Məhkəmə qərarları › İş №3(3-6)-1440/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1440/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1440/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Müəyyən etdim: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14815,15 avro valyuta vəsaiti məbləğinin 20 faizi həddində, 2963 avro, yəni –5896 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarını əsassızıdır, maddi və prosesual normaralı pozulmaqla qəbul etmişdr. Belə ki, ilk növbədə prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edirik ki, tərəflərindən ## ##### 2026-cı il tarixində elektron məhkəmə sistemi vasitəsilə məhkəmə iclasının təxirə salınması barədə əsaslandırılmış ərizə təqdim edilmişdir. Həmin ərizədə əməliyyatı həyata keçirən məsul şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi, inzibati xəta haqqında təqdimata etirazın və əlavə sübutların sistemə yüklənməsi üçün vaxt verilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən vəsatəti qiymətləndirmədən, ona hüquqi münasibət bildirmədən və qərarında bu barədə hər hansı əsaslandırma aparmadan tələm-tələsik işə baxmış əsassız qərar qəbul etmişdir. Bu hal müdafiə hüququnun, çəkişmə prinsipinin və tərəflərin bərabərliyi prinsipinin pozulması deməkdir. Şəxsə öz mövqeyini bildirmək, sübut təqdim etmək və ittihama etiraz etmək üçün real imkan yaradılmadan qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. Iş materialları ilə tanış olmaq hüququnun təmin edilməməsi ilə bağlı bildirmişdirlər ki, məhkəmə qərarında inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə istinad etsə də, həmin sənədlər elektron məhkəmə sisteminə yüklənməmişdir. Sistemə yalnız məhkəmə bildirişi yerləşdirilmiş, lakin təqdimatın əsasını təşkil edən sənədlər onlar üçün əlçatan olmamışdır. Belə olan halda protokolun və təqdimatın konkret məzmunu, hansı sübutlara əsaslanıldığı, hüquqazidd hərəkətin hansı sənədlərlə təsdiq edildiyi onlara məlum olmamışdır. Bu isə müdafiə hüququnun faktiki olaraq məhdudlaşdırılmasıdır. Şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti və sübutları ilə tanış olmadan öz müdafiəsini səmərəli şəkildə qura bilməz. Məhkəmənin belə şəraitdə qərar qəbul etməsi prosessual qanunvericiliyin tələblərinə ziddir və qərarın ləğvi üçün müstəqil əsasdır. Işin faktiki halları məhkəmə tərəfindən düzgün araşdırılmamışdır. Ödənişin hüquqi mahiyyəti ilə bağlı bildiririk ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## #### 2024-cü il tarixdə “xxxx Bank” vasitəsilə 14.815,15 Avro məbləğində vəsait xarici təchizatçıya köçürülmüşdür. Ödəniş tapşırığında texniki (mexaniki) səhv nəticəsində ödənişin təyinatı “avans” kimi qeyd edilmişdir. Halbuki, faktiki olaraq həmin ödəniş müqabilində mallar artıq Azərbaycan Respublikasının ərazisinə idxal olunmuş, malların tam həcmdə ölkəyə daxil olması baş vermişdir. Beləliklə, valyuta vəsaiti müqabilində malların idxal olunmaması faktı mövcud deyildir. Hazırkı halda mallar faktiki olaraq ölkəyə idxal edilmişdir, valyuta vəsaiti qarşılıqsız qalmamışdır, dövlətə və ya maliyyə nəzarətinə hər hansı zərər vurulmamışdır. Yalnız ödəniş tapşırığında texniki xarakterli səhv olmuşdur. Texniki səhv hüquqazidd nəticə doğurmursa və faktiki idxal baş vermişdirsə, inzibati xəta tərkibi formalaşmır. Inzibati məsuliyyət yalnız formal yazı uyğunsuzluğuna deyil, real hüquqazidd nəticəyə əsaslana bilər. Məhkəmə tərəfindən inzibati xətaya dair iş natamam araşdırılmış, ümumiyyətlə araşdırılmamış, gömrük bəyannamələrini, malların idxalını təsdiq edən sənədləri, bank əməliyyatının mahiyyətini, ödəniş təyinatındakı texniki səhvin səbəblərini araşdırmamış, yalnız protokola formal istinad etməklə qərar qəbul etmişdir. Halbuki inzibati icraat zamanı iş üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması məhkəmənin vəzifəsidir. Sübutlar qiymətləndirilmədən, müdafiə tərəfinə sübut təqdim etmək imkanı verilmədən qəbul edilən qərar qanuniliyə uyğun hesab edilə bilməz. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyaisya şikayətinin məzmununa uyğun çıxış edərək malların ölkəyə idxal edildiyini, texniki səhv nəticəsində ödənişin təyinatının avans kimi göstərildiyini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilərək iş ürzə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi təqdim edilmiş gömrük bəyannaməsində müvqavilə məlumatlarının, invoys məlumatlarının eyni olduğunu, malların ölkə ərazisinə idxalının təsdiqləndiyini bildirərək apellyasiya şikayətinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Işin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“xxxx” QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış ## #### 2026-cı il tarixli məktubundan və ona əlavələrdən görünür ki, “xxxx” MMC tərəfindən ## #### 2024-cü il tarixdə avans ödəniş aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. - ödəniş tapşırığından görünür ki, 14815,15 Avro məbləğində vəsait həmin tarixdə “X4 AG” bank hesabına köçürülmüşdür. -Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, EP saylı ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 14815,15 Avro məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 14815,15 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya baxışı mərhələsində dəlillərin tədqiqi zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etmiş, yəni onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş EP seriyalı 0359032 nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar