Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1461/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı “xxxx” elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs), ## ###### 2026-cı il tarixdə saat 21:52-də, ünvan 2 ünvanda “Pole stone 01 Plug-in hibrid“ minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş, “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” qaydaları pozmaqda təqsirli bilinərək 80 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı “Inzibati tənbeh vermə haqqında” elektron qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.A.Əlizadə) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Bakı Şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs), ## ###### 2026-cı il tarixdə saat 21:52-radələrində ünvan 1 ünvanda hərəkətdə olarkən, idarə etdiyi **- RY-*** dövlət qeydiyyat nişanlı POLE STONE 01 PLUG-IN HIBRID minik markalı avtomobillə ümumi istifadədə olan nəqliyyat vasitəsinin zolağı ilə hərəkət etmişdir. Qərardan şikayət verən orqan (şəxs) sözügedən zolağa yalnız dönmə məqsədilə qısa müddətli daxil olmamış, həmin zolaqda hərəkətini davam etdirmiş və svetofor qarşısında gözləməklə faktiki olaraq həmin zolaqdan istifadə etmişdir. Bu hal isə “Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin IV hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi inzibati xətanın sübuta yetirilməməsi qənaətinə gəlsə də, məhkəmə iş üzrə toplanmış materiallara tam və obyektiv hüquqi qiymət verməmişdir. mhkəmə tərəfindən yalnız foto və ya video materialın təqdim olunmamasına əsaslanmaqla inzibati xətanın tam sübuta yetirilməməsi nəticəsinə gəlinməsi işin hallarına və mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, inzibati orqanın apellyasiya qaydasında verdiyi şikayətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), ## ###### 2026-cı il tarixdə saat 21:52-də, ünvan 2 ünvanda, idarə etdiyi “Pole stone 01 Plug-in hibrid“ minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğu iddia olunsa da, məhkəmə araşdırması zamanı, mübahisə olunan ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı, əksinə iş materialları ilə müqayisədə təkzib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı xüsusi olaraq vurğulayır ki, inzibati orqan şikayətində, birinci instansiya məhkəməsinin, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktını təsdiq edən, foto və ya video materialın təqdim olunmamasına əsaslanmaqla inzibati xətanın tam sübuta yetirilməməsi nəticəsinə gəlinməsi barədə məsələyə diqqət çəksə də, həmin dəlilləri şikayətə əlavə etməmiş və ya apellyasiya baxışı zamanı məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı, həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Qeyd: Bu Məcəllənin 97.1-ci və 124.5-ci maddələrində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair foto və ya video çəkilişə dair dəlillər mübahisə ilə əlaqədar səlahiyyətli vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim olunmamışdır. Birinci və apellyasiya instansiya məhkəməsi zamanı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara münasibətdə iş üzrə inzibati xəta faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və şikayətdə mülahizə xarakterli məlumatlar qeyd edilməklə kifayətlənilmişdir. Birinci instansiya məhkəməsi, işin mübahisəli və həqiqi halları ilə müqayisədə, Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərini düzgün nəzərə almışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmamış və işin həqiqi hallarına münasibətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Bununla da, yuxarıda qeyd oluna xüsusatlara əsasən şikayət təmin edilməməli və Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******* saylı “xxxx” elektron qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalara Məcəlləsinin 346.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli TP ******* saylı “xxxx” elektron qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalara Məcəlləsinin 346.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1461/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1461/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver