Məhkəmə qərarları › İş №3(3-6)-1436/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1436/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1436/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Səhiyyə Nazirliyi Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN N-******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Pirallahı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində ## #### 2026-cı il tarixli, MN N-******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsının 216-cı maddəsini rəhbər tutaraq iddiaçı *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində həmin Məcəllənin 100-cü və 101.1-ci maddələrinə uyğun olaraq ## #### 2026-cı il tarixli, MN N-******* nömrəli inzibatı xəta haqqında protokolu tərtib etmişdir. Həmin qərar ona rəsmi olaraq poçt vastəsi ilə ## #### 2026-cı il tarixdə təqdim edilmişdir. 20-## #### 2026 cı il tarixləri qeyri iş günü olduğu üçün şikayət müddəti itirilməmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinentinin, Təhsil Nazirliyi və Ona tabe olan qurumların qəbul etdiyi normativ-hüquqi sənədlər əsasında siniflərin təşkili və bağlanması, şagirdlərin qəbulu və yerdəyişməsi həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası və təhsil haqqında qanuna əsasən şagirdlərin məktəb, sinif və müəllim seçimində səlahiyyət və məsuliyyət valideynin üzərinə düşür. Belə ki, hər bir valideyn öz övladını təhsil alması üçün təhsil nazirliyinin elektron portalı üzərindən sistemə daxil olur, övladı üçün müvafiq olaraq məktəb və müəllimi seçir. Növbəti mərhələdə isə lazım olan sənədləri məktəbə təqdim edir. 2025 - 2026-cı tədris ilinin əvvəlində ibtidai sinif müəllimi X2 tədris etdiyi 1c sinfində təhsil almaq üçün 21 valideyn məktəbə müraciət etmişdir. Yanvar ayının sonuna qədər həmin valideyinlərdən 5 nəfəri övladının təhsilini davam etdirmək üçün yerdəyişmə etmiş və həmin şagirdlər məktəbin şagird kontingentinin siyahısından çıxarılmışdır. Beləliklə sinifin təşkili haqqında normalar pozulduğu üçun sinifin bağlanması zərurəti yaranmışdır. Aparılan işlərə baxmayaraq yanvar ayının sonuna qədər həmin sinifə əlavə şagird gəlmədiyi üçün məktəbin ali idarə etmə orqanı olan Pedaqoji şuranın qərarı ## ###### 2026-cı il tarixli qərarı ilə sinif bağlanmış, qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin şagirdlər valideynlərin razılığı ilə məktəbin digər paralel siniflərində yerləşdirmişdir. Ibtidai sinif müəllimi X3 şuranın ## ###### 2026-cı il tarixli qərarından narazı qalaraq bir neçə instansiyaya şikayət etmişdir. O cümlədən də Qərarından şikayət verilən orqan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Cavabdeh qurum ## #### 2026-cı il tarixində *** nömrəli tam orta ümumtəhsil məktəbində sanitar-gigyenik müayinə aparmış, Qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə məhəl qoymadan barəsində ## #### 2026-cı il tarixli, MN N-******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərarla razı deyil. Məktəbin qanuni şagird tutumu 780 yerlikdir. Belə ki, 1963 və 2014-cü ildə inşa edilmiş iki korpusdan ibarət olan məktəb 2025- 2026-cı tədris ilində təhsil alan şagirdlərin sayı 760 nəfər olmuşdur. 1-ci siniflərdə yaranmış sıxlığa gəldikdə isə bu problemdən mümkün çıxış yolu olmadığı üçün, valideynlərin razılığı, pedaqoji şuranın qərarı, mərkəzi icra orqanın təlimatı əsasında sinifdə təhsil alan 16 şagird təhsilin icbariliyi və valideynin seçiminin müstəqilliyi səbəbindən həmin şagirdlərin valideynlərinə digər iki paralel sinifdə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin sinifdə şagird sayından müsbət istiqamətdə dəyişiklik etməsi hesabına yaranmış vakansiya yerləri seçməsi tövsiyyə edilmişdir. Valideynlərdən 10 nəfər 1a”, 6 nəfər 1b sinifində övladının təhsil almasına könüllü surətdə razılıq vermişdir. 1-ci sinifdə bir sinif komplektinin saxlanılması hər ay üçün büdcədən 1.500 azn maliyyə xərclənməsi hesabına başa gəlir. Büdcə vəsaitlərinin qanunsuz ödənilməsinə və israfına görə qərar verən hər bir şəxs qanunla məsuliyyət daşıyır. Həmin sinif komplektinə görə ## ###### 2026-cı il tarixdən büdcədən ayrılan maliyyə vəsaiti * nömrəli xidmət və əməliyyat mərkəzi tərəfindən dayandırılmışdır. Aktda və Protokolda yazılan digər nöqsanlar mütəmadi rastlaşdığı və anında həllinin tapan texniki problemlər olmuşdur və onların hər biri müsbət istiqamətdə öz həllni tapmışdır. Daha sonra Qərardan şikayət verən orqan (şəxs) ilk şikayət ərizəsinə düzəliş edilməsini və Qərarından şikayət verilən orqan barəsində tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN N-******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız sayıb ləğv edilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yalnız "sinifdə şagird sayının çox olması" faktını (35 və 34 nəfər) qeyd edərək, bunu pozuntu kimi qiymətləndirmişdir. Lakin Məktəbin ümumi şagird tutumu (780 nəfər) və həmin tədris ilində faktiki şagird sayının (760 nəfər) bu tutumu aşmadığı birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il # ###### tarixli *** nömrəli qərarının 2.3.12-ci bəndidə göstərilir ki, Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5-3,0 m2 sahə ilə hesablanır. Lakin Piralahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları nəzərə almayıblar ki, sinifdə şagirdlər üzbəüz oturmurlar. Siniflərin birləşməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarının 6-cı bəndinə uyğun olaraq, məktəbin Pedaqoji Şurasının ## ###### 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş bir zərurət olub. Bu qərar valideynlərin seçim azadlığı (Konstitusiya və Qanun) və büdcə vəsaitlərinin səmərəli istifadəsi (həmin sinif komplektinin saxlanması aylıq 1.500 AZN xərclənməsinə səbəb olurdu) əsasında qəbul edilmişdir. Həmin sinifin bağlanması və iki sinif komplektinin formalaşması Elm və Təhsil Nazirliyinin elektron portalı vasitəsilə valideynlərin könülü razılığı əsasında (10 nəfər 1a, 6 nəfər 1b sinfinə) həyata keçirilmiş, məcburiyyət tətbiq edilməmişdir. Normaların pozulması faktiki olaraq baş verməyib. Mövcud təhsil sistemi və valideyn tələbi şəraitində bu, təhsil prosesinin təşkilinin obyektiv realığıdır, inzibati xəta deyil. Məhkəmə bu müdafiə dəlillərini əsassız rədd etmişdir. Digər qeyd olunan nöqsanlar xroniki deyil, ani aradan qaldırıla bilən texniki problemlər olub. Məhkəmə fotoşəkilərdə əks olunan şitin üstünün taxta ilə örtülməsini, (təyinatı üzrə qapaq hazır olanadək şagirdlərin təhlükəsizliyi üçün nəzərdə tutulub), zibil qutusunda kağızın çox olmasını, gigyenik vasitənin sanitar qovşağı təmizləyən işçi tərəfindən iş zamanı sanitar qovşağın pəncərəsində olmasını anında cərimə tətbiq edilməsi üçün əsas ola biləcəyini düşünmüşdür. Lakin bu, sanitariya gigyenik epidemaloji rejimin pozulması deyil və cərimə tətbiq olunması üçün əsas deyil. Məhkəmə iclasında qeyd etdiyi kimi, bu problemlər ani və xaraktercə texniki xətadır. Məhkəmənin qərarında bu problemlərin məhkəmə baxışı zamanı artıq aradan qaldırıldığı etiraf edildiyi halda (bax: qərarın 3-cü səhifəsi, Bayramovun etirafı və aradan qaldırıldığını göstərməsi), yenə də cərimə tətbiqi həddindən artıq sərt reaksiyadır. Təqsir və zərər arasında əlaqə yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsinə əsasən, təhsil müəssisəsində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimə nəzərdə tutulur. Lakin həmin pozuntular heç bir şagirdin sağlamlığına zərər vurmamışdır (hər hansı kütləvi xəstəlik, qida zəhərlənməsi və ya epidemioloji təhlükə faktı yoxdur). Məktəb rəhbərliyi tərəfindən müayinə aktında göstərilən nöqsanlar həmin gün və ya bir neçə gün ərzində aradan qaldırılmışdır, sinifdə iddia olunan şagird sıxlığı istisna olmaqla. Yəni, xəta törədildikdən dərhal sonra könüllü və tam şəkildə aradan qaldırılıb. Apellyasiya icraatı zamanı çıxış edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Səhiyyə Nazirliyi Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş ## #### 2026-cı il tarixli, MN N-******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarına əlavə olunmuş ## #### 2026-cı il tarixli, MN N-******* saylı inzibati tənbeh etmə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, inzibati tənbeh vermə haqqında qərarla razı deyil və həmin qərarın ləğv olunmasını xahiş etdi. Əlavə olaraq o, siniflərdə şagir sayının çox olmasını siniflərin birləşməsi ilə əlaqələndirmiş, zibil qutularında ağızların olduğunu etiraf etsə də, fasilədə təmizləndiyini, şitin açıq olmasını etiraf etsə də, hazırda həmin halın aradan qalxdığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında protokolu tərtib edən Səhiyyə Nazirliyi Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru v.m.i.e. Aynur Nabatova göstərmişdir ki, 36 kv.m sahədə olan siniflərdə 18 uşaq olmalıdır. Lakin yoxlama zamanı məktəbin 1b sinifində 35, 1a sinifində 34 uşağın olması halı aşkar edilmişdir. Bundan başqa, məktəbin idman zalında şit açıq olmuş, ayaqyolları işləməmiş, gigiyenik ləvazimatlar qoyulmamış, xadimənin əynində əlcək və s. kimi iş geyimi olmamış, zibil vedrələri dolu olmuş, ətraf toz olmuşdur. Şikayəti əsassız hesab etmiş və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsinə əsasən Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nə X4 tərəfindən ## ###### 2026-cı il tarixli *-**-**/*-A-***-** nömrəli şikayət ərizəsinə əsasən müəssidə sanitariya nəzarəti ilə bağlı, Bakı şəhəri, Pirallahı rayonunda yerləşən *** saylı tam orta məktbdə aparılan ## #### 2026-cı il tarixli sanitariya müayinəsinə dair Akta əsasən müəssisənin sanitariya gigiyena normalarına cavab vermədiyi faktı aşkar olunmuşdur. Nəticədə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216 maddəsinə əsasən, 168 tam orta məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2026-cı il tarixli MN N- 1513504 nomrəli inzibatı xəta haqqında protokol tərtib edilmiş, ##.##.2026-cı il tarixli, MN N-******* saylı inzibati tənbeh etmə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa, iş materiallarında olan və məhkəmədə tətqiq edilmiş fotoşəkillərlə də təhsil müəssisəsində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması halı öz təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) öz izahatında fotoşəkillərdə olan pozuntuları etiraf etmiş, həmin pozuntuların aradan qalxdığını göstərmiş, siniflərdə şagir sayının çox olmasını siniflərin birləşməsi ilə əlaqələndirmişdir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN N-******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Pirallahı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar