Məhkəmə qərarları › İş №3(3-6)-1456/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1456/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1456/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən (hakim Aynurə Sadıqova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, hakim inzibati xəta haqqında materialı geri qaytararkən İXM-in 109.1.6-cı maddəsinə istinad etsə də, həmin maddənin tətbiqi üçün zəruri olan əsas şərti – çatışmazlıqların məhkəmə baxışı zamanı aradan qaldırıla bilməməsini əsaslandırmamışdır. Mövcud nöqsanlar: aradan qaldırıla bilən xarakter daşıyır; işin mahiyyəti üzrə baxılmasına mane olmur; məhkəmə iclasında aradan qaldırıla bilərdi. Qanunun tələbinə görə, yalnız aradan qaldırılması mümkün olmayan qüsurlar olduqda materiallar geri qaytarıla bilər. Hazırkı iş üzrə isə, materiallar işə mahiyyəti üzrə baxılması üçün kifayət edir, mövcud çatışmazlıqlar aradan qaldırıla bilən xarakter daşıyır, hakim isə bu imkanları araşdırmamışdır. Bu isə maddənin formal deyil, mahiyyətinə zidd tətbiqidir. Qəbul edilmiş qərardadda texniki səhvə yol verilmiş, lakin həmin səhvin aradan qaldırılması və yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməmişdir. Hazırkı işdə məhkəmə: tərəfə hər hansı bildiriş göndərməmiş, əlavə sənəd təqdim etmək imkanı yaratmamış, qüsurların aradan qaldırılması üçün heç bir prosessual hərəkət etməmişdir. Bu isə həm “prosessual qənaət”, həm də “ağlabatan müddət” prinsiplərinin pozulmasıdır. Hakimin formal əsaslarla materialları geri qaytarması nəticəsində: inzibati xətaya hüquqi qiymət verilməmiş, inzibati məsuliyyət məsələsi açıq qalmış, işin mahiyyəti üzrə baxılması qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu hal hüququn tətbiqində effektivliyin itirilməsinə və inzibati icraatın məqsədlərinin pozulmasına gətirib çıxarır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hakimi bu məsələ ilə bağlı bütün zəruri prosessual tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri əsassız olaraq geri qaytarmışdır. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə, inzibati işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün material həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsi əsası ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə səlahiyyətli orqan tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi isə formal və işin mahiyyətinə təsir etməyən əsaslara görə inzibati xətanın törədilməsinə dair müvafiq protokol və ona əlavə edilmiş sənədləri DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə geri qaytarılması ilə bağlı qərar qəbul etmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti ətraflı göstərilməmişdir. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda sadəcə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin dispozisiyası qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Halbuki işə mahiyyəti üzrə baxılması və qanuna uyğun qərın qəbul edilməsi üçün səlahiyyətli orqan tətrərfindən kifayət qədər mötəbər və mümkünlüyü şübhə altına alınmayan sübutlar toplanılmaqla məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlarda mövcud olan xırda texniki qüsurlar isə bütüvlükdə protokola baxılmadan geri qaytarılmasına əsas ola bilməz. Belə ki, iş üzrə tərtib olunmuş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin dispozisiyasında qeyd olunmuş əməlləri törətmişdir. İş üzrə tərtib edilmiş */*** №-li ##.##.2026-cı il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs marixuanadan istifadə nəticəsində sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xətanın mahiyyətinə aid bütün dəlillər toplanmış sübutlarda mövcud olduğu bir vəziyyətdə formal əsaslarla işi səlahiyətli orqana qaytarılması işin baxılması müddətinin lüzumsuz surətdə uzanmasına, eləcə də həm barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxsin, həm də bu icraatı başlayana səlahiyyətli orqanın haqlı narazılığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” ## ### 2019-cu tarixli Qərarında qeyd edilmişdir ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol və ona əlavə edilmiş material icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4 və 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş üzrə araşdırmanın aparılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar