Məhkəmə qərarları › İş №3(3-6)-1446/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1446/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1446/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3, səlahiyyətli orqanın nümayəndəsi nümayəndə3 iştirakları ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra MMC) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə ŞTQ, Səttar Bəhlulzadə ünvanında qeydiyyatda olan MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1403400.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 280680.00 (iki yüz səksən min altı yüz səksən) Rusiya rublu (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikasının Mərkəzi Bankı MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə ## #### 2026-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, MMC tərəfindən 1403400.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1403400.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Iş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən şikayət verilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokola baxarkən işin hallarını tam hərtərəfli araşdırmamış, tərtib edilmiş protokol həqiqətə uyğun deyildir. 2023-2024-cü illər ərzində ölkəyə 2000-3000 ton arası boru idxal edilmişdir. Sənədləşdirmə işlərində brokerlər tərəfindən səhvə yol verilmiş, bəzi sənədlərin nömrələri səhv qeyd edilmişdir. Ölkəyə idxal olunmuş malların gömrük bəyanamələri mövcuddur. Bununla bağlı dəfələrlə Mərkəzi Banka müraciət etmişlər. Məhkəmənin təqdim etdiyi sənədlərə vermiş olduğu hüquqi qiymət ilə razı deyilllər. Bank tərəfindən icra edilmiş ödənişlərin gömrük bəyannamələri ilə uyğunlaşdırnlması düzgün aparılmamış və nəticədə idxal əməliyyatları faktiki vəziyyətə uyğun şəkildə aparılmamışdır. ##.##.2024-cü il tarixli 1,518,000 rubl məbləğində ödəniş GB No ************* saylı bəyannamə üzrə tam bağlanmalı olduğu halda köçürmə üzrə 301,111 rubl məbləğində qalıq formalaşmalı, qalıq məbləğ hərrin günün məzənnəsi ilə 5630,78 manat təşkil etməlidir. ##.##.2024-cü il tarixli 1,403,400 rübl məbləğində ödəniş GB N ************** saylı bəyannamə üzrə tam bağlanmalı olduğu halda köçürmə üzrə 185,535 rubl məbləğində qalıq formalaşmalı, qalıq həmin günün məzənnəsi ilə 3469,50 manat təşkil etməlidir. ##.##.2024-cü il tarixli 1,300,052 rubl məbləğində ödəniş GB N************** saylı bəyannamə ilə tam əlaqələndirilməli olduğu halda bank tərəfindən uyğunlaşdırma düzgün aparılmamışdır. Mallar faktiki olaraq idxal olunmuş gömrük bəyannamələri ilə təsdiq edilmiş, ödənişlər həyata keçirilmişdir. Qeyd olunan qalıq məbləğləri "Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalığı 10000 ABŞ dolları ekvivalenti məbləğindən az olmuşdur. Mərkəzi Bankın onlara qarşı bu mövqeyi hesab edirlər ki, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilədir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi göstərmişdir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxstərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş bankdan müvafiq malların ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılmasına dair təkrar məlumat daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq şikayətinin rədd olunmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. IXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X4 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. IXM-in 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şikayətdə səsləndirilən dəlillərə görə ##.##.2024-cü il tarixli 1,518,000 rubl məbləğində ödəniş GB No ************* saylı bəyannamə üzrə tam bağlanmalı olduğu halda köçürmə üzrə 301,111 rubl məbləğində qalıq formalaşmalı, qalıq məbləğ hərrin günün məzənnəsi ilə 5630,78 manat təşkil etməlidir. ##.##.2024-cü il tarixli 1,403,400 rübl məbləğində ödəniş GB N ************** saylı bəyannamə üzrə tam bağlanmalı olduğu halda köçürmə üzrə 185,535 rubl məbləğində qalıq formalaşmalı, qalıq həmin günün məzənnəsi ilə 3469,50 manat təşkil etməlidir. ##.##.2024-cü il tarixli 1,300,052 rubl məbləğində ödəniş GB N************** saylı bəyannamə ilə tam əlaqələndirilməli olduğu halda bank tərəfindən uyğunlaşdırma düzgün aparılmamışdır. Şikayətçinin qeyd olunan dəlillərini iş materialları ilə yoxladıqda aşağıdakılar müəyyən olunur. ##.##.2026-cı il tarixli “X1 Azərbaycan” QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan və əlavə edilmiş çıxarışdan görünür ki, MMC ##.##.2024-cü il tarixində 1403400.00 Rusiya rublu vəsaiti xaricə köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə daxil olduğunu təsdiqləyən sənədləri banka təqdim etməmişdir. Həmin məktuba əlavə edilən avans köçürməsi barədə çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixində MMC “xxxx” şirkətinin hesabına ** nömrəli ##.##.2024-cü il tarixli invoysa, * nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə, * nömrəli ##.##.2024-cü il tarixli spesifikasiyaya istinad etməklə 1403400.00 Rusiya rublu avans ödənişi köçürmüşdür. ** nömrəli ##.##.2024-cü il tarixli invoysdan görünür ki, 39,4 ton 630x12 mm ölçüdə (1 tonun qiyməti 61000 Rusiya rublu olmaqla) polad boru üçün qiymət 2403400 Rusiya rublu olaraq qeyd edilmişdir. Həmin sənədin aşağı hissəsində “X1 Azərbaycan” QSC-nin ştampı vurulmaqla “PRP: 1403400.00 RUR ##.##.2024” qeydi aparılmışdır. Həmin qeyd göstərilən məbləğdə ödənişin edilməsi ilə bağlı aparılmışdır. * nömrəli ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, MMC və “xxxx” şirkəti arasında müqavilə bağlanmışdır. Müqavilədə “X1 Azərbaycan” QSC-nin ştampı vurulmaqla “PRP: 1403400.00 RUR ##.##.2024” qeydi aparılmışdır. * nömrəli ##.##.2024-cü il tarixli spesifikasiyadan, yəni * nömrəli ##.##.2024-cü il tarixli müqaviləyə * nömrəli əlavədən görünür ki, 39,4 ton 630x12 mm ölçüdə (1 tonun qiyməti 61000 Rusiya rublu olmaqla) polad boru üçün qiymət 2403400 Rusiya rublu olaraq qeyd edilmişdir. MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, həmin məktubda ##.##.2024-cü il tarixdə köçürülmüş 1518000 Rusiya rublu, həmin tarixdə köçürülmüş 1403400.00 Rusiya rublu və ##.##.2024-cü il tarixdə köçürülmüş 1300052 Rusiya rublu hesabına alınmış malların 01241000091570, 01241000091584 və ************** nömrəli gömrük bəyannamələri ilə idxal edildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında ##.##.2024-cü il tarixdə köçürülmüş 1403400.00.00 Rusiya rubulun müqabilində malların idxal edildiyini bildirsə də, bu hal iş materialları ilə təsdiq edilməmiş, yalnız gömrük bəyannamələrində invoys və müqavilə nömrələrinin səhv göstərilməsinə istinad etməklə kifayətlənmişdir. Həm birinci instansiya məhkəməsində, həm də aprllyasiya baxışı zamanı hüquqi şəxsə əlavə sübutların təqdim edilməsi üçün real imkan yaradılmış, o cümlədən gömrük bəyannamələrində mövcud olduğu iddia edilən texniki uyğunsuzluqların (əgər belə uyğunsuzluqlar həqiqətən mövcuddursa) Dövlət Gömrük Komitəsinə müraciət edərək aradan qaldırılması üçün məhkəmə baxışı dəfələrlə təxirə salınmışdır. Lakin, qeyd olunan müddət ərzində düzəliş edilmiş gömrük bəyannamələri, invoyslar, müqavilələr və ya digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol MMC tərəfindən ##.##.2024-cü il tarixində “xxxx” şirkətinin hesabına ##.##.2024-cü il tarixli ** nömrəli invoys, ##.##.2024-cü il tarixli * nömrəli müqavilə və ##.##.2024-cü il tarixli * nömrəli spesifikasiyaya istinad edilməklə avans qismində köçürülmüş 1 403 400 (bir milyon dörd yüz üç min dörd yüz) Rusiya rublu məbləğində vəsaitin geri qaytarılmaması faktına görə tərtib edilmişdir. Əgər iddia edildiyi kimi mallar faktiki olaraq idxal edilmiş və yalnız gömrük bəyannamələrində texniki xarakterli səhvlərə yol verilmişdirsə, həmin bəyannamələr mallar idxal edildikdən sonra banka təqdim edilməli, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülməli idi. MMC tərəfindən təqdim edilən gömrük bəyannamələrinin ikisi ##.##.2024-cü il tarixli, digəri isə ##.##.2024-cü il tarixli bəyyannamələr olmaqla protokolun tərtib edilməsindən təqribən iki il əvvələ aid olmuşdur. Təqdim edilmiş üzləşdirmə aktı, banka ünvanlanmış ##.##.2026-cı il tarixli, habelə eyni tarixli məhkəməyə ünvanlanmış məktublar bilavasitə ##.##.2024-cü il tarixdə avans olaraq köçürülmüş vəsait üzrə malların idxalını təsdiq etməmişdir. Iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan köçürmə ##.##.2024-cü il tarixli ** nömrəli invoys və ##.##.2024-cü il tarixli * nömrəli müqavilə əsasında həyata keçirilmişdir. Lakin, hüquqi şəxs tərəfindən təqdim edilmiş 01241000091570, 01241000091584 və ************** nömrəli gömrük bəyannamələrində həmin malların ##.##.2024-cü il tarixli * nömrəli müqaviləyə, ##.##.2024-cü il tarixli 21 və ** nömrəli, habelə ##.##.2024-cü il tarixli ** nömrəli invoyslara əsasən ölkəyə idxal edildiyi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan bəyannamələrdə həm müqavilə, həm də invoys rekvizitləri üzrə aşkar uyğunsuzluq mövcuddur ki, bu hal təqdim edilmiş gömrük bəyannamələrinin hazırki iş üzrə olan valyuta köçürməsi ilə əlaqəsini istisna edir. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, hüquqi şəxsin fəaliyyəti boru məhsullarının idxalıdır və qeyd olunan dövrdə təxminən 20–30 ton boru idxal etdiklərini cəmiyyətin direktoru məhkəmə iclasında bildirmişdir. Odur ki, idxal olunan malların boru olması hazırkı valyuta köçürməsi üzrə öhdəliyin icra edildiyinə dəlalət edə bilməz, çünki hüquqi şəxsin sırf fəaliyyəti boru idxalı ilə bağlıdır. Ona görə də qeyd edilən gömrük bəyannamələri hazırkı iş üzrə köçürülmüş vəsait hesabına malların idxal edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Təqdim edilmiş gömrük bəyannamələri ilə bağlı qeyd olunmalı digər hal ondan ibarətdir ki, yuxarıda göstərildiyi kimi, hüquqi şəxs tərəfindən köçürmə həyata keçirilərkən təqdim olunmuş invoysda alınan mal 39,4 ton həcmində, 630x12 mm ölçülü polad boru kimi göstərilmişdir. Lakin hüquqi şəxsin direktorunun məhkəməyə təqdim etdiyi 01241000115076 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən, ölkəyə idxal edilmiş mallar invoysda qeyd edilənlərdən fərqli olaraq 426x10 mm ölçülü (21 ədəd) borulardan ibarət olmuşdur. Göründüyü kimi, həmin bəyannamə üzrə idxal edilən mallar invoysda göstərilən mallarla eynilik təşkil etməmişdir. Həmçinin, üzləşdirmə aktı yalnız iki şirkətin arasında tərtib edilmiş sənəd olmaqla, malların həqiqətən ölkəyə idxalını təsdiq etməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, MMC-in törətdiyi inzibati xətaya görə IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026-cü il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar