Məhkəmə qərarları › İş №3(3-6)-1438/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1438/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1438/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Tofiqzadə Razi Süleyman oğlunun, İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi İsgəndərova Arzu Əhmədağa qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ##.##.2026-cı il tarixli, 3-27/2- ****/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ##.##.2026cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə4 apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə məhkəmə araşdırılması zamanı aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in ##.##.2026-cı il tarixdən qanuni təmsilçisinin dəyişilməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddəti pozmaqla uçot məlumatlarında dəyişiklik edilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”xxxxnə əsasən Uçota alınması nəzərdə tutulmuş ərizə formasının ikinci qrafasında şirkət rəhbərinin vəzifəsi, soyadı və adı barədə məlumatlar təqdim edilməlidir. X1 isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İştirakçılarının Ümumi Yığıncağının **/GM/**** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən ##.##.2026-cı il tarixindən baş icraçı direktorun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həvalə edilmişdir, hər hansı təyinat baş verməmiş, şəxs şirkət rəhbəri olaraq müəyyən edilməmişdir. Belə olan halda, məlumatlarda hər hansı dəyişiklik baş vermədiyi üçün bu məlumatların yenilənməsi ilə bağlı şirkət tərəfindən müraciət edilməsi üçün hər hansı əsas olmamışdır. Qeyd olunan xüsusatla bağlı vurğulanması vacibdir ki, hüquqi şəxs adından hər hansı əməliyyatın icrası, Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemində, elektron məhkəmə portalında və s. digər sahələr üzrə imkanlardan yararlanmaq üçün hüquqi şəxsin qanuni təmsilçisi kimi fiziki şəxsin müəyyən olunması və həmin şəxsin adına ASAN imza sertifikatının və nömrəsinin əldə edilməsi vacib və zəruridir. Orxan Ömərovun təyinatı Baş icraçı direktor Klaus Mueller vəzifəsindən qəflətən ayrıldığı üçün şirkətin fəaliyyətinin dayandırılmaması, dövlət və digər şirkətlər qarşısında qanunvericiliyə uyğun nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün şərait yaradılması məqsədi daşımış, müvəqqəti atılmış bir addım olmuşdur. Heç bir halda bu təyinat şəxsin rəhbər vəzifəsinə təyin edilməsi anlamına gəlməməkdədir. Bundan əlavə, İnzibati Xətaya dair iş üzrə protokol və aktda istinad edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına dair internet səhifəsində hüquqi şəxslər üçün qanuni təmsilçi barədə məlumatların göstərilməsi mütləq tələb olaraq müəyyən edilmişdir, texniki olaraq bu qrafanın boş saxlanması mümkün deyildir. Digər bir vacib məsələ isə ondan ibarətdir ki, “şirkət rəhbəri” ilə “qanuni təmsilçi” anlayışları oxşar olsalar da, eyni anlama gəlməyən fərqli nəticələr yaradan ifadələrdir. Belə ki, qanuni təmsilçi olaraq həm şirkət rəhbəri, həm də istənilən hər hansı digər şəxs çıxış edə bilər. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 2.0.14. Maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər olaraq göstərilmişdir ki, buradan bir neçə şəxsin şirkəti qanuni təmsilçi olaraq təmsil etmək imkanı aydın olmaqdadır. Qeyd olunanlardan bu nəticəyə gəlmək mümkündür ki, Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”xxxx”ndə şirkəti təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər barədə məlumatlar deyil, məhz onun rəhbəri barədə məlumatlar tələb olunmaqdadır. Şirkət rəhbəri hazırkı vəziyyətdə təyin edilmədiyi üçün müvafiq məlumatların dəyişiklik üçün göndərilməsi də mümkün olmamışdır. İkinci məsələ isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na uyğun olaraq müvafiq məlumatların təqdim edilibedilməməli olması ilə əlaqədardır. Məlum olduğu kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin göstərdiyi xidmət xüsusi lisenziya tələb edən fəaliyyət növünə aiddir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmış “Lisenziya Müqaviləsi”nə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC sellülar (mobil) rabitə xidmətləri fəaliyyət növünün həyata keçirilməsi üçün rəsmi sənəd (lisenziya) əldə etmişdir. Səbail Rayon Məhkəməsi öz qərarında göstərmişdir ki, “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2017-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən internet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur. Lakin məhkəmə qeyd etməyi unutmuşdur ki, məhz həmin Qərarın 2.2 bəndinə əsasən Bu Qaydada istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir. “Telekommunikasiya haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən telekommunikasiya operatoru (bundan sonra - operator) - mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən isə telekommunikasiya provayderi (bundan sonra provayder) – telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Göründüyü kimi, telekommunikasiya operatoru və provayderi anlayışları bir-birindən tamamilə fərqləndirilməklə ayrı kateqoriyalara bölünməkdədir. Nazirlər Kabinetinin ## ####### 2017-ci il tarixli Qərarının məqsədi fəaliyyətinə xüsusi icazə (lisenziya) tələb olunmayan İnternet telekommunikasiya xidməti göstərən provayderlərin fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə nəzərdə tutulmuşdur və heç bir halda bu normanın sellülar (mobil) rabitə xidməti göstərən operatora tətbiq edilməsi yolverilməzdir. Bununla belə vurğulamağı vacib hesab edirik ki, şirkətin fəaliyyətinə nəzarəti həyata keçirən və tənzimləyən orqan olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tələbi əsasında müvafiq məlumatlar 2023-cü ildə tərəfimizdən təqdim edilmiş və şirkət barəsində inzibati xətaya dair protokolun tərtib edildiyi bizə məlum olduqdan sonra bu məlumatlara düzəliş edilmiş və məlumatlar tərəfimizdən yenilənmişdir. Digər sözlə, tərəflərindən qeyd olunan pozuntunun törədildiyini fərz edilsə belə, RİNN-in pozuntu hesab etdiyi və inzibati tənbeh tətbiq edilməsi üçün əsas hesab etdiyi hal artıq aradan qaldırıldığı üçün inzibati tənbehin tətbiq edilməsi üçün hər hansı bir əsas artıq mövcud deyil. Digər bir maraqlı fakt ondan ibarətdir ki, şirkət barəsində protokol tərtib edilməmişdən öncə nə şifahi nə də yazılı şəkildə hər hansı məlumat verilməmiş və xəbərdarlıq edilməmişdir. Qanuni təmsilçinin şirkəti müvəqqəti təmsil etməsini və onun şirkət rəhbəri vəzifəsinə təyin edilmədiyini nəzərə alaraq bu barədə məlumatların yenilənməsinə zərurət görülməmişdir, bununla belə tərəflərinə hər hansı xəbərdarlıq ünvanlanmış olsa idi, məlumatların təqdim ediləcəyini əminliklə bildirə bilərdilər. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Tofiqzadə Razi Süleyman oğlu apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi İsgəndərova Arzu Əhmədağa qızı məhkəməyə ərizə təqdim edərək uçot məlumatlarında dəyişiklik edilməsi haqqında məlumatların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edildiyini və bununla da inzibati xəta tərkibi yaradan halın aradan qalxdığını qeyd edərək həmin halın nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını qeyd etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakıçılarının çıxışlarını dinləyərək və apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi İsgəndərova Arzu Əhmədağa qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd olunmuş xüsusatları nəzərə alaraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə apellyasiya baxışı zamanı iştirak etmiş proses iştirakçılarının çıxışlarını, o cümlədən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin çıxışı zamanı inzibati xəta haqqında protokolun tərtib edilməsində əsas məqsədin hüquqi şəxsin cərimə olunmasına deyil, müvafiq məlumatların inzibati orqana təqdim edilməsi ilə inzibati xətanın qarşısının alınmasına xidmət etməsi və hazırki vəziyyətdə həmin məlumatların təqdim edilməsinin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyi barədə bildirdiklərini, habelə hüquqi şəxsin apellyasiya şikayatində qanuni təmsilçinin şirkəti müvəqqəti təmsil etməsini və onun şirkət rəhbəri vəzifəsinə təyin edilmədiyini nəzərə alaraq bu barədə məlumatların yenilənməsinə zərurət görülmədiyindən müvafiq məlumatların təqdim edilməməsini, lakin həmin məlumatların hüquqi şəxs tərəfindən sonradan təqdim edilməsini nəzərə alaraq inzibati tənbehin tətbiq olunmasının məqsədləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1.0.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar