Məhkəmə qərarları › İş №3(3-6)-1471/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1471/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1471/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilən şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilən şikayət təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, daha sonra həmin qərar Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən ləğv edilərək iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin cavabdeh orqan tərəfindən iş formal qaydada yenidən baxılmış və əvvəlki qərarın mahiyyəti dəyişdirilmədən yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Sübutların yetərsizliyi və natamam araşdırma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta işi üzrə qərar qəbul edilərkən işin bütün halları tam obyektiv və hər tərəfli araşdırmalıdır. Lakin iş materiallarında yol hərəkəti qayda pozuntusunu təsdiq edən video görüntü təqdim edilməmiş yalnız fotomateriallara istinad olunmuşdur. Fotomateriallar isə hadisənin bütün hallarını tam sübut etmir. DYP qərarında nəqliyyat vasitəsinin etibarnamə əsasında istifadə edildiyi göstərilmişdir. Halbuki həmin nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Bu hal iş üzrə düzgün müəyyən edilmədiyini sübut edir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məhkəmə qərarları məcburi xarakter daşıyır. Birinci inistansiya məhkəməsi tərəfindən işin düzgün araşdırılmadığı qeyd edilərək materiallar yenidən baxılması üçün göndərilmişdir. Lakin cavabdeh orqan bu göstərişlərə əməl etməmiş əvvəlki qərarı faktiki olaraq təkrar qəbul etmişdir.Bu isə məhkəmə qərarının mahiyyətcə icra edilməməsi deməkdir. Məhkəmənin işə səthi yanaşması birinci instansiya məhkəməsi tərəfindən ziddiyyətlər araşdırılmamış şikayətində qeyd olunan hallar üzrə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən iş hərtərəfli və obyektiv ararşdırılması, sübutların tam və kifayət qədər olması, məhkəmə qərarı icra olunmasına dair tələblər pozulmuşdur. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilən şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026-cıil tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) AR DİN Baş Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarında verilən şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsindəki ## ###### 2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. - ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati xəta haqqında iş üzrə qərardan müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə vətəndaş Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. - iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi BYD markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanaraq sərnişinləri avtomobilinə mindirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbqi edilmiş ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materaillarına əlavə edilmiş fotoşəkillər ilə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi BYD markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunvericiliyin tələblərini pozaraq yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanaraq avtomobilinə sərnişin mindirməsi faktı öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilən şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar