Məhkəmə qərarları › İş №3(3-6)-1455/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1455/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1455/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentinin nümayəndəsi – X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsi tərəfindən ünvan 1 məhəllə ünvanında yerləşən "Spar" mağazasında plandankənar yoxlama aparılmış və həmin yoxlamanın nəticəsi olaraq MN******* nömrəli protokol tərtib edilmişdir. O, bu protokola əsaslanaraq Agentlik tərəfindən # #### 2026-cı il tarixdə barəsində qəbul edilmiş MN №******* nömrəli inzibati tənbehvermə haqqında qərarın tamamilə qanunsuz və əsassız olduğunu bildirir. Şikayətçinin qənaətinə görə, yoxlama zamanı kütləvi informasiya vasitələrində yayılan "kifli pendir" iddiası üzrə hər hansı uyğunsuzluq faktiki olaraq aşkarlanmamış, götürülən laboratoriya analizləri nəticəsində nümunələrdə təhlükəli hal müəyyən edilməmişdir; buna baxmayaraq, inzibati orqan heç bir elmi və maddi sübut təqdim etmədən, sadəcə vizual görüntülərə istinad edərək İnzibati Xətalar Məcəlləsinin (İXM) 220.9-cu maddəsi ilə təhlükəli qida məhsullarının dövriyyəsi ittihamı üzrə qərar qəbul etmişdir. O, həmçinin vurğulayır ki, yoxlama prosesində prosessual qaydalar kobud şəkildə pozulmuşdur: belə ki, protokolda İXMnin 447.0.2-ci maddəsinə (istifadə müddəti bitmiş məhsullar) dair qeydlər olsa da, rəsmi yoxlama reyestrində bu barədə suallar qoyulmamış, eyni zamanda 6 martda qəbul edilmiş qərar İXM-nin 117.2-ci maddəsinin tələbi olan 2 günlük müddət ötürülməklə (yalnız 11 martda) ona təqdim edilmişdir. Əlavə olaraq, şikayətçi özünün "vəzifəli şəxs" subyekti olmadığını, "xxxx" MMC-nin sıravi işçisi olduğunu və İXM-nin 17-ci maddəsinə əsasən bu məsuliyyətin yalnız təşkilatisərəncamverici funksiyaları yerinə yetirən qanuni təmsilçilərə aid olduğunu əsas gətirərək, təqsirsizlik prezumpsiyası çərçivəsində barəsindəki inzibati xəta haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Həmin qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlama zamanı şikayət edilən pendir məhsulundan analiz götürülsə də yerində tərtib edilən protokola “KİV də yayılmış məlumata görə kifli pendir” kimi qeyd edilmişdir. Əgər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən KİV-də yayılan videomaterial əsasında cərimə tətbiq olunması nəzərdə tutulurdusa, bu halda reyestrdə yoxlama açılmadan, inzibati icraat qaydasında İXM-in 220.9-cu maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edə bilərdi. Lakin reyestrdə yoxlama başladıldığına görə protokolda yalnız həmin yoxlama zamanı aşkar edilmiş nöqsanlar qeyd olunmalı idi. Bununla bağlı məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmiş və inzibati orqanın hərəkətlərini təkrar edərək, hüquqi müdafiə imkanlarını heçə saymışdır. İnzibati orqan tərəfindən mağazada təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə dair hər hansı məhsulu olmasına dair əsaslı sübut tapmamışdır. Qida sənayesində “təhlükəli mal” (və ya təhlükəli amillər) anlayışı, istehlakçının sağlamlığına zərər vura biləcək hər hansı bir bioloji, kimyəvi və ya fiziki xüsusiyyətləri ifadə edir. Yəni hər hansı qida məhsulunun təhlükəli olub-olmaması üçün mütləq laboratoriya analizlərinin nəticəsində bu qənaətə gəlmək olar. Halbuki, inzibati orqan heç bir sübut təqdim etmədən sadəcə vizual görüntülər əsasında qanunsuz qərar qəbul edərək onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. İş materiallarına əlavə edilən laboratoriya analizlərinin nəticəsindən məlum olmuşdur ki, nümunə kimi götürülən məhsullarda təhlükəli hər hansı hal aşkarlanmamışdır. Bu səbəbdən sözügedən qərar ləğv edilməli idi. Bununla bağlı məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmiş və inzibati orqanın hərəkətlərini təkrar edərək, hüquqi müdafiə imkanlarını heçə saymışdır. Həmçinin, protokolda cərimənin tətbiqi nəzərdə tutulmuş İXM-in 447.0.2-ci maddəsinin tələbləri (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) qeyd edilsə də ancaq reyestrdən keçmiş yoxlama suallarında buna dair sual qoyulmamışdır. Belə olan halda reyestrdə qeydiyyatdan keçmiş məlumatlarla, tərtib edilmiş qərar arasında uyğunsuzluq vardır. Bu halın mövcud olması qərarın ləğvi üçün əsas hesab edilməlidir. Bundan başqa inzibati orqan tərəfindən onun vəzifəli şəxs olub-olmaması məsələsi müəyyən olunmamışdır. Belə ki, o hüquqi şəxs olan “xxxx” MMC-nin işçisidir və şirkət üzrə vəzifəli şəxs isə qanuni təmsilçi – idarə heyətinin sədri hesab olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən o vəzifəli şəxs deyil. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hörmətli hakim tərəfindən hüquqi şəxsin vəzifəli şəxsini ayırd etmədən qanunsuz qərar qəbul dilmişdir. Bu halın olması həmin protokol qərarının ləğvi üçün əsas idi. Yuxarıda qeyd olunanlar onu göstərir ki: mağazada hər hansı təhlükəli mal olmadığı halda cərimə yazılmış, vəzifəli şəxs olmadan ona cərimə yazılmış, inzibati icraat kobud prosessual pozuntularla aparılmış və qərarın təqdim edilməsi müddəti ötürülmüşdür. Lakin, məhkəmə tərəfindən müvafiq məsələlərə hüquqi yanaşma düzgün tətbiq edilməmiş və laboratoriya analizlərinin nəticələrinə ümumiyyətlə qiymət verməmişdir. Bu səbəbdən məhkəmə qərarının ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla müqayisədə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, müzakirələr aparılmış, hadisəni təsdiq edən sənədlər tədqiq olunmuş və məhkəmə araşdırması üzrə nəticə etibarilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına münasibətdə, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar