Məhkəmə qərarları › İş №3(3-6)-1466/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1466/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1466/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə, ## ###### 2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Samux rayonu, Nəbiağalı qəsəbəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, həbsetmənin əvvəlinin ## ### 2026-cı il tarixdən, saat 19:00-dan hesablanması qərara alınmışdır. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” şirkətində operator olaraq işləyir. Əmək haqqısı aşağı olduğunda işdən kənar vaxtlarda taksi fəaliyyəti ilə məşğul olur. ##.##.2026-cı il tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən sərnişini götürməyə getmişdir. Sərnişini götürərkən sərnişin zəng edərək yolun dəyişdiyini və hansı istiqamətdə getməli olduğunu izah etmişdir. Daha sonra həmin məntəqəyə getmiş və bir nəfər xanım sərnişin avtomobilə əyləşmişdir. Xanım əyləşən kimi söhbət etmiş, maşınının təmiz olduğunu bildirmişdir. Daha sonra ondan telefon nömrəmi istəyərək çox taksi maşını natəmiz olduğundan taksi lazım olduqda zəng edəcəyini bildirişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün telefon nömrəsini vermişdir. Daha sonra yol boyu xanım onunla söhbət etməyə çalışmış, o da hər sərnişinlə danışdığı kimi xanımla ünsiyyət qurmuşdur. Daha sonra xanım düşərkən nömrəsi düşməsi üçün ondan “Whatsapp” mobil tətbiqindən yazmasını istəmişdir. O isə xanıma yazmamış, mənim telefonundan xanıma heç bir zəng edilməmiş, mesaj göndərilməmişdir. Polis əməkdaşları onu bölməyə dəvət etdikdə onlara heç bir etraz etmədən onlara tabe olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarımışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin xəta olmasını aradan qaldıran hallar, habelə onun inzibati məsuliyyətindən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin sübuta yetirilmədiyi iddia edilsə də, iş materiallarında olan sənədlər ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi maddələrdə nəzərdə tutulan xətaları törətməsi təsdiq olunur. Bununla belə, apellyasiya instansiya məhkəməsi şəxs barəsində tətbiq edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, həddi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmır. IXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən etmədiyini qeyd etmiş, lakin, ona yuxarı həddə tənbeh təyin etmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun törədilməsi hallarını və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gənc olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını, daha ağır tənbehin tətbiqi üçün əsasların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, qərar tənbehə aid hissədə dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin müddəti 10 (on) günədək azaldılmalıdır. IXM-in 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və IXM-in 128-135, 138.1.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı, qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh 10 (on) günə endirilsin. Həbsetmənin əvvəli ## ### 2026-cı il tarixdən, saat 19:00-dan hesablannması nəzərə alınsın. Qərar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar