Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1454/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X1, Qərarından şikayət verilən orqan nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında MN 1932831 nömrəli, ## ###### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, barəsində Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan işlədiyi klinikada aparılan yoxlamalardan sonra, barəsində inzibati xəta haqqında protokol (MN № *******) tərtib etmiş, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN № ******* nömrəli qərar çıxarmışdır. O, ümumi cərrah ixtisası üzrə ali tibbi təhsilə malikdir. 1998-2004 cü illərdə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2004-2007 ci illərdə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində cərrahiyyə üzrə internatura və kliniki ordinatura təhsilini davam etmişdir. Rusiya Federasiyasında aldığı təhsil, Azərbaycan Respublikasında nostrifikasiya olunmuşdur. Hal hazırda qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir. Tərəfindən aşağı ətraf venaların flebektomiyası və endovenoz lazer ablyasiya (EVLA) əməliyyatlarının icra edilməsi ilə bağlı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi əsasında inzibati məsuliyyət tədbiri tətbiq edilməsi barədə qərar almışdır. Bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ümumi xarakter daşıyır və konkret tibbi xidmətin hansı ixtisasa aid olduğunu müəyyən etmir. Həmin maddənin tətbiqi yalnız bu fəaliyyətin normativ-hüquqi aktla açıq şəkildə qadağan edildiyi və ya konkret ixtisasa məxsus olduğu halda mümkündür. Bu səbəbdən aşağıdakıların rəsmi şəkildə təqdim olunması haqqında Səhiyyə Nazirliyinə məktub yazmışdır: 1. Aşağı ətaf venaların flebektomiyası və endovenoz lazer ablyasiya (EVLA) əməliyyatlarının yalnız “ürək-damar cərrahiyyəsi” ixtisasına aid edilməsini nəzərdə tutan konkret normativ-hüquqi aktın (qanun, Nazirlər Kabinetinin qərarı və ya Nazirliyin əmri) adı, nömrəsi və maddəsi, 2. Ümumi cərrahın qeyd olunan əməliyyatları icra etməsinin ixtisasına uyğun olmadığını açıq şəkildə müəyyən edən normativ sənəd, 3. Əgər əlavə ixtisas və ya xüsusi sertifikat tələbi mövcuddursa, həmin tələbin hansı tarixdən qüvvəyə mindiyi və hüquqi əsasının göstərilməsi. Tətbiq edilmiş protokolla bağlı, Səhiyyə Nazirliyinin Mərkəzi Analitika idarəsinə dəvət olunmuş və orada tətbiq olunan protokolla razılaşmadığını bildirmişdir. Bununla bağlı izahat yazmış və əməkdaşlar tərəfindən deyilən məlumata görə 2 həftə ərzində Səhiyyə Nazirliyinə çağırılıb mövcud halın araşdırılacağı qeyd olunub. Buna baxmayaraq, Səhiyyə Nazirliyi tərəfindən qərardan narazı olduğu halda dəvət olunmamış və zənnincə prosedur qaydaları pozularaq barəsində dərhal qərar verilib. Tətbiq edilmiş inzibati tədbirlə bağlı aşağıdakı halların da nəzərə alınmasını zəruri hesab edir: 1. Qeyd edir ki, 2011 ci ildən Azərbaycan Resbublikası ərazisində fəaliyyət göstərir, dövlət və özəl müəssisələrdə çalışmışdır. Qeyd olunan əməliyyatları (aşağı ətraf venaların flebektomiyası və endovenoz lazerablyasiyası) 2011-ci ildən etibarən fasiləsiz şəkildə Azərbaycan Respublikası ərazisində icra edir. Bu müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən aparılmış planlı yoxlamalar zamanı həmin fəaliyyətlə bağlı hər hansı hüquq pozuntusu barədə irad və ya rəsmi xəbərdarlıq edilməmişdir. 2. Rusiya Federasiyasında keçdiyi internatura və klinikiordinatura təhsili Azərbaycan Respublikasında nostrifikasiya olunmuş, diplom və ixtisas sənədləri Səhjyyə Nazirliyi tərəfindən tanınmışdır. Həmin ölkədə qeyd olunan əməliyyatlar ümumi cərrahların praktiki fəaliyyət sahəsinə daxildir və rutin olaraq icra olunur. 3. Azərbaycan Respublikasında Sertifikasiya imtahanından uğurla keçmiş, sertifikasiya prosesində fəaliyyət istiqaməti ilə bağlı hər hansı məhdudiyyət və ya qadağa müəyyən edilməmişdir. Hal-hazırda aktivsertifikasiya şəhadətnaməsi mövcuddur. 4. Endovenoz lazerablyasiya ambulator cərrahi müdaxilə kimi tətbiq olunur. Icbari Tibbi Sığorta çərçivəsində bu xidmətin stasionar yatış kimi maliyyələşdirilməməsi onun ambulator xidmət kimi qəbul edildiyini göstərir. Ambulator xidmətlərin göstərildiyi poliklinik müəssisələrində isə ayrıca “ürək-damar cərrahı” ştat vahidinin mövcud olmaması praktik səhiyyə sistemində bu xidmətlərin ümumi cərrahi fəaliyyət çərçivəsində qəbul edildiyini göstərən obyektiv göstəricidir. 5. Hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərinə əsasən, dövlət orqanı uzun illər ərzində eyni fəaliyyətə etiraz etməmiş, sənədlərini tanımış və sertifikasiyanı təsdiq etmişdirsə, həmin fəaliyyətin qəfil şəkildə “ixtisasa uyğun olmayan” kimi qiymətləndirilməsi konkret və açıq normative əsas olmadan hesab edilə bilməz. Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Səhiyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli MN № ******* saylı qərarı ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Mirsadiq Seyidov) şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarının, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmaması əsası ilə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi 215.1-ci maddəsini tətbiq etmişdir. Lakin qeyd olunan maddə blanket norma olmaqla, yalnız konkret normativ hüquqi aktın pozulması halında tətbiq edilə bilər. Iş üzrə konkret qadağanı müəyyən edən, tibbi müdaxilənin yalnız müəyyən ixtisas tərəfindən icra olunmasını tələb edən heç bir normativ hüquqi akt təqdim edilməmişdir. Dəvət olunmuş mütəxəssis tibbi məsələyə dair ixtisas prizmasından yanaşmış və “damar patologiyası yalnız damar cərrahına aiddir” mövqeyini irəli sürmüşdür. Yalnız anatomik prinsipinə əsaslanaraq ixtisas məhdudiyyəti müəyyən etmək üçün hüquqi əsas hesb edilə bilməz. Ümumi cərrah ixtisası üzrə ali tibbi təhsilə malikdir. 1998-2004 cü illərdə Azərbaycan Tibb Universitetini bitirmiş, 2004-2007 ci illərdə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində cərrahiyyə üzrə internatura və kliniki ordinatura təhsilini davam etmişdir. Rusiya Federasiyasında aldığı təhsil, Azərbaycan Respublikasında nostrifıkasiya olunmuşdur. Hal hazırda qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir. Azərbaycan Respublikası ərazisində həmçinin dünya praktikasında səthi venoz sisteminə bağlı əməliyyatları bir sıra ixtisas profilləri (damar cərrahları, ümumi cərrahlar, invaziv radioloqlar, hətta bəzi ölkələrdə dermatoloqiar) icra edir. Praktik tibbi praktikada, yalnız anatomik prinsipə əsaslanaraq ixtisas məhdudiyyəti müəyyən etmək mümkün deyil. Mübahisə olunan patologiya yəni varikoz xəstəliyi dəri-dərialtı toxuma səviyyəsində olan bir patologiyadır. Və bu xəstəlik dünya statistikasına görə əhalinin 30-60 % ni əhatə edir. Müasir tibb stasionar yükünü azaltmağa, poliklinik, yəni ambulatoriyanı gücləndirməyə, cərrahi əməliyyatların minimal invazivliyinə köklənib. Söz edilən varikoz xəstəliyinin müasir müalicə üsullarından olan EVLA (lazer ablyasiya) miniflebektomiya əməliyyatlarından sonra xəstənin stasionar yatışına gərək olmur. Azərbaycan Respublikasında ITS (Icbari Tibbi Sığorta) bu əməliyyatın stasionar yatışını ödəmir və bu xəstələri ambulator xəstəlik kimi dəyərləndirir. Aktiv fleboloji əməliyyat praktikası artıq 15 ilə yaxındır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının və Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmaması əsası ilə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində göstərilən xüsusatlara uyğun çıxış edərək bildirmişdir ki, 2026-cı ilin fevral ayında Səhiyyə Nazirliyi yoxlama keçirmişdir. O, 2010-cu ildən aşağı ətraf venaların flebektomiyası və endovenoz lazerablyasiyası əməliyyatını icra edir və heç bir zaman problemlə qarşılaşmayıb. Ancaq bu yoxlama zamanı belə bir qərar qəbul olundu ki, onun tərəfindən həmin əməliyyat icra edilə bilməz. O da həmin qərardan şikayət vermişdir. Bu mövzuya dair imtahanda suallara da cavab vermişdir. Demək ki, ixtisasına aid olmuşdur ki, ona belə bir sual verilmiş, o da cavablandırmışdır. Həmçinin bununla bağlı, yəni həmin əməliyyatı icra edə biləcəyi ilə bağlı Səhiyyə Nazirliyinə məktub ünvanlamış, ancaq məktubu cavabsız qoyulmuşdur. Bundan başqa bildirmişdir ki, onun etdiyi əməliyyat ambulator xidmətlərə aiddir, çünki xəstə əməliyyatdan sonra evə buraxılır. Həmçinin ölkədə heç bir poliklinikada ürək-damar cərrahı ştatı yoxdur. Necə ola bilər ki, ştat olmadığı halda Səhiyyə Nazirliyi bu əməliyyatın ürəkdamar cərrahı tərəfindən keçirilməsini tələb edir. Odur ki, şikayətinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi X2 ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, planlı yoxlama keçirilmiş, nəticədə protokol tərtib edilmişdir. Şikayətçinin qeyd edilən əməliyyatı icra etməsinə icazə yoxdur, ümumi cərrahdır. Göstərilənlərə əsasən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ## ##### 2026-cı il tarixli məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X4 bildirmişdir ki, damar xəstəlikləri ürək-damar cərrahı ixtisasına aiddir. Damar xəstəlikləri üzrə müayinə, müalicə və əməliyyatları ürək-damar cərrahı icra etməlidir. Buna görə də şəxsin gərəkdir ki, sertifikatı olsun, yoxsa səlahiyyəti olmaz. Həmçinin şəxs sırf ürək-damar cərrahı ixtisası üzrə test imtahanından uğurla keçməlidir. Verilən suallara cavab olaraq isə ümümi cərrahın planlı şəkildə damar əməliyyatı etməməli olduğunu bildirmişdir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qərarından şikayət verilən orqan nazir müavini Rasim Ismayılov tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ###### 2026-cı il tarixində ünvan 2 ünvanında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tibb ixtisasına uyğun olmayan “ürək-damar” sistemi üzrə cərrah işi üzrə praktik tibb fəaliyyəti göstərilməsi faktının aşkar edilməsi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 19 və ## ###### 2026-cı il tarixli, T-***K nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama” aktından görünür ki, ünvan 1 ünvanda yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin həkimi Qərardan şikayət verən orqan (şəxs) barəsində planlı yoxlama zamanı tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibb xidmətinin göstərilməsi faktı aşkarlanmışdır. Həmin aktda göstərilmişdir ki, 19-## ###### 2026-cı il tarixlərində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə, 111, 113, 99, 101, 103, 105, 107, 109 (yeni qaydalarla, ünvan 2) ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada əmək müqaviləsi və ixtisası üzrə “ümumi cərrah” Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ixtisasına uyğun olmayan ürək-damar sistemi üzrə cərrahi müdaxilələr (əməliyyatlar) həyata keçirilməsi “cərrahi əməliyyatların qeydiyyat jurnalında və xəstəlik tarixlərində müəyyən edildi. (“ürək-damar cərrahiyyəsi işi”). Fotoşəkillər çəkildi, iş materiallarına əlavə edildi. Aşkar edilmiş nöqsanla bağlı inzibati tənbeh tədbiri seçilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə protokol MN № ******* tərtib edilmişdir. Müəssisədə yoxlama qanuni nümayəndə X3 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi inzibati məsuliyyət yaradır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə görə praktik tibb fəaliyyəti yalnız şəxsin sahib olduğu ixtisasa uyğun həyata keçirilə bilər. Iş materiallarından, o cümlədən 19-## ###### 2026-cı il tarixli planlı yoxlama aktından, cərrahi əməliyyat jurnallarından və xəstəlik tarixçələrindən müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) “ümumi cərrah” ixtisasına malik olsa da, “ürək-damar cərrahiyyəsi” istiqamətinə aid olan aşağı ətraf venalarının flebektomiyası və endovenoz lazer ablyasiyası əməliyyatlarını icra etmişdir. Bu isə birbaşa olaraq onun ixtisas çərçivəsindən kənar fəaliyyət göstərdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin konkret əməliyyat növünü müəyyən etmədiyi barədə arqumenti əsassızdır. Çünki hüquqi məsuliyyət konkret əməliyyatın adından deyil, tibbi xidmətin aid olduğu ixtisas sahəsindən irəli gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi vəzifə təlimatlarında ürək-damar sistemi xəstəliklərinin diaqnostika, müalicə və cərrahi müdaxilələrinin məhz ürəkdamar cərrahının peşə fəaliyyətinə aid olduğu açıq şəkildə müəyyən edilmişdir. Məhkəmədə mütəxəssis qismində dindirilmiş Cəmaləddin Kosayev də damar patologiyalarının müalicə və cərrahiyyəsinin yalnız müvafiq ixtisas və sertifikasiyaya malik ürək-damar cərrahı tərəfindən aparılmalı olduğunu təsdiq etmişdir. Şikayətçinin uzun illər bu fəaliyyəti həyata keçirməsi, əvvəlki dövrlərdə məsuliyyətə cəlb olunmaması və ya əvvəlki yoxlamalarda irad bildirilməməsi onun fəaliyyətinin qanuniliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin tələblərinin pozulmaması barədə əvvəlki dövrdə nəzarət tədbirlərinin olmaması və ya pozuntunun aşkarlanmaması şəxsi gələcəkdə məsuliyyətdən azad etmir. Hüquqi müəyyənlik prinsipi şəxsin qanunla açıq şəkildə müəyyən olunmuş ixtisas sərhədlərini aşmasına əsas vermir. Rusiya Federasiyasında alınmış təhsil sənədlərinin nostrifikasiya olunması və ümumi cərrah ixtisası üzrə sertifikasiyadan keçməsi də şikayətçiyə ürək-damar cərrahiyyəsi üzrə ayrıca ixtisas səlahiyyəti vermir. Nostrifikasiya və sertifikasiya yalnız əldə olunmuş ixtisasın tanınmasını təsdiq edir, əlavə ixtisas sahəsi üzrə fəaliyyət hüququ yaratmır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər bir praktik tibb fəaliyyəti konkret ixtisasa uyğun həyata keçirilməlidir. Şikayətçinin əməliyyatların ambulator xarakter daşıması ilə bağlı dəlili də hüquqi əhəmiyyət daşımır. Tibbi müdaxilənin stasionar və ya ambulator qaydada aparılması onun aid olduğu tibbi ixtisas sahəsini dəyişmir. Aşağı ətraf venalarının cərrahi müalicəsi mahiyyət etibarilə damar cərrahiyyəsinə aid olduğundan, bu xidmətin yalnız müvafiq ixtisas üzrə fəaliyyət göstərən şəxs tərəfindən icrası mümkündür. Bundan əlavə, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlər siyahısında ümumi cərrahiyyə və ürək-damar cərrahiyyəsi ayrıca fəaliyyət sahələri kimi fərqləndirilmişdir. Bu normativ bölgü də göstərir ki, həmin fəaliyyət istiqamətləri hüquqi baxımdan ayrı-ayrı ixtisas sahələri hesab olunur və biri digərini avtomatik əhatə etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “həkim ürək-damar cərrahın nümunəvi vəzifə təlimatı”ndan görünür ki, həkim ürək-damar cərrahının vəzifə öhədliklərinə aiddir: 6. həkim-ürək-damar cərrahı tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, 7. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8. mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır, 9. stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir, 10. müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir, 11. ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir, 12. diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir, 13. orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir, 14. öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir, 15. tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir, 16. sanitarmaarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir, 17. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır, 18. müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir. 19. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır, 20. müəyyən olunmuş qaydada sertifıkasiyadan keçir, 21. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. Həmçinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş ** nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, Immunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mamaginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ixtisasına uyğun olmayan tibbi xidmət göstərmiş, bununla da onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni, əsaslı və sübutlarla təsdiq olunduğundan, onun ləğvi və icraata xitam verilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərarından şikayət verilən orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində MN 1932831 nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında qərar üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi inzibati məsuliyyəti nəzərdə tutur. Məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, Tibb ixtisasına uyğun olmayan ürək damar sistemi üzrə cərrah işi üzrə praktik tibb fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Hesab edilir ki, Qərardan şikayət verən orqan (şəxs) həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə konkret qadağanı müəyyən edən, tibbi müdaxilənin yalnız müəyyən ixtisas tərəfindən icra olunmasını tələb edən heç bir normativ hüquqi akt təqdim edilmədiyi qeyd edilsə də, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirinin ## ######## 2012-ci il tarixli, ** nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi vəzifə təlimatlarında ürək-damar sistemi xəstəliklərinin diaqnostika, müalicə və cərrahi müdaxilələrinin məhz ürək-damar cərrahının peşə fəaliyyətinə aid edildiyi konkret olaraq öz əksini tapmışdır. Həmçinin, mütəxəssisin rəyi ilə də damar xəstəlikləri üzrə müayinə, müalicə və əməliyyatlarını ürək-damar cərrahı icra etməli olduğu, bununla bağlı şəxsin sertifikatı olmasının zəruriliyi, ümümi cərrahın planlı şəkildə damar əməliyyatı etmək səlahiyyəti olmaması təsdiqini tapmışdır. Şəxs apellyasiya şikayətində Rusiya Federasiyasında alınmış təhsil sənədlərinin nostrifikasiya olunması və ümumi cərrah ixtisası üzrə sertifikasiyadan keçməsinə isinad etmişdir ki, qeyd edilən sertifikasiya onun ixtisas fəaliyyətinə aid olan sahə üzrə tibbi fəaliyyətini təsdiq etməklə, yalnız şəxsin sahib olduğu ixtisasa uyğun tibb fəaliyyətinin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edilir ki, damar patologiyalarının müalicə və cərrahiyyəsi Qərardan şikayət verən orqan (şəxs) ixtisaslaşdığı sahə olmadığından onun “ürək-damar cərrahiyyəsi” istiqamətinə aid olan aşağı ətraf venalarının flebektomiyası və endovenoz lazer ablyasiyası əməliyyatlarını icra etməsi ixtisas çərçivəsindən kənara çıxır. Həmçinin, apellyasiya şikayətinin qeyd edilən əməliyyatın ambulator xəstəlik kimi dəyərləndirilməsi hər bir halda ixtisas fəaliyyətinə aid olan sahə üzrə tibbi fəaliyyətini həyata keçirməsinə əsas verə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmış, göstərilən dəlillərin heç biri şəxs tərəfindən inzibati xətanın törədilməsi faktını istisna etmir və əməldə inzibati xəta tərkibini aradan qaldıran hallar sayılmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qərar şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında MN 1932831 nömrəli, ## ###### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1454/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1454/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver