Məhkəmə qərarları › İş №3(3-6)-1445/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1445/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1445/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikası İXM-in) 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun və iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsinin baş verdiyi iddia edildiyi yerdə “Stop” deyil, “Yol ver” nişanı mövcud olmuş və o, həmin nişanın tələbinə uyğun idarə etdiyi avtomobilin hərəkətini davam etdirmiş, avtomobili yol ayrıcına daxil edərkən sürətini azaltmış, dönmə işıqlarından istifadə etmiş, bununla da digər nəqliyyat vasitələrinə üstünlük vermiş, yol nişanlarının və yol nişanlanmasının tələblərini pozmamışdır. Qeyd etdiyi xüsusatlar təqdim etdiyi videogörüntüdə öz təsdiqini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış və təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını, səlahiyyətli orqanın nümayəndəsi X3 isə izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77.İ maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İXM-in: - 327.1-ci maddəsində əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində inzibati cərimə ilə tənbeh edilir. - 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə bir yüz manat məbləğində cərimə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsinin apellyasiya məhkəməsi iclasında təqdim etdiyi videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 12:32-də “Hyundai Santafe minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ünvanında hərəkət etdirərkən yolayırıcına daxil olan zaman müvafiq yol nişanının tələbinə riayət etməyərək, əsas yoldan gələn nəqliyyat vasitələrini gözləmədən yolayırıcına keçməsi, beləliklə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77.İ maddəsinin tələbini pozması, bununla da müvafiq olaraq Azərbaycan Respublikası İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tamamilə sübuta yetirilmişdir. Buna görə də birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsi ilə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar