Məhkəmə qərarları › İş №3(3-6)-1437/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1437/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1437/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM: «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Idarə heyəinin sədri Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi nümayəndə3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakim: Azər Tağıyev) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 “xxxx" ASC-nin "TəsərrüfatTəchizat Departamenti"nin Təmizlik və Istismar şöbəsinin xadimə vəzifəsində işləyən işçi X1 ##.##.2025-ci il tarixində Bankın inzibati binasında səhər saatlarında öz əmək fəaliyyətinin icrasına başladıqdan bir müddət sonra mədə ağrısı və baş gicəllənməsi şikayəti ilə X4 müraciət etmiş və bunun əsasında "xxxx" ASC tərəfindən 103 çağrı xidmətinə müraciət edilərək təcili tibbi yardım briqadasının göndərilməsi xahiş edilmişdir. Təcili tibbi yardım briqadası yaxınlaşdıqdan sonra işçi dərhal TƏBIB-nin tabeliyində olan * saylı Şəhər Kliniki Xəstəxanasına aparılmış və müayinə edilmişdir. Müayinə olunduqdan sonra işçi xəstəxanadan çıxmış və 1 (bir) saat ərzində işçi Bankın inzibati binasına geri qayıdaraq öz əmək funksiyasını icra etməyə başlamışdır. Qeyd edilən hal işçinin öz əmək funksiyasının icrasından qaynaqlanmadığından, habelə işçinin səhhətinin qayğısına lazımı qaydada qalmamasından irəli gəldiyindən, eyni zamanda mövcud vəziyyət barədə məlumatın verilməsi istehsalatda baş verən bədbəxt hadisələrin tərkibini yaratmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçot alınması Qaydalarında nəzərdə tutulan qaydada aidiyyəti üzrə orqanla məlumatın ayrıca verilməsi həyata keçirilməmişdir. Hadisənin stehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması üçün işçi peşə əmək qabiliyyətini itirməli və ya ölümü baş verməlidir. Işçinin müayinədən 1 saat işə qayıtması sübut edir ki, işçi peşə əmək qabiliyyətini itirməmişdir, eyni zamanda ölümlə nəticələnən bədbəxt hadisə baş verməmişdir. Nəzərə alınmalıdır ki, X1ma münasibətdə ##.##.2025-ci il tarixində istehsalatda bədbəxt hadisə baş verməmişdir. Həmin hadisənin bədbəxt hadisə hesab olunması üçün X1 əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində onun sağlamlığı qəflətən və kəskin pozulardı. Faktiki vəziyyətdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım çağırılmış və işçi müayinə olunduqdan 1 saat sonra işə qayıtmışdır. Əgər ki, işçinin sağlamlığı üçün təhlükə olardısa, habelə onun sağlamlığı pozulmuş olardısa müayinədən 1 saat sonra X1 Bankın inzibati binasına qayıtması mümkünsüz olardı. Məlumdur ki, səhhətin pozulması dedikdə, orqanizmdə fiziki və ya psixi funksiyaların normal işləməməsi, xəstəlik və ya travma nəticəsində yaranan narahatlıqlar nəzərdə tutulur və səhhətdəki pozulmalar müxtəlif formalarda və səbəblərlə özünü göstərə bilər. Baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunmadığından Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsinin dispoziyasında nəzərdə tutulmuş halın barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə tətbiq edilməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi ilə uyğunsuzluq təşkil edir. Hər-hansı şəxsin inizbati xəta üzrə təqsirli bilinməsi üçün inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törədilməsi zərurəti vardır ki, işçi X1 müayinə olunduqdan 1 saat sonra işə qayıtması halı təsdiq edir ki, işçinin halının pisləşməsi hələ həmin hadisənin bədbəxt hadisə kimi xarakterizə olunmasına və buna uyğun olaraq işəgötürənin məlumat verilməməsi halına istinad edərək cərimələnməsinə rəvac vermir. Bundan başqa maraqlı şəxs tərəfindən ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli protokol tərtib edilən zaman TƏBIB-nin tabeliyində X7 Yardım Stansiyası tərəfindən "xxxx" MMC-yə ##.##.2025-ci il tarixində verilmiş məlumat əsas götürülmüşdür ki, həmin məlumatın verilməsi hadisənin baş verməsi kimi xarakterizə olunmamalıdır. Belə ki, ilkin məlumatlandırma ilkin diaqnoz olsa da, sonradan X1 TƏBIB tabeliyində olan * saylı Şəhər Kliniki Xəstəxanasında müayinə edidikdən sonra hər- hansı zəhərlənmə halı aşkar edilməmişdir. Yəni "xxxx"nin ilkin diaqnozu əsas tutula bilməz çünki ixtisaslaşmış xəstəxana deyil ixtisaslaşmış xəstəxanın diaqnozunda zəhərlənmə diaqnozu əksini tapmamışdır. Ikincisi Əgər istehsalatda baş vermiş hadisə olaraq qeyd edilibsə o zaman Daxili Işlər Nazirliyinin bununla bağlı araşdırma aparması lazım idi. Lakin DƏMX-nin Bakı şəhər Idarəsi Daxili Işlər Nazirliyinin bununla bağlı təhqiqat aparılıb apaılmamasına dair hər hansı sənəd təqdim etməmişdir. Protokolun müzakirəsi zamanı Daxili Işlər Nazirliyinin bununla bağlı hər hansı sənədin olub olmamasını, tərəflərindən sorğu verilib verilmədiyi tərəfimizdən sual verildikdə Daxili Işlər Nazirliyinə bununla bağlı sorğu vermədiklərini bildirmişdilər. Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi DƏMX-nin Bakı şəhər Idarəsinin inzibati tənbeh vermə haqqında qərarı əsaslı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin faktiki halları və hüquqi məsələlər: Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli qərardan görünür ki, X1 ##.##.2025-ci il tarixində səhətinin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməmişdir. IXM-in 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin münasibətdə qeyd edir ki, şikayətdə işçinin başına gələn hadisənin bədbəxt hadisə olmadığını qeyd edilsə də, iş materiallarında olan müraciət vərəqəsindən görünür ki, vətəndaş X2 (FIN: 1QGCMAA) "Respublika Təcili Və X8 Mərkəzi" PHŞ-də "böyük həkim" vəzifəsi üzrə çalışır. Bildirir ki, ##.##.2025-ci il tarixində, saat 09:47 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, World business centredə, 19-cu mərtəbə Avrasiya bankında "xadimə" vəzifəsi üzrə çalışan X1 (AZE 13975775, ##.##.1977-ci il doğum tarixli) xlor ilə təmizlik edərkən buxarlanıb zəhərlənmişdir. Ilkin tibbi yardım göstərilmiş, Toksikoloji Mərkəzə yerləşdirilmişdir. Hal-hazırda vəziyyəti ilə bağlı məlumatı yoxdur. Belə olduğu təqdirdə, apellyasiya şikayətində qeyd olunanlar öz təsdiqini tapmır və qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu yanaşmasını məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız IXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Sadalanan xüsusatlara əsasən apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi nümayəndə3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar