Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1435/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala və inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 160350.41 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 128392.30 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 128392.30 ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 25678,46 ABŞ dolları məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yük gömrük bəyannamələrində dəyişiklik edilməsi barədə "e-customs.gov.az" elektron portalı üzərindən ## ##### 2026-cı il tarixli müraciət edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Təqdim edilən etiraz ərizəsində və vəsatətdə Zavod aşağıdakı dörd alış sifarişi üzrə malların faktiki idxalını yük gömrük bəyannamələri və anbar qəbul-təhvil sənədləri ilə sübuta yetirildiyi qeyd edilmişdir. Belə ki, Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində aşağıdakılar göstərilmişdir: PO**-***** saylı sifariş üzrə bank tərəfindən qəbul edilməyən 25.068,95 ABŞ dolları məbləğində mal idxal edilmiş; bunu YGB №**************-li, №**************-li, №**************-li, №**************-li yük gömrük bəyannamələri təsdiq edir; PO**-***** saylı sifariş üzrə 21.217,45 ABŞ dolları məbləğində mal idxal edilmiş; №**************, №**************, №**************, №************** saylı yük gömrük bəyannamələri bunu sübut edir; PO**-***** saylı sifariş üzrə bank tərəfindən qəbul edilməyən (idxalı təsdiqlənməyən) 1.548,00 ABŞ dolları məbləğindəki mallar №**************-li yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilmişdir; PO**-***** saylı sifariş üzrə isə 850,24 ABŞ dolları məbləğindəki mallar №**************, №************** saylı yük gömrük bəyannamələri əsasında idxal edilmişdir. Bundan başqa, Zavodun "Anbar şöbəsi" tərəfindən aşağıdakı təhvil-qəbul sənədləri əsasında mallar qəbul edilmişdir. Belə ki, Zavod tərəfindən anbar qəbul-təhvil sənədləri - "X1 (MN)" əsasında malların öz anbarına fiziki olaraq daxil olduğunu da təsdiqləmişdir. Etiraz ərizəsində həm də qeyd edilmişdir ki, PO23- 34481-li Alış sifarişi üzrə MN**-***** nömrəli anbarın qəbul aktı (135.956,50 ABŞ dolları, ## #### 2024-cü il tarixli), PO**-***** nömrəli Alış sifarişi üzrə MN**-***** nömrəli anbarın qəbul aktı (42.434,90 ABŞ dolları, ## #### 2024-cü il tarixli), PO23-34475 Alış sifarişi üzrə MN**-***** nömrəli anbarın qəbul aktı (9.567,70 ABŞ dolları, ## #### 2024-cü il tarixli) və PO23-34493 Alış sifarişi üzrə MN**-***** nömrəli anbarın qəbul aktı (30.531,84 ABŞ dolları, ## #### 2024-cü il tarixli) əsasında mallar Zavodun anbar şöbəsi tərəfindən qəbul edilib və həmin sənədlərin surətləri məhkəməyə verilmişdir. Bu sənədlər yuxarıda istinad edilən malların Zavoda fiziki çatdırılmasını müstəqil şəkildə sübut edir. Etiraz ərizəsi və vəsatətdə, o cümlədən şifahi məhkəmə çıxışlarında bildirilmişdir ki, yük gömrük bəyannamələrində avtomatik daxili sistem tərəfindən "PO24" prefiksi ilə qeydə alınmış sifariş nömrələrinin həmin bəyannamələrin 44-cü paraqrafında (Əlavə məlumatlar) bölməsində müvafiq satınalma sifarişlərinə, yəni PO23-34481, PO23-34477, PO23-34475, PO**-***** saylı alış sifarişlərində uyğun şəkildə açıq göstərildiyindən, ödənilmiş avans vəsaitinin məhz həmin malların idxalı üçün istifadə olunduğu birmənalı sübuta yetirilir. Yəni sadalanan Alış sifarişlərinin prefiks hissəsindəki "PO23" əvəzinə "PO24" kimi yazılması Zavodun təqsiri deyil, sadəcə internet-mühasibatlıq portalının ixrac etdiyi formadır ki, həmin nömrələr Zavodun gömrük brokeri olan gömrük şirkətləri tərəfindən yük gömrük bəyannamələrində göstərilmişdir. Bəzi yük gömrük bəyannamələri barədə məlumatlar daxil edilərkən isə bir neçə aidiyyatı PO-lar daxil edilmişdir. Bu texniki uyğunsuzluğun aradan qaldırılması məqsədilə ## ##### 2026-cı il tarixdə də Zavod Bakı şəhəri Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə müraciət edərək aşağıda sadalanan 9 ədəd yük gömrük bəyannamələrinin 44-cü paraqrafında "PO24" prefiksinin "PO23" ilə əvəz edilməsi və digər müvafiq düzəlişlər edilməsini xahiş edilmişdir: Lakin indiyədək Dövlət Gömrük Komitəsi tərəfindən yuxarıdakı cədvəldə göstərilən yük gömrük bəyannamələrində düzəlişlərin edilməsi barədə cavab məktubu verilməmişdir. Məhkəməyə təqdim edilmiş yük gömrük bəyannamələri və Zavodun anbarında təhvil alınmanı sübut edən sənədlər göstərir ki, protokolda qeyd olunan məbləğin bir hissəsi üzrə malların idxalı faktiki olaraq həyata keçirilmişdir. Belə ki, ümumi məbləğin 48,684.64 ABŞ dolları hissəsi üzrə müvafiq mallar ölkəyə idxal olunmuş və yuxarıda göstərilən müvafiq yük gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş, lakin "xxxx" ASC tərəfindən aşağıdakı cədvəldə göstərilənlər nəzərə alınmamışdır: Qeyd olunan yük gömrük bəyannamələrinin hər birinin tərkib hissəsi olan daşımaya dair hesab-fakturalarında, bank tərəfindən idxalı təsdiqlənməyən yuxarıdakı 4 ədəd alış sifarişlərinin nömrələri "PO23" indeksi əsasında aydın şəkildə qeyd olunmuşdur. Bu, ödənilmiş avans vəsaitinin məhz həmin malların idxalı üçün istifadə olunduğunu birbaşa sübut edir. X4 göstərilən ümumi məbləğin qalan 79,707.66 ABŞ dolları hissəsi üzrə malların tədarükü hələ ki baş tutmamışdır və Təchizatçı şirkətlə aparılan danışıqlar səmərəli olmadığı üçün Bakı Kommersiya Məhkəməsində "xxxx" şirkətinə qarşı iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəf xarici ölkədə (BƏƏ) yerləşdiyi üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia ərizəsinin və məhkəmə bildirişinin cavabdehə rəsmi qaydada çatdırılması, habelə həmin şirkətin mövcudluğu və fəaliyyət göstərməsinin yoxlanılması üçün BƏƏ-nin aidiyyəti məhkəməsinə rəsmi sorğu (tapşırıq) göndərilmişdir. Məhkəmə tapşırığına cavab verilənədək (yəni BƏƏ-dən rəsmi cavab gələnədək) həmin qərardad əsasında iş üzrə icraat dayandırılmışdır. Beləliklə, bu qərardad sübut edir ki, zavod 79,707.66 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması üçün artıq məhkəmə qaydasında aktiv hüquqi tədbirlər görməyə başlamışdır. Eyni zamanda, Təchizatçı tərəfindən Zavoda ## #### 2024-cü il tarixində məktub göndərilmiş və həmin məktubda 77,769.00 ABŞ dolları məbləğində olan qalıq borcun Zavoda qaytarılmalı olması təsdiqlənərək və həmçinin bu borcun 6 ay ərzində geri qaytarılması imkanı bildirilmişdir (## #### 2024-cü il tarixli Təchizatçının tərcümə edilmiş məktubunun surəti iş materiallarına əlavə edilmişdir). Həmçinin Bakı Kommersiya Məhkəməsi tərəfindən cavabdeh ## ###### 2026-cı il tarixli e-*- *(*-**)-***/**** saylı Məhkəmə bildirişi əsasında cavabdeh "xxxx" şirkəti ## ###### 2026-cı il tarixinə təyin edilmiş növbəti məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmışdır. İstinad edilən cədvəldəki ən son siyahıdakı mallar istisna olmaqla, digər yük gömrük bəyannamələri üzrə mallar Azərbaycan Respublikasına idxal edilmiş və həmin avadanlıqlar Zavodda istehsalata verilmişdir. Zavoda mülki-hüquqi müqavilə əsasında daşıma və gömrük brokerliyi xidmətləri göstərən "X5" MMC tərəfindən təqdim edilən daşınma xidmətlərinin icrasına dair ## #### 2024cü il tarixli təhvil-təslim aktları və alış sifarişlərinin müqayisə edilməsinin təsdiq edilməsi ekspertiza təyin edilməsi barədə vəsatətimiz heç bir əsas olmadan rədd edilmişdir. Belə ki, daşıyıcı şirkətin təqdim etdiyi təhvil-qəbul aktları ilə Zavodun anbar şöbəsi tərəfindən malların qəbul edildiyini təsdiq edən sənədləri müqayisə etdikdə aydın olur ki, 48,684.64 ABŞ dolları məbləğindəki mallar Zavod tərəfindən qəbul edilmişdir. ## #### 2024-cü il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi, ## #### 2024-cü il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi, ## #### 2024-cü il tarixli ************** nömrəli yük gömrük bəyannaməsində idxalı təsdiq edilən və konkret olaraq PO**-***** nömrəli sifariş üzrə Təchizatçı "xxxx" tərəfindən göndərilmiş malların (SS round bar, SS plate, chequered CS plate, CS angle bar) anbara qəbul edildiyi, miqdar və qiymət uyğunluqları ilə təsdiqlənmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq texniki düzəliş edilməsi xahiş edilmiş, əlaqəli alış sifarişləri: PO2334493; PO23-34475, PO23-34477, PO23-34481-də sadalanan malların bir qismi, gömrük brokeri "X5" MMC tərəfindən təqdim edilmiş təhvil-qəbul aktları, yük qaimələrində təsdiq edilir. Qəbul edilmiş malların siyahısı bütün sənədlərdə üst-üstə düşür, məsələn əlaqəli alış sifarişi PO23-34481-də tədarükü nəzərdə tutulmuş "CS chequered plate", "SS plate (316 grade)", "SS round bar" müxtəlif diametrlərdə, "CS angle bar" ## #### 2024-cü il tarixli, MN**-***** nömrəli Anbar qəbul sənədi (X1) əsasında. Həm anbar qəbul siyahısında, həm də gömrük bəyannaməsində miqdar və ölçülər uyğunluq təşkil edir. Daşıyıcı şirkət kimi X5 MMC və göndərən kimi xxxx göstərilmişdir. PO nömrələri (34493; 34475, 34477, 34480, 34481 və s) hər üç sənəddə ardıcıl şəkildə qeyd olunmuş, layihələr H114 və H115 ilə əlaqələndirilmişdir. Təhvil-təslim aktlarının tarixi ## #### 2024, gömrük bəyannamələrinin tarixi isə 03-## #### 2024 aralığında rəsmiləşdirilmişdir. "X5" MMC-nin yük qaimələri və onlara bağlı sənədlərin ardıcıl təhlili göstərir ki, Zavod tərəfindən sifariş edilən malların daşınması və təhvil verilməsi tam hüquqi və maliyyə əsaslarla rəsmiləşdirilmişdir. Əsasən, ## #### 2024-cü il tarixli "LLC54040" izləmə kodu altında, "PO23" seriyalı Alış sifarişlər (34493, 34475, 34477, 34480, 34481 və s) üzrə malların daşınması qeyd edilmişdir. Bu yük qaiməsində “CS chequered plate, SS plate (316 grade), SS round bar müxtəlif diametrlərdə, CS angle bar” kimi materialların Çindən Bakıya daşınması göstərilmiş, ümumi məbləğ 44,200 AZN olaraq daşıyıcı şirkətə həmin alış sifarişlərindəki malların daşınmasına görə xidmət haqqı ödənilmişdir. Əlavə olaraq, X1 MN24-06836 (## #### 2024) sənədində PO**-***** nömrəli sifariş üzrə qismən malların faktiki olaraq Zavodun anbarına qəbul edildiyi göstərilmişdir. Burada yuxarıda istinad edilən daşıyıcı şirkətin təqdim etdiyi yük qaimələrində sadalanan "CS Angle Bar, SS Round Bar, SS Plate və Chequered CS Plate" kimi malların miqdar və qiymətləri ilə birlikdə qeyd olunmuş, yuxarıda istinad edilən Zavodun daxili anbar sənədləri əsasında qəbulu təsdiqlənmişdir. Nümunə kimi göstərmək istərdik ki, Gömrük bəyannamələri 03-## #### 2024-cü il tarixlərində rəsmiləşdirilmiş №**************-li, №**************-li, №**************-li yük gömrük bəyannamələrində, malların Çindən "İnkoterms EXW 2020" şərtləri ilə göndərildiyi, konteyner nömrələri və gömrük dəyərləri qeyd olunmuşdur. Bu bəyannamələrdə də eyni mallar – "SS Plates, SS Round Bars, CS Chequered Plates, Seamless Pipes" – göstərilmiş və Satıcı/Təchizatçı qismində "xxxx" şirkəti, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ("Baku Shipyard" LLC) isə alıcı kimi təsdiqlənmişdir. Beləliklə, təqdim edilmiş sənədləri ardıcıllıqla müqayisə etdikdə aydın şəkildə görünür ki, əvvəlcə ## ####### 2023-cü il tarixli "PO23" prefiks altında Alış sifarişləri bağlanmış, sonra 03-## #### 2024 tarixlərində yük gömrük bəyannamələri rəsmiləşdirilmiş, ## #### 2024 tarixli X1 ilə mallar anbara qəbul edilmiş, sonda isə ## #### 2024 tarixli təhvil-təslim aktları ilə daşınma xidmətlərininin icrasının tamamlanması təsdiqlənmişdir. Bu ardıcıllıq malların miqdarı, növü və rekvizitlərinin bütün sənədlərdə üst-üstə düşdüyünü və "X5" MMC-nin yük qaimələrinin hüquqi əsaslarla tam icra olunduğunu sübut edir. Bundan başqa, daşıyıcı şirkət tərəfindən təqdim edilmiş Dəmir Yolu və Dəniz yolu ilə "LLC54042" yük partiyası üçün (10 konteyner) ## ### 2024-cü il tarixli, Konossament nömrəsi B/L (izləmə kodu) 1810-24; ## #### 2024-cü il tarixli, Konossament B/L ****-** nömrəli yük qaimələr əsasında, PO23-34477 və PO23-34481 istinad edilmiş mallar idxal edilmişdir. X2 əlavə etdiyi və Zavodun ödəniş və idxal sənədlərindəki mallar əslində "xxxx" tərəfindən göndərilmiş və ## ### 2024-cü il tarixdə "Alashankou" keçid məntəqəsindən keçmiş CMR 24/305/167-1 və **/***/***-* nömrəli beynəlxalq nəqliyyat qaimələri ilə təsdiqlənir. Sənədlərdə 10 ədəd 40 futluq konteynerin dəmir yolu ilə daşınması planlaşdırılsa da, faktiki icra... 507340BA/503220BA və ***AN***/95ADX02 dövlət nömrə nişanlı yük avtomobilləri ilə həyata keçirilmişdir. Yuxarıda istinad edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdik ki, Mərkəzi Bankın idxal edilmədiyini Protokolda iddia etdiyi, halbuki, əslində idxal edilmiş mallar və Alış sifarişləri (PO-lar) üzrə mallar aşağıdakılardır: PO23-34475 (## ####### 2023-cü il tarixli) – CS Angle Bars və CS Plates. PO23-34481 (## ####### 2023-cü il tarixli) – SS Round Bars, SS Plates, Chequered CS Plates. PO23 -34493 (## ####### 2023-cü il tarixli) – SS Plates və CS Pipes. Bu PO-lar üzrə malların idxalı gömrük bəyannamələri (03–## #### 2024-cü il tarixli) və daşıyıcı şirkətin ## #### 2024 tarixli təhvil-təslim aktları ilə təsdiqlənmişdir. Qeyd edilən məsələ, ekspertiza tərəfindən araşdırılmalı olan, lakin əsassız olaraq imtina edilmiş hallardır ki, bu məsələnin müvafiq ekspertiza və ya mütəxəssis rəyilə dəqiqləşdirilə bilməsi mümkün idi. Nəticə olaraq, "xxxx" ASC tərəfindən idxalı təsdiqlənməsi üçün qəbul edilməyən sifariş nömrələri bunlardır: "1) PO**-***** saylı; 2) PO**-***** saylı; 3) PO23-34475; 4) PO**-***** saylı Alış sifarişləridir. Yuxarıda istinad edilən izləmə kodu altındakı idxal edilən mallar, hesab-fakturalar və yük gömrük bəyannamələri arasında malların Zavod tərəfindən qəbul edilib-edilməməsi üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza rəyi, mütəxəssis rəyi əsasında aydınlaşdırıla bilərdi ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən yalnız qərəzli şəkildə, yalnız bir tərəfin yəni Mərkəzi Bankın təqdim etdiyi sənədlər əsasında qərar qəbul edilmişdir. Beləliklə, xarici təchizatçı tərəfindən yuxarıda istinad edilən 79,707.66 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması barədə qaldırılmış üzrə Bakı Kommersiya Məhkəməsindəki aktiv hüquqi icraat davam edir (müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir) və borcun geri alınması üçün qanuni yol seçilmişdir. Bu hal inzibati məsuliyyətin deyil, mülki-hüquqi münasibətin predmetidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi, əlavə olaraq hazırda 9 ədəd yük-gömrük bəyannaməsindən 4-nə müvafiq düzəlişlər edildiyini və həmin düzəlişlərə dair cavabların daxil olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mərkəzi Bankın nümayəndəsi qeyd etdi ki, təqdim edilmiş gömrük bəyannamələri üzrə edilmiş düzəlişlər qəbul edilir və həmin məbləğin inzibati xəta haqqında protokoldan çıxarılmasına etirazı yoxdur. Düzəlişlərin aparılmadığı hissələrə münasibətdə isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayətini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi şəxs barəsində təqsirli hesab edilməsi qənaətinə gələrkən tutmuş olduğu mövqeni əsaslı və mötəbər hesab edir. Belə ki, Protokol tərtib edən orqanlar Heyəti tərəfindən təsdiq edilmiş qaydalardan da müəyyən olunduğu kimi, ölkədən çıxarılan valyuta vəsaitinin qarşılığı olaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər müvafiq orqana qanunvericiliklə müəyyən olunmuş müddət ərzində təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Protokol tərtib edən orqanlar İdarə Heyətinin ## ###### 2016-cı il tarixli **/* saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tətbiq olunmuş inzibati tənbehin növü ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddini tətbiq etmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən iki il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Apellyasiya baxışında da MMC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasının təxirə salınması xahiş olunmuş, məhkəmə iclası təxirə alınmış və növbəti məhkəmə iclaslarında apellyasiya şikayətində də istinad edildiyi kimi edilmiş müraciətlər üzrə düzəliş edilmiş yük gömrük bəyannamələri təqdim edilmiş və həqiqətən də mövcud doqquz bəyannamədən dörd bəyannamə üzrə malların ölkəyə idxal edildiyi təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı Mərkəzi Bankın nümayəndəsi də göstərilən halla razılaşmış və qeyd etmişdir ki, düzəliş edilmiş dörd bəyannamə üzrə apellyasiya şikayətinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilməsi üçün əsas olmasa da, qərar düzəliş edilmiş bəyannamələrə aid hissədə dəyişdirilməli, buna uyğun olaraq tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi azaldılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı da təqdim edilmiş yük gömrük bəyannamələrinin surətindən və MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 2024-cü ilin iyun ayında rəsmiləşdirilmiş dörd ədəd yük gömrük bəyannaməsi mövcuddur:
1. ## #### 2024-cü il tarixli ************** nömrəli bəyannamədə invoys dəyəri 20,111.87 ABŞ dolları,
2. ## #### 2024-cü il tarixli ************** nömrəli bəyannamədə invoys dəyəri 1,763.10 ABŞ dolları,
3. ## #### 2024-cü il tarixli ************** nömrəli bəyannamədə invoys dəyəri 5,684.34 ABŞ dolları,
4. ## #### 2024-cü il tarixli ************** nömrəli bəyannamədə invoys dəyəri 2,539.26 ABŞ dolları qeyd olunmuşdur. 44-cü qrafada göstərilən düzəliş sənədlərinə gəldikdə düzəliş edilərək birinci və ikinci bəyannamələr üzrə ## ####### 2023-cü il tarixli PO23-34481, üçüncü və dördüncü bəyannamələr üzrə isə ## ####### 2023-cü il tarixli PO23-34477 qeyd edilmişdir. Beləliklə, düzəliş edilmiş dörd bəyannamə üzrə invoys dəyərlərinin cəmi 30,098.57 ABŞ dolları təşkil edir. Bu o deməkdir ki, apellyasiya baxışı zamanı düzəliş edilmiş gömrük bəyannamələrinə əsasən 128392.30 ABŞ dolları məbləğində vəsait hesabına əldə edilmiş 30,098.57 ABŞ dollarında malın ölkəyə idxal edildiyi təsdiqini tapmışdır. Göründüyü kimi, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, 98,293.73 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması barədə gəldiyi qənaəti qanuni və əsaslı hesab etsə də, təqdim edilmiş dörd bəyannamə üzrə malların ölkəyə idxalı öz təsdiqini tapdığından həmin məbləğə mütənasib həddə daha aşağı cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi digər bəyannamələr üzrə də malların idxal olunduğunu qeyd etsə də, iş materiallarında olan sənədlər və tərəfin mövqeyi nəzərə alınarq təxirə salınmış məhkəmə iclasında təqdim edilmiş bəyannamədəki məlumatlar üst-üstə düşmədiyindən məhkəmə həmin sənədlərin məhkəmədə səhih tədqiqinə əsaslanmaqla hesab edir ki, qalan 5 bəyannamə üzrə apellyasiya şikayətində göstərilən hallar iş materialları ilə təsdiq edilmir. Beləliklə, məhkəmə hazırkı mərhələdə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini istisna edən heç bir hal aşkar etmir. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı tətbiq edilmiş inzibati tənbeh tədbirinə aid hissədə qismən dəyişdirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-cü maddəsinə əsasən, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 98.293,73 ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 19.658,746 ABŞ dolları məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.