Məhkəmə qərarları › İş №3(3-6)-1459/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1459/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1459/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər X1 İdarəsinin nümayəndəsi X4, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026- cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş verdiyi yerdə hərəkətin qadağan olunmasını göstərən yol nişanı olmamış, iş materialları tam və obyektiv araşdırılmamışdır. Apellyasiya baxışı zaman iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zaman iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 protokolu müdafiə edərək inzibati xəta hadisənin baş verdiyi gün əvvəlcədən qayda pozuntusu barədə şifahi xəbərdarlıq etməsinə, habelə hadisənin baş verdiyi yerdə qadağanedici nişanın olmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin həmin nişanın tələblərini pozaraq hərəkətə davam etməsini qeyd etdi. Apellyasiya baxışı zaman iştirak edən Bakı şəhər X1 İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız hesab edərək iş materiallarında olan fotoşəkildən də göründüyü kimi inzibati xəta hadisəsinin baş verdiyi yerdə qadağanedici nişanın olmasının aşkar olunmasını, lakin barəsində icraat aparılan şəxsin həmin nişanın tələbinni pozması səbəbindən barəsində əsaslı olaraq protokol tərtib olunduğunu qeyd edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 12:42-də kənar dairəvi ərazidə LEXUS LX 470 minik markalı, **TO*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu Məcəllənin 327.1- 1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə və 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması inzibati xətalarını törətmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, protokolla və fotoşəkillərlə müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan fotoşəkillər də şəxsin inzibati xəta törətməsini sübut edir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətinin əsas dəlili qismində isə inzibati xəta hadisəsinin baş verdiyi ərazidə Giriş qadağandır” yol nişanının olmaması səbəbindən ona istinad olunan inzibati xəta əməlinin törədilməməsi göstərilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iş materiallarında mövcud olan inzibati xəta hadisəsinin baş verdiyi ərazinin fotoşəkilinə, o cümlədən məhkəməyə təqdim olunan video-materiala baxış keçirərək, həmin materialları əsasın müəyyən olunan xüsusatları məhkəmə iclasında iştirakı təmin olunmuş inzibati xəta haqqında protokolu tərtib edən şəxsin məhkəməyə bildirdiyi hallarla əlaqlə şəkildə müqayisə edərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12:42-də kənar dairəvi ərazidə LEXUS LX 470 minik markalı, **TO*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qadağanedici yol nişanı mövcud olduğu halda həmin nişanın tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə həmin Məcəllənin 327.7-ci maddəsində göstərilən inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə əqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin məhkəmə inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun araşdırma apararaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar