Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1464/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 510.1 və 535.1-ci maddələri ilə müvafiq olaraq tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokolları, onlara əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Məmmədova Günel İqbal qızı) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində taksi sürücüsü kimi idarə etdiyi avtomobildə Həşimov Taliyə İsmayıl qızına qarşı xırda xuliqanlıq etməsi və sonradan polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq olaraq Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə və əvvəli inzibati qaydada tutulduğu ## ### 2026-cı il tarix, saat 19:55-dən hesablanmaqla 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda onun tərəfindən törədilməsinə istinad edilmiş əməllərində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında iş üzrə törətdiyi əməllərindən səmimi peşman olduğunu bildirib, buna görə də barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməklə, faktiki olaraq şikayətinə dəyişiklik etmişdir. Apellyasiya məhkəməsi iclasına vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında toplanmış sübutlara ümumiləşdirilmiş şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana verdiyi izahatına, Həşimova Taliyə İsmayıl qızının səlahiyyətli orqana verdiyi ## ### 2026-cı il tarixli ərizəsinə və izahatına, səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ### 2026-cı il tarixli raporta (məhkəmə həmin izahatların və sənədlərin məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) əsaslanmaqla, düzgün olaraq Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati tənbeh tədbirinin Azərbaycan Respublikası İXM-in 31 və 32-ci maddələrinin tələblərinə uyğun olmamasından hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evlidir, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını birinci instansiya məhkəməsi tərəfindən müvafiq qaydada nəzərə alınmaması səbəbindən Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in: - 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normaları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi, Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların xarakterini, onun şəxsiyyəti və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində məsuliyyətini ağırlaşdıran halın müəyyən olmamasına və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almasa da, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə deyil, inzibati həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almaması tətbiq etdiyi inzibati həbsin müddətinin azaldılmasını zəruri edir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, ona Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tətbiq edilmiş 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddəti 10 (on) günə endirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tətbiq edilmiş 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddəti 10 (on) günə endirilsin. Həmin qərar verilmiş şikayətə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1464/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1464/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver