Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1449/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KÖZ KÜNEFE 1977- DEN HULUSİ USTA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsmayılov Sahib İlqar oğlunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “KÖZ KÜNEFE 1977- DEN HULUSİ USTA” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-yə ##.##.2026-cı il tarixli, 3-17-5/2- ****/**** nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Bununla da, “KÖZ KÜNEFE 1977- DEN HULUSİ USTA” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə «KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən «KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA» MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında «KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA» MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X2 şikayəti əsasında Xidmətin Bakı şəhər İdarəsində aparılan araşdırma zamanı “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-yə 15.01,2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7. (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Sözügedən məktubda tələb olunan sənədlər “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC tərəfindən tam təqdim edilməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizənin surəti, ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi aylar üzrə), son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti) sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən sənədlərin tam təqdim edilməməsinin inzibati orqan üçün hansı maneəni yaratmasını araşdırması ümumiyyətlə, hazırkı inzibati xətanın mahiyyətinə ziddir. Belə ki, müvafiq maddədə nəzərdə tutulan inzibati xəta heç də həmin xətanın törədilməsinin nəticəsi ilə şərtləndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsində müvafiq inzibati xəta dəqiq müəyyən edilmişdir. Bu maddə ilə qorunan əsas isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi, həmçinin, Xidmətin əsasnaməsi ilə ona verilmiş işəgötürənlərdən zəruri sənədləri tələb etmək hüququdur. Dolayısı ilə, Xidmətin Bakı şəhər İdarəsi tərəfindən araşdırma ilə bağlı tələb olunan sənədlər hər bir halda tam təqdim edilməlidir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, nəzərinizə çatdırırıq ki, vətəndaş X2 müraciəti əmək məzuniyyətinə dair hüquqlarının pozulması ilə bağlı olmuş və məhz təqdim edilməmiş sənədlər həmin araşdırma üçün zəruri idi. Həmin sənədlərin mövcud olmaması digər inzibati xətanın əlamətlərini daşıyır. İnzibati orqan müvafiq məktubunda hansı sənədləri istədiyini konkret və dəqiq müəyyən etmişdir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1oğlu verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək məhkəmədən şikayətin təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi İsmayılov Sahib İlqar oğlu şikayətin təmin edilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-yə ##.##.2026-cı il tarixli, 3-17- */*-****/**** nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Nəticədə «KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA» MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktubdan görünür ki, X2 “KÖZ KÜNEFE 1977- DEN HULUSİ USTA” MMC-də əmək hüquqlarının pozulması barədə X5 Xidmətinə daxil olmuş müraciətinə baxılır. Qeyd edilən müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə və əmrin surəti, məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti, son haqqhesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu) 7 iş günündən gec olmayaraq X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. “xxxx” MMC-nin poçt göndərişlərinin izlənməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktub rəsmi olaraq hüquqi şəxsə ##.##.2026- cı il tarixdə çatdırılmışdır. İş materiallarında olan “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, №** saylı məktubdan və digər sənədlərin surətindən görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktuba cavab olaraq X2 aid olan sənədlər göndərilmişdir. Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlər hüquqi şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir. 1) ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə və əmrin surəti; 2) ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti; 3) son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti; 4) vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən müvafiq sənədlər səlahiyyətli orqana tərtib edilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin halları nəzərə alaraq əsaslı və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib inzibati xəta haqqında protokola dair “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC-nin əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin şikayəti təmin edilməsin. “KÖZ KÜNEFE 1977-DEN HULUSİ USTA” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1449/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1449/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver