Məhkəmə qərarları › İş №3(3-6)-1434/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1434/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1434/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinə geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadından Dövlət Vergi Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## ##### 2026-cı il tarixli qərardadı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “...Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin protokolda “xxxx” MMC tərəfindən dəqiq hansı inzibati xətanın törədildiyi, yəni “təsisçi dəyişikliyi” yoxsa “nizamnamə kapitalının ödənilməməsi” aydın deyil. Belə olan halda məhkəmə hesab edir ki, protokolda inzibati xətanın mahiyyəti dəqiq qeyd olunmadığından, bununla da işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır...”. Qərardaddan, Dövlət Vergi Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ## #### 2026-cı il tarixli, MN № ******* saylı protokolun təmin edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X1, şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi, şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdırıb, inzibati orqanın nümayəndəsinin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət qismən təmin edilməli və “xxxx” MMCnin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün materiallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, bəzi məsələlər barəsində qəbul edilməsi nəzərdə tutulan qərardadlardan biri də, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardadın qəbul edilməsidir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən, hüquqi şəxs tərəfindən törədilməsi güman edilən əmələ münasibətdə, məsuliyyət nəzərdə tutan IXM-nin müvafiq maddəsinin müəyyən etdiyi inzibati xətanın obyekti düzgün göstərilməmişdir. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müddəalarına görə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi və ya fiziki şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə törədildiyi iddia olunan xətanın hüquqi tövsifi ilə bağlı əsaslı şübhələr müəyyən edildiyi təqdirdə, hüquqi və ya fiziki şəxsin əməlinin düzgün tövsifi üçün təqsirli bilindiyi maddədən Inzibati Xətalar Məcəlləsinin digər maddəsinə tövsif edilməsi qanunla istisna edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı məhkəmə baxışı zamanı sübuta yetirilmədiyi təqdirdə, həmin maddə üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilər. Habelə, hüquqi və ya fiziki şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işə baxan məhkəmə, əsaslı şübhə müəyyən etdiyi və ya əməlin düzgün tövsif olunmadığı qənaətinə gələrsə, işin müəyyən olunmuş həqiqi halları ilə müqayisədə, mövcud inzibati xəta hadisəsi üzrə hüquqi və ya fiziki şəxsin törətdiyi əməlin hüquqi tövsifini dəyişməyə haqlıdır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə almadan, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinə geri qaytarmışdır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Odur ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ləğv olunmalı və “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün materiallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 134-cü maddələrinin tələbini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ləğv olunsun. “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün materiallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar