Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1468/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən birinci instansiya məhkəməsinə daxil olmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN ******* saylı və ## ### 2026-cı il tarixli, MN ******* saylı protokollara və raporta əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarı ilə axtarışda olan X6 ünvan 1 ünvanında qohumlarının evində gizlənməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında şöbənin əməkdaşları həmin ünvanda olan zaman axtarışda olan X6 oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına yaxınlaşaraq uca səslə onların ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Daha sonra həmin şəxs könüllü olaraq şöbəyə getməkdən imtina edərək müqavimət göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamış, bundan əlavə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də Ambulator Məcburi X4 zamanı narkoloji müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığa buraxılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ağır xəstə olduğu üçün stasionar qaydada müalicələr alan və bu səbəbdən məhkəmə proseslərinə gəlməyən ##.##.1977-ci il təvəllüdlü X6 barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilmişdir. Bundan sonra X6 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə aparılan cinayət araşdırması dayandırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı icra olunması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. X8 artıq bir neçə ay axtarışda olsa da yeri müəyyən edilə bilmir. Onun yerini müəyyən edə bilməyən Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları son çarə olaraq şər, böhtan ataraq və həmçinin əllərində olan hakimiyyətdən istifadə edərək X8 yerini müəyyən etmək üçün onun övladlarını və qardaşını təzyiqlər etməkdə görmüşdür. Belə ki, Bakı şəhəri Sabunçu RPİ-nin əməkdaşları bir neçə dəfə X8 doğma qızı olan Günel Mehdiyevanı bir neçə dəfə zor tətbiq etməklə Bakı şəhəri Sabunçu RPİ-nin ** saylı PB-nə aparıb anasının yerini deməsi üçün təzyiqlər ediblər. Lakin heçnə əldə edə bilməyiblər. Bundan sonra Aynur Abbasovanın digər iki övladını sıra ilə ** saylı Polis Bölməsinə aparıblar. İlk olaraq onlar Aynur Abbasovanın 17 yaşlı kiçik oğlu Nihad Abbasovu ** saylı Polis Bölməsinə aparıblar. Orada onu söyüb təhqir edib bir neçə saat ərzində polisin inzibati binasında hər hansı tutulma protokolu olmadan saxlayıblar. Lakin Nihadın təzyiqlərə dözərək anasının yerini demədiyinə görə onu buraxmağa məcbur qalıblar. Daha sonra isə onlar Aynur Abbasovanın doğma qardaşı olan Elsevər Allahverdiyevi ** saylı Polis Bölməsinə aparıblar. Lakin Elsevərdəndə hər hansı məlumat ala bilmədikləri üçün onuda bir neçə saat polis bölməsində saxladıqdan sonra azad buraxıblar. Bundan sonra isə Bakı şəhəri Sabunçu RPİ-nin ** saylı PB-nin Dalğa və Anar adlı əməliyyat müvəkkilləri Aynur Abbasovanın böyük oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zəng edərək polisə orqanına dəvət ediblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hansı səbəbdən polis orqanına çağrıldığını soruşdiqda "gələrsən bilərsən" cavabın almışdır. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı binanın həyətinə düşüb avtomobil ilə ** saylı PBnə getmək istərkən onu əməliyyat müvəkkilləri Dalğa və Anar saxlayıb əlini-qolunu arxaya burub qandallayaraq ** saylı PBnə aparımışlar. Burada polis əməkdaşları tərəfindən yaxşıca əzişdirilən və halsız vəziyyətə salınan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilinin açarları götürüldüksən sonra əməliyyat müvəkkili Dalğa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı binanın həyətinə gələrək onun istifadəsində olan Hyundai markalı **-TX-*** d.qn avtomobili özbaşına sürüb naməlum istiqamətdə aparmışdır. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dağma bacısı olan Mələk Mehdiyevaya ** saylı PB-nin polis əməkdaşı olan Şahmar adında şəxs istifadəsində olan 055-252-50-55 mobil nömrəsindən zəng edərək qardaşının buraxılması üçün anası Aynur Abbasovanın ** saylı Polis Bölməsinə gəlməli olduğunu bildirmişdir. Şamar adlı polis əməkdaşı ilə olan danışıq telefonla yazılıb və CD diskə köçürülərək məhəkəmyə təqdim ediləcək. ##.##.2026-cı il tarixdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkoloji dispanserə apararaq müayinəsin aparıbıar və onu güya narkotik istifadəçisi olduğu müəyyən edilib. Halbuki bu tam cəfəngiyyatdı. O heç bir vaxt narkotikdən sitifadə etməyib. Daha sonra onun barəsində inzibati xəta haqqınd aprotokol tərtib edirlrək məhkəməyə çıxarırlıb və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarı X2 AR İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin olunmasını, bunun mümkün olmadığı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin cərimə inzibati təbbeh tədbiri ilə əvəz edilməsini xahiş etdilər. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında ## ### 2026-cı il tarixli, MN ******* saylı və ## ### 2026-cı il tarixli, MN ******* saylı protokollara və raporta əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarı ilə axtarışda olan X6 ünvan 1 ünvanında qohumlarının evdində gizlənməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında şöbənin əməkdaşları həmin ünvanda olan zaman axtarışda olan X6 oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına yaxınlaşaraq uca səslə onların ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Daha sonra həmin şəxs könüllü olaraq şöbəyə getməkdən imtina edərək müqavimət göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamış, bundan əlavə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞdə Ambulator Məcburi X4 zamanı narkoloji müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 X3-X4 haqqında ## ### 2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MET+ aşkar olunmuşdur. Onda psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 X3-X4 haqqında ## ### 2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs psixotrop maddələrə qarşı patoloji meyl fomalaşıb. Psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. AZA ****** saylı, ## ### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə, saat 15:45-də inzibati qaydada tutulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, ## ### 2026-cı il tarixdə polis əməkdaşları anası Aynurun axtarışda olması ilə bağlı onun olduğu ünvana gələn zaman onlar mülki geyimdə olduğu üçün polis əməkdaşı olduğunu bilməmişdir. O polis əməkdaşlarından Kənan Osmanovu tanımışdır. Çünki onunla birlikdə əvvəllər 34-cü PŞ-nə işləmişdir. Polis əməkdaşlarına müqavimət göstərməsini etiraf edir. Lakin o psixotrop maddələrdən istifadə etmir. O anasının axtarışda olmasının ona aidiyyəti olmadığı üçün polislərlə mübahisə etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları ilə getməkdən imtina etmiş, polis maşınına minmək istəməmiş, əl-qol hərəkəti edərək maşına minməkdən imtina etmişdir. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə tərəfindən ona cəza veriləcəksə inzibati həbsin müddətinin az olmasını və 12-ci PŞ-də həbsdə saxlanılması xahiş edir. Çünki özü də əvvəllər polis şöbəsində işlədiyindən 12-ci PŞ-də olan əməkdaşları tanıyır və PŞ-də ona yaxşı baxırlar. PŞdə ona yaxşı baxırlar, ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, tutularkən ona qarşı hər hansı fiziki təsir olmamışdır. Polis olduğu üçün ona qarşı hörmətsizlik olmamışdır. Polislərə müqavimət göstərməsini və onların əmrlərinə tabe olmadığını etiraf edir. Polis əməkdaşlarına tabesizlik ondan ibarət olmuşdur ki, polis əməkdaşları ona yaxınlaşıb axtarışda olan anası Aynur Abbasovanın Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində olan evdə olmasını soruşmuşlar. O da anasından xəbəri olmadığını, polislərlə mübahisə etmiş, polis əməkdaşı Kənan Osmanovun qolundan itələmişdir. Polis əməkdaşlarına qarşı hörmətsizlik etmək istəməmişdir. Ona PŞ-nə dəvət edərkən və maşına oturarkən müqavimət göstərmişdir. Rəydə psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunmasını başa düşə bilmir. Çünki o ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Ona qarşı heç bir təzyiq olunmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 X3-X4 haqqında ## ### 2026-cı il tarixli, **** saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs psixotrop maddələrdən istifadə etmədiyini bildirsə də, protokola əlavə edilmiş sübutların siyahısından onun inzibati xəta törtməsi təkzib olunur Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, özünun səmimi etirafı, şahid izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xətaların törədilməsində təqsirli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı və 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək tənbeh etmişdir. Bununla yanaşı, məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını, o cümlədən, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha yüngül tənbeh tədbiri tətbiq edilməklə də inzibati tənbehin məqsədlərinin təmin edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tutma altında olmaqla barəsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat miqdarda cərimə növündə tənbeh tətbiri tətbiq oluna bilər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l ı r: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1468/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1468/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver