Məhkəmə qərarları › İş №3(3-6)-1463/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1463/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1463/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya qaydasında verilmiş verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kəlbəcər Rayon Məhkəməsinin *(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcunu ödəməmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4800 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli ilə X1 İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, şikayətinin təmin edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar ona qarşı haqızlıqdır. Çünki məhkəmə öz araşdırmasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də borcu ödməkdən qəsdən yayındığını, dəfələrlə barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə verilsə də, məhkəm hər dəfəsində ona güzəşt etmişdir. Məhkəmənin güzəşt etməsi səbəbindən uşağı ac qalır. Hesdab edir ki, məhkəmənin bu əsassız qərarı səbəbindən borclu sui istifadə edərək borcu ödəmir. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs olunmalı olduğunu hesab edir. Həmçinin düşünür ki, əgər məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi vəziyyətinin zəif olduğuna görə işin hallarının yüngülləşdirən hal kimi qiymətləndirmişdirsə, onun barəsində inzibati cərimə növünün seçilməsi uyğunsuzdur. Bu hal ona maddi ziyan vuracaqdır. Hesab edir ki, ona inzibati həbs verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs verilmədiyi üçün hər dəfə onu ələ salır, onu heç kimin tuta bilməyəcəyini bildirir. O, isə qanuun aliliyinə inanır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmədən tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs və iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edib, hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin *(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli icra sənədindən görünür ki, ## ####### 2023-cü il tarixdən hesablanmaqla, ## ######## 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aylıq aliment cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir; İcraata başlamaq haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında ## #### 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin *(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında ## #### 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirişin surətini ## ##### 2024-cü il tarixdə qəbul etmişdir; Borclunun axtarışı haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, borclu ##.##.1999-cu il təvəllüdlü Kəlbəcər rayonu, İstisu qəsəbə ərazi dairəsi, İstisu qəsəbəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir; Borclunun axtarışı haqqında ## ####### 2025-ci il tarixli qərardan görünür ki, borclu ##.##.1999-cu il təvəllüdlü Kəlbəcər rayonu, İstisu qəsəbə ərazi dairəsi, İstisu qəsəbəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 3(008)- ****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; ## ### 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 900 manat məbləğində ödəniş edilmişdir; ## ### 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 75 manat məbləğində ödəniş edilmişdir; ## ### 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 25 manat məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə verdiyi ##.##.2024-cü il tarixli izahatdan görünür ki, o, ailəsində problem olduğu və anası əməliyyat olduğu üçün işləmir və bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə borcun məbləğini, hazırda 1000 manat məbləğində ödəniş etməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta üzrə icraata xitam verildikdən sonra bugünədək aliment borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə icra sənədinin icrası məqsədilə icra məmurunun çağırışlarına gəlməmiş, yayınmış, bu səbəbdən barəsində axtarış elan edilmişdir ki, bu da onun məhkəmə qətnaməsinə etinasız yanaşmasına dəlalət edən haldır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə cərimə inzibati tənbeh tədbiri tətbiq edərkən onun icra sənədini icra etməməsi, dəfələrlə icra məmurunun çağırışlarına gəlməməsi, barəsində axtarış elan edilməsi kimi halların mövcud olduğunu sadalasa da nəticədə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs barəsində yüngül cəza təyin etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında göstərmişdir ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, borclunun uzun müddət ərzində borclu olduğu məbləği ödəməkdən yayınmasına, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunarkən və ondan sonrakı zaman kəsiyində ödənişlərin edilməməsinə ötəri yanaşaraq, şəxs barəsində yüngül cəza təyin etmişdir. İXM-in 135.1.2-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli onun tutulduğu andan hesablansın. Qərarın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə tapşırılsın. Qərar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar