Məhkəmə qərarları › İş №3(3-6)-1465/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1465/2026

16.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1465/2026 16.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Günel Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ## ### 2026-cı il tarix saat 20:00-dan hesablanmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aparılan araşdırmalar və sübutların qiymətləndirilməsi qeyri-obyektiv, natamam, qərəzli və səthi aparılmışdır. Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə başlanılmış inzibati xəta haqqında iş üzrə özünü heç bir şəkildə təqsirli bilmir. Orta təhsillidir, ailəlidir, himayəsində 1 yaşında, ##.##.2025-ci il təvəllüdlü X1 adlı azyaşlı qız övladı var. Əvvəllər heç bir inzibati və cinayət məsuliyyətinə cəlb olunmamışdır. BYD markalı, **-QX-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə “xxxx” taksi şirkətinə qoşulmuşdur. Gündəlik taksi fəaliyyəti ilə məşğul olur. Heç bir müştəri ilə problemi olmamışdır. Bir vətəndaş olaraq daima müştərilərinə nəzakətlə davranmışdır. ##.##.2026-cı il tarixdə, günorta saatlarında adını bilmədiyi xanım müştəri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanına taksi sifarişi vermişdir. Müştəri avtomobilə əyləşmiş, ünvana doğru hərəkət eləmiş, müştəri avtomobildən düşəndə gediş haqqını ödəmiş və avtomobildən enmişdir. Yol boyunca müştərini, vətəndaşı ciddi şəkildə narahat edə biləcək hər hansı bir dialoqları olmamışdır. Həmin vaxt bütün danışıqlar avtomobildə olan videoqeydiyyatçı tərəfindən qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edəcəkdir. ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşı onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək barəsində şikayət olunduğunu və 13-cü Polis Şöbəsinə gəlməli olduğunu bildirmişlər. O dərhal Polis əməkdaşının qanuni tələbinə, çağırışına tabeçilik göstərərək 13-cü Polis Şöbəsinə getmişdir. İzahat yazmışdır. Onu heç bir tutarlı səbəb olmadan 1 gecə 13-cü Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlamışlar, 11,05.2026-cı il tarixində barəsində İnzibatı Xəta Haqqında Protokol tərtib etmişlər, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə aparmış, 20 sutka həbs etmişlər. Müştərilərə göstərilən xidmət səviyyəsinin ölçülməsi və təhlükəsizlik məqsədi ilə BYD markalı, **-QX-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilində videoqeydiyyatçı kameralar quraşdırılmışdır. Gün ərzində avtomobildə olan bütün danışıqlar audio və video qeydiyyatçı tərəfindən birmənalı şəkildə qeydiyyata alınır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, proses iştirakçılarının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli qərarı şəxsə təyin edilmiş tənbeh hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman avtomobilinə əyləşən müştəriyə qarşı qeyri-etik təkliflər etmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan inzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməyə cəhd etmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində vətəndaş şikayəti əsasında Sabunçu RPİnin 13-cü PŞ-nə dəvət edilmiş, ##.##.1993-cü il təvəllüdlü vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PŞ-də saxlanılan zaman daxili qaydalara riayət etməmiş, aqressiv vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və PŞ-nin inzibati binasının fəaliyyətinə mane olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında materiala əlavə edilmiş ## ### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquq pozuntusuna yol verməsini müəyyən etmişdir. Bununla belə, apellyasiya instansiya məhkəməsi şəxsə təyin edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, həddi hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi onun əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını, daha ağır tənbehin tətbiqi üçün əsasların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri 15 (on beş) günədək azaldılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 535.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi dəyişdirilərək 10 (on) günə endirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təyin edilmiş 20 (iyirmi) gün inzibati həbs tənbehinin müddəti 15 (on beş) günə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar