Məhkəmə qərarları › İş №3(3-6)-1451/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1451/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1451/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, müəyyən e t d i m: X2 Ağaveys oğlu Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## #### 2026-cı il tarixdə Asan Ödəniş tətbiqi vasitəsilə o Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh barədə qərarla 50 manat cərimə olunmuşdur. Məsələni araşdırdıqdan sonra ona məlum oldu ki, həmin inzibati xəta “Toyota Prado” markalı ** TU *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə törədilib. Lakin o həmin nəqliyyat vasitəsini idarə etmir,o ümumiyyətlə mülkiyyətində və istifadəsində “Toyota Prado” markalı avtomobil yoxdur. Etibarnamənin olması həmin vaxt onun tərəfidən avtomobilin idarə edilməsi demək deyil. Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin Mərkəzi Informasiya Sistemi tərəfindən tərtib edilmiş onun inzibati qaydada cərimə olunmağı barədə ## #### 2026-cı il tarixli qərarını ## #### 2026-cı il tarixdə əldə etmişdir. Bununla yanaşı barəsində tərtib edilmiş Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən ona 50 manat cərimə və 2 bal tətbiq olunması qanunsuz və əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Ağayevs oğlunun Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) Ağayevs oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuvericiliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə baxış iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Ağayevs oğlunun Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polis Idarəsi tərəfindən tərtib edilmiş EQ ******** saylı, ## #### **** saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən Tağiyev Emil Ağaveys oğlu Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin Inzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xətanı törətməsi iş materiallarında olan fotoşəkillər və sənədlər ilə sübuta yetirildiyindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş matreialları ilə inzibati xətanın törədilməsi faktı öz təsdiqini atpmışdır. Həmçinin, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) Ağayevs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Ağayevs oğlunun Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar