Məhkəmə qərarları › İş №3(3-6)-1432/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1432/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1432/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 iştirakları ilə, «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D I : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli “Inzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X2 ##.##.2025-ci il tarixdə, saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiqi ilə əlaqədar olaraq komissiya tərəfindən təsdiq olunmuş təhqiqat aktına uyğun olaraq IZ formalı aktın düzgün tərtib edilməməsi ilə bağlı MMC-yə göndərilmiş ##.##.2025-ci il tarixli, 3-17-5/2- ******/**** nömrəli məcburi göstəriş məktubunda qeyd edilmiş məsələlərə əməl edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası IXMnin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Elməddin Hüseynov) ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «xxxx” MMCnin etibarnamə üzrə nümayəndəsi X3 verilmiş şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” MMC AR IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və AR IXM-nin 116.1-ci maddəsinə əsasən həmin cərimə şərti olaraq tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Istehsalatda bədbəxt hadisə haqqında */**** nömrəli aktdan görünür ki, X2 ## ######## 2025-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus mağazada əmək funksiyalarını yerinə yetirərkən xəsarət almışdır. “xxxx” MMC-nin idarə heyətinin sədri Rəşad Ibrahimov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, XO-**** nömrəli məktubdan görünür ki, məktubda X2 xəsarət alması ilə əlaqədar */**** №-li IZ fomalı aktının ##.##.2025-ci il tarixdə X4 Xidmətinə təqdim edilməsi və sonuncunun təhlükəsizlik qaydalarına əməl etməməsinin aşkar edilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mövqeyini onunla əsaslandırmışdır ki, barəsində inzibati iş üzrə icraat aparılan «xxxx” MMCnin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış və nəticədə əsassız olaraq «xxxx” MMCnin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” 1.8-ci bəndinə əsasən IZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürənin cavabdeh olduğunu nəzərə alaraq, IZ formalı aktın düzgün tərtib edilməsi (tərtib edilmiş Təhqiqat aktına uyğun olaraq) və 2(iki) iş günü müddətində X4 Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Iş materiallarına əlavə edilmiş SS941924852AZ poçt izlənməsindən görünür ki, icrası məcburi göstəriş məktubu ##.##.2026-cı il tarixdə, saat 09:48-də çatdırılmışdır. Xidmətin qanuni göstərişinə baxmayaraq “xxxx“ MMC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Bakı şəhər Idarəsinə heç bir məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, inzibati cərimənin şərti tətbiq edilməsi üçün ilk növbədə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Hazırki halda isə inzibati xətanı törətmiş subyekt hüquqi şəxs olduğundan və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinə isə yalnız hakim malik olduğundan məhkəmənin qanunvericiliyi tələblərinə zidd olaraq səlahiyyətli orqanın hüquqi şəxs barəsində inzibati cərimənin şərti tətbiq edilməsinə dair qərar qəbul etməli olması və bunu etmədiyinə görə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməsi anlaşılan deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi inzibati xətalar qanunvericiliyin tələblərini nəzərə almadan, qanunvericiliyə əsasən yalnız hakimin səlahiyyətinə aid olan məsələ ilə bağlı inzibati orqanın səlahiyyətinə qanunla aid olmayan qərarın qəbul edilməməsi əsası ilə əməldə inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmənin əsaslandığı hallar öz-özlüyündə əməldə inzibati xəta tərkibinin olmasını istisna edən hallar kimi qiymətləndirilə bilməzdi. Belə ki, AR IXM-in IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Işə baxan birinci instansiya məhkəməsi MMC-nin əməlində inzibati xəta tərkibinin (obyekt, obyektiv cəhət, subeykt, subeyktiv cəhət) hansı əlamətinin və ya əlamətlərinin olmadığını əsaslandırmadan, sadəcə məhkəmənin mülahizəsinə görə səlahiyyətli orqanın prosessual qaydalara riayət etmədən (məhkəməyə müraciət etməsinə istinad edərək MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Məhkəmə göstərilən halları, o cümlədən, iş materiallarında olan və yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək «xxxx” MMC AR IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə «xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır və MMC-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində, yəni cərimə edilməsini AR IXM-nin 21-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab edərək AR IXM-nin 116.1-ci maddəsinə əsasən təyin edilmiş cərimənin şərti tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, AR IXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” MMC AR IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə edilməli, həmin cərimə AR IXMnin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, hüquqi şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət ərzində (01 ay) məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «xxxx” MMC-yə izah edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və AR IXM-nin 128-134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L I R : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin «xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. «xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilsin. AR IXM-nin 116.1-ci maddəsinə əsasən «xxxx” MMC-yə AR IXM-nin 539.1-1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. «xxxx” MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «xxxx” MMC-yə izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar