Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1457/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və iş Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 00:55 radələrində “Cəfər Xəndan” küçəsi ərazisində “Toyota Prius minik” markalı, 77- NF-204 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət edən zaman svetaforun yaşıl işığı yanarkən yolayrıcına daxil olmaq istəyən zaman yolayrıcında avtomobillərin dayandığını görmüş, həmin zaman yolayrıcını keçə bilməyəcəyini bilmiş və svetaforun yaşıl işığı yandığı halda təqribi geriyə 1 metr nəqliyyat vasitəsini geriyə doğru sürərək svetaforun qarşısında dayanmışdır. Həmin zaman yol polisi onu saxlamış, etibarnaməsinin vaxtının başa çatdığı müəyyən edilmişdir. O, svetaforun qırmızı işığında keçməmişdir, həmin hissədə barəsində qəbul edilən qərar qanunsuzdur. Ona görə məhkəmədən, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərardan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan XP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Prius minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ##.##.2026-cı il tarixdə, saat 00:55 radələrində “Cəfər Xəndan” küçəsi ərazisində nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə və bir il ərzində 20 və daha çox bal toplanmasına görə IXM-nin 327.2, 327.7 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Göründüyü kimi, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) təqsirinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, onun təqsirli olmasının müəyyən edilməməsini, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməməsini nəzərə alaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilməkdə haqlı olmuşdur. Eyni zamanda yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən səlahiyyətli orqan şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmadığını qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, apellyasiya baxışı zamanı inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, inzibati orqanın apellyasiya instansiya məhkəməsinin məhkəmə prosesində iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutlar olduqda onları məhkəməyə təqdim etmək imkanı olmuşdur, lakin müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və iş Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1457/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1457/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver