Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1469/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Bahadır Yeltekinin inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsnin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Bahadır Yeltekin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş X5 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət etmişdir. Səlahiyyətli orqan tərəfindən ## #### 2025-ci il tarixli yazılı sorğu ilə hüquqi şəxsə müraciət edilərək şikayətin araşdırılması üçün sənəd və məlumatlar tələb edilmişdir. Yazılı sorğu ## ###### 2025-ci il tarixində hüquqi şəxs tərəfindən cavablandırılmış, müvafiq sənəd və məlumatlar səlahiyyətli orqana təqdim edilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin direktoru Bahadır Yeltekin və eyni zamanda hüquqi şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında icraat açaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokol təqdim edilsə də, vəzifəli şəxs protokola baxılması üzrə iclasa dəvət edilməmişdir. Səlahiyyətli orqanin MN seriyalı ******* nömrəli, ## ####### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs Bahadır Yeltekin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1.200 (bir min iki yüz) AZN cərimə edilmişdir. Səlahiyyətli orqan tərəfindən hüquqi şəxs barəsində də inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (hakim Emin Axundov) göndərilmişdir. Işə baxılması ## ###### 2025-ci il tarixinə saat 14.20-ə təyin edilmişdir. Hesab edirlər ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuş, iş üzrə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar çıxarmalı olduğu halda, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Qərardan narazı qaldıqları üçün müvafiq məhkəmyə şikayət vermək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, şikayətləri təmin edilməli, səlahiyyətli orqanın MN seriyalı ******* nömrəli, ## ####### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələbləri kobud şəkildə pozularaq qəbul edildiyi üçün ləğv edilməli və işin yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılması haqqında qərar qəbul edilməlidir. Səlahiyyətli orqan ümumiyyətlə qərarında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xətalara dair inzibati cərimələrin şərti tətbiq edilməsi ilə bağlı heç bir mövqe ortaya qoymamış, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsində nəzərdə tutulan istisna halın, yəni vəzifəli şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi üzrə artıq bir dəfə inzibati məsuliyyətə cəlb edildiyi və həmin tarixdən 1 il ərzində təkrar eyni əməli törətməsi halının hazırki işdə mövcud olub-olmaması barədə heç bir araşdırma aparmamışdır. Halbuki vəzifəli şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə bağlı əvvəllər heç vaxt inzibati məsuliyyətə cəlb edilməmişdir və bu pozuntu onun törətdiyi ilk pozuntu omuşdur, belə olduğu təqdirdə birinci instansiya məhkəməsi tərəfindən vəzifəli şəxsə inzibati tənbeh tətbiqinin verilməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin kobud şəkildə pozulmasıdır. Göstərilənlərə əsasən səlahiyyətli orqanın MN seriyalı, ******* nömrəli, ## ####### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, 12 dekabr 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Mətanət Hacıyeva) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Bahadır Yeltekinin inzibati xəta törətməsinə dair materialların yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli şikayət verərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və Xidmətin Bakı Şəhər idarəsi tərəfindən Bahadır Yeltekin barəsində qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, vətəndaş X5 şikayəti əsasında Xidmətin Bakı Şəhər Idarəsində aparılan araşdırma zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3-17-5/2- *****/**** nömrəli, ## #### 2025-ci il tarixli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. Sözügedən məktubda tələb olunan sənədlər Bahadır Yeltekin tərəfindən təqdim edilməmişdir. Məhkəmə müvafiq sənədin çatdırılmadığına istinad etsə də, müvafiq məktub işəgötürənə məxus elektron kabinetə yerləşdirilmişdir. Beləliklə, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Bahadır Yeltekin-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin nümayəndəsi X1 məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək Xidmətin Bakı Şəhər idarəsi tərəfindən Bahadır Yeltekin barəsində qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bahadır Yeltekinə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və Bahadır Yeltekinin inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, 12 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X5 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək sənədlərin 07 iş günü ərzində təqdim edilməsi tələb olunsa da tələb olunan sənədlərin ## ####### 2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Bahadır Yeltekin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən göndərilmiş ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun hansı tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılması və Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron poçtla sənədlərin göndərilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, Bahadır Yeltekinin Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bahadır Yeltekinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət təmin edilməli, Bahadır Yeltekinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməlidir. Məhkəmə bu mövqe ilə razılaşaraq və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın tərtib edilməsinə səbəb hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3-17-5/2- *****/**** nömrəli, ## #### 2025-ci il tarixli məktubla vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər Idarəsinə təqdim edilməməsi olmamışdır. Məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində icraat aparılan şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında qərarı və materialları araşdıraraq hesab edir ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsindən poçtla göndərilmiş məktubu ## ###### 2025-ci il tarixdə almışlar, ## ###### 2025-ci il tarixdə tələb olunan bütün sənədləri elektron poçtla göndərmişlər. Sənədlərin elektron poçtla ## ###### 2025-ci il tarixdə göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmişlər. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3-17-5/2- *****/**** nömrəli, ## #### 2025-ci il tarixli məktubun hansı tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti inzibati orqan olaraq “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X6 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi barəsində icraat aparılan şəxs barədə qərar qəbul edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərarda göstərilən halların şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, inzibati xətanın mövcudluğunda şübhələr olduğundan, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsinə göndərilməsi barədə qərarı qanuna uyğundur. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Yeltekin Bahadır barəsində qəbul edilmiş inzibati orqanın qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə göndərilməsi haqqında nəticə qanuni və əsaslıdır. Işin halları X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasına əsas vermir və bunu iddia edən apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından əsaslı sayılmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin olunmamalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ####### 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və Bahadır Yeltekinin inzibati xəta törətməsinə dair materiallarin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsnin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ####### 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və Bahadır Yeltekinin inzibati xəta törətməsinə dair materialların yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsnin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1469/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1469/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver