Məhkəmə qərarları › İş №3(3-6)-1458/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1458/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1458/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X5, X8 iştirakları ilə, müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## #### 2026-cı il tarixdə Bakı şəhər X1 Idarəsi tərəfindən verilmiş TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, barəsində tərtib olunmuş IXP******* nömrəli inzibati xəta haqqında protokola istinad edilərək onun 150 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, guya o, ## #### 2026-cı il tarixdə saat 10:35-də Bakı şəhəri M.Əliyev küçəsində “X4 Prado” markalı, 90-CL790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin konstruksiyasında normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin qəbul edilmiş həmin qərar işin real faktiki hallarına uyğun gəlmir və əsassız nəticələrə əsaslanır.Ilk növbədə qeyd etməlidir ki, inzibati xəta haqqında protokolda və sonradan çıxarılmış qərarda hadisə yeri düzgün göstərilməmişdir. Belə ki, qərarda hadisənin Bakı şəhəri M.Əliyev küçəsində baş verdiyi qeyd olunsa da, əslində hadisə Hüseynbala Əliyev küçəsində baş ermişdir. Hadisə yerinin bu cür səhv göstərilməsi inzibati xəta haqqında materialların lazımi qaydada araşdırılmadan və formal şəkildə rəsmiləşdirildiyini göstərən mühüm haldır. Hadisənin faktiki halları bundan ibarət olmuşdur ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə yaşadığı məhləyə doğru dönərkən yol polisi əməkdaşı ona yaxınlaşaraq nəqliyyat asitəsini irəlidə saxlamalı olduğunu bildirmişdir. O, da polis əməkdaşının qanuni tələbinə əməl edərək nəqliyyat vasitəsini irəlidə saxlamışdır. Həmin vaxt polis əməkdaşı avtomobilin .arxa hissəsində yerləşən stop işıqlarına baxaraq guya nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildiyini bildirmişdir. Halbuki onun idarə etdiyi avtomobilin arxa hissəsində zavod konstruksiyasına uyğun olaraq stop işıqlarının aşağı hissəsində iki əlavə işıq mövcuddur. Həmin işıqlardan sol tərəfdə yerləşən işıq yanır, sağ tərəfdə olan isə yanmır. Bu isə konstruksiyanın dəyişdirilməsi deyil, sadəcə olaraq işıqlardan birinin işləməməsi kimi qiymətləndirilə biləcək texniki nasazlıq ehtimalını göstərir.O. polis əməkdaşına izah etmişdir ki, həmin avtomobili məhz bu vəziyyətdə almış və artıq 10 ildən artıq müddətdir ki, bu avtomobili istifadə edir. Bu müddət ərzində avtomobil mütəmadi olaraq dövlət texniki baxışından keçmişdir və həmin baxışlar zamanı nəqliyyat vasitəsinin konstruksiyasında hər hansı dəyişiklik edilməsi ilə bağlı ona heç vaxt irad bildirilməmişdir. Buna baxmayaraq polis əməkdaşı ona əsassız şəkildə bildirmişdir ki, guya texniki baxışları pul qarşılığında keçmişdir. Bu kimi iddialar tamamilə əsassız olmaqla yanaşı onun şərəf və ləyaqətinə toxunan ifadələrdir. Baş verən hadisə ilə bağlı o, dərhal Bakı şəhər X1 Idarəsinə rəsmi qaydada şikayət etmiş və həmin məsələ hazırda inzibati qaydada araşdırılma mərhələsindədir.Bundan sonra onun idarə etdiyi nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Yasamal rayon Polis Idarəsinin yaxınlığında yerləşən xüsusi duracağa aparılmışdır. Lakin həmin vaxt onun iştirakıyla hər hansı inzibati xəta haqqında protokol tərtib edilməmiş, ona hər hansı sənəd təqdim edilməmiş və ya izahat vermək hüququ təmin edilməmişdir. Sonradan məlum olmuşdur ki, onun barəsində IXP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, lakin həmin protokol ona təqdim edilməmiş, onunla tanış olmaq və izahat vermək hüququ təmin edilməmişdir. Bu isə inzibati icraatın şəffaflığı və şəxsin müdafiə hüququ prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Digər tərəfdən qeyd etməlidir ki, onun avtomobili duracağa aparıldıqdan sonra bildirildi ki, guya avtomobildə olan həmin əlavə işıqlar çıxarılmadan nəqliyyat vasitəsi duracaqdan buraxılmayacaqdır. Nəticədə o, məcbur olaraq ustanı duracağa dəvət etmiş və avtomobilin arxa hissəsində yerləşən həmin işıqlar ustanın iştirakı ilə sökülərək çıxarılmışdır. Yalnız həmin işıqlar çıxarıldıqdan və bu hal rəsmiləşdirildikdən sonra ona nəqliyyat vasitəsini duracaqdan götürməyə icazə verilmişdir. Bu fakt bir daha göstərir ki, məsələ əslində konstruksiyanın dəyişdirilməsi ilə bağlı ciddi hüquqi pozuntu deyil, sadəcə texniki xarakterli məsələ olmuşdur və bu məsələ yerindəcə aradan qaldırılmışdır.Bundan əlavə qeyd etmək istəyir ki, inzibati xəta haqqında IXP******* nömrəli protokol ilkin mərhələdə qərarsız olmuşdur. Lakin onun tərəfindən edilən şikayətlərdən sonra sonradan tələsik şəkildə inzibati tənbehvermə haqqında qərar sistemə daxil edilmişdir. Bu hal isə inzibati icraatın obyektiv və hərtərəfli aparılmadığnı göstərir. Göstərilənlərə əsasən Bakı şəhər DYPI-nin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan X3 şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək inizbati xəta haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 10.35-də M.Əliyev küçəsində olan ərazidə X4 Prado minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. - ## #### 2026-cı il tarixli arayışdan görünür ki, nəqliyyat vasitəsinin arxa sağ sol əksetdirici işıqları tam olaraq işıqlandırılması servis tərəfindən dayandırılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Belə ki, X8 Əli oğlu ## #### 2026-cı il tarixdə, saat 10.35-də M.Əliyev küçəsində olan ərazidə Toyota Prado minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi hallarına yol vermişdir. Ona görə də Bakı şəhəri DYPI-nin YPX-nin inspektoru tərəfindən onun barəsində həmin tarixdə IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X6 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qanunvericiliyin tələbinə uyğun olaraq yerində qərar qəbul edilməmiş və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. ## #### 2026-cı il tarixdə Bakı şəhəri DYPI-nin R X9 tərəfindən idarənin inzibati binasında işə baxılmış və Qərardan şikayət verən orqan (şəxs) yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 73-cü maddəsinə əsasən arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmədən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar