Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1453/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi nümayəndə1 (bundan sonra – müdafiəçi) birlikdə verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Müdafiəçi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) hüquqlarını müdafiə etdiyi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## #### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) müdafiəçinin verdiyi həmin şikayət təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi həmin məhkəmə qərarından birlikdə şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri, tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsində Qərardan şikayət verən orqan (şəxs) təqsiri olmamış, o, hadisə baş verdikdən sonra DİN-in 102 xidmətinə zəng edib, YPX əməkdaşlarını hadisə yerinə çağırmışdır. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirdikdən sonra Qərardan şikayət verən orqan (şəxs) yol-nəqliyyat hadisəsinin digər nəqliyyat vasitəsinin sürücüsünün təqsirindən baş verməsinin müəyyən edilməsinə əmin olduqdan sonra hadisə yerindən getmişdir. Səlahiyyətli orqan həmin hadisə ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) izahatını almamışdır. Yol-nəqliyyat hadisəsinin sxemi yanlış tərtib edilmişdir. Birinci instansiya məhkəməsi səlahiyyətli orqanın mövqeyi ilə razılaşaraq, sonuncunun təqdim etdiyi hadisənin baş verdiyi anı özündə ətraflı əks etdirməyən videogörüntüyə əsaslanaraq və müdafiə tərəfinin təqdim etdiyi videogörüntünü isə düzgün qiymətləndirmədən qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, avtobusun dörd tərəfli videogörüntüsünə düzgün qiymət verməmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Səlahiyyətli orqan qəbul etdiyi ## #### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) ## #### 2025-ci il tarix, saat 19:25-də Bakı şəhəri, 8 Noyabr prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan idarə etdiyi **-JY-*** dövlət qeydiyyat nişanlı, “BMC PROCİTY 12M CNG” markalı avtobusun eyni istiqamətdə olmuş **-ZK-*** dövlət qeydiyyat nişanlı, “MAN” markalı yük avtomobili ilə onun təqsirindən toqquşmasını müəyyən etdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in: - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. - 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, hakimin inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs və onun təqsiri barədə düzgün daxili inamının formalaşması üçün işin bütün hallarının, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərin tam, hərtərəfli və obyektiv qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası İXM-in 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. İş materiallarından görünür ki, səlahiyyətli orqan baş vermiş hadisə ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) izahatını almamış, ondan təqdim edə biləcəyi videogörüntüləri əldə etməmiş, bundan əlavə, səlahiyyətli orqan və birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) hadisənin baş verməsində təqsirliliyini mübahisələndirdiyi halda, səlahiyyətli orqanın əldə etdiyi və Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi, hadisə zamanı qeydə alınmasına görə onun baş vermə mexanizmini özündə obyektiv şəkildə əks etdirən videogörüntülər əsasında işin xüsusi bilik tələb edən hallarının tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması, hadisənin hansı sürücünün təqsirindən baş verməsini dəqiq müəyyən etmək məqsədilə müvafiq ekspertizanın təyin edilməsi və ekspert rəyinin alınmasını təmin etməmişlər. Birinci instansiya məhkəməsinin iş materiallarında olan videogörüntüləri tədqiq edib, xüsusi bilik tələb edən hallarla bağlı müvafiq nəticəyə gəlməsi isə ekspert tədqiqatını və rəyini əvəz edə bilməz. Bu hallar səlahiyyətli orqan və birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta törətmiş şəxsin və onun təqsirinin müəyyən edilməsi baxımından düzgün hüquqi nəticəyə gəlinməsi üçün işin hallarının tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmaması, beləliklə də Azərbaycan Respublikası İXM-in 76, 80 və 82-ci maddələrinin tələblərinə əməl edilməməsi ilə nəticələnmişdir. Buna görə də iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarlar qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in: - 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması qəbul etdiyi yekun qərarın ləğv edilməsi üçün əsasdır. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisinin birlikdə verdikləri şikayət qismən təmin edilməli, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) izahatının alınması, hadisənin qeydə alınması səbəbindən baş vermə mexanizmini özündə obyektiv şəkildə əks etdirən, səlahiyyətli orqanın əldə etdiyi və Qərardan şikayət verən orqan (şəxs) təqdim edəcəyi videogörüntülər əsasında müvafiq ekspertiza təyin edilməklə və digər zəruri hərəkətlər icra edilməklə işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmasının təmin edilməsi məqsədilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, müdafiəçinin verdiyi ilkin şikayət qismən təmin edilməli, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2025ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, hazırki qərarın surəti səlahiyyətli orqanın qəbul etdiyi qərar üzrə toplanmış inzibati xətaya dair icraat materiallarına yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-nin 133.2.8, 134.1.4, 135.1.1 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi nümayəndə1 birlikdə verdikləri şikayət qismən təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Müdafiəçi nümayəndə1 verdiyi ilkin şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ## #### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ## #### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə toplanmış inzibati xətaya dair icraat materiallarına yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1453/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1453/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver