindirilən 30-cu Polis Şöbəsinin sahə rəisi, polis R Rı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, ## ### 2026-cı il tarixdə 18:30 radələrində vətəndaş Təhminə Bulaqadaşovaya qarşı qeyri etik sözlər sözləyərək, onunla tanış olmaq istədiyin bildirmiş və onu narahat etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xəta əməlini törətməsi məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri yüngülləşdirilməlidir. Belə ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini, himayəsində 2 azyaşlı övladının olmasını və ailənin yeganə dolandıran şəxs olmasını nəzərə alaraq ona tətbiq edilmiş 20 gün müddətinə inizbati həbs cəzasının 15 günədək ednirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə qeyd olunanlara əsasən hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Inzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş cəza yüngülləşdirilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təyin edilmiş 20 gün müddətə həbs növündə tənbeh tədbiri 15 gün müddətinə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təyin edilmiş 20 gün inzibati həbs müddəti 15 günə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar