Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1475/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili X3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Asan Xidmət və Sosial İnnovasiyalar üzrə X6 X15 tərəfindən tətbiq edilmiş ***** nömrəli ##.##.2025-ci il tarixli yoxlama aktı və digər təsdiqedici sənədlərlə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400-cü məhəllənin əhatə etdiyi ərazidə yerləşən tikinti obyektində ##.##.2025- ci il tarixdə saat 11:15-də işçi X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili X3 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)***/**** saylı qərarını ləğv edərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili X3 tərəflərindən verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2025-ci il tarixli KY********* nömrəli çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də 2025-ci ilin 19-23 dekabr tarixlərində aparılmalı olan plandankənar yoxlama (monitorinq) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır; - ## ###### 2025-ci il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsmayılov Rövşən Əmra oğlu yoxlamanın keçirilməsinə dair qərarı, sahibkarlıq sahəsində aparılan yoxlamların vahid məlumat reyestrindən çıxarışı, yoxlama suallarının siyahısını həmin tarixdə saat 11:15-də almışdır; -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair yoxlama aktlarından və siyahıdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ##### tarixli **** nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 X15 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması uçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin ## ###### 2025-ci il tarixli 3- **/*-*-**/**** nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev, Manaf Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400-cü məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" MənzilTikinti Kooperativində (VÖEN: **********) qeyri-formal məşğulluq mallarının monitorinqi aparılmış və bu barədə 2025-ci il ## ###### tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 42 şəxs yoxlanılmışdır. Tikinti obyektinin sifarişçisi və podratçısı “xxxx" MTK (VÖEN: **********) tərəfindən 35 şəxs əmək müqaviləsi bağlanılmaqla, 1 şəxs isə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi, “xxxx" MTK ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən “Əsgəroğlu A İnşaat” MMC (VÖEN: **********) tərəfindən 3 şəxs əmək müqaviləsi bağlanılmaqla, 3 şəxs isə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış mülki-hüquqi müqavilələr təqdim edilmişdir. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inşa olunan tikinti obyektində ## ###### 2025-ci il tarixdə həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışa əlavə edilən, həmin MMC tərəfindən əmək müqaviləsi və ya mülki (xidməti) müqavilə olmadan işə cəlb edilən şəxslərin siyahısı aşağıdakı qayada müəyyən edilmişdir: 1. X1 (FİN 52EN9YY); -Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də suvaqçı kimi işə götürülmüş X1 ilə ## ###### 2025-ci il tarixdə, saat 12:54-də əmək müqaviləsi bağlanmışdır. Apellyasiya icraatı zamanı şahid qismində Şahid izahatında X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə heç bir əlaqəsinin olmadığını, olarla heç bir əmək müqaviləsi bağlamadığını, əksinə həmin işçinin onlara məxsus olduğunu və tərəflərindən işləmək üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərildiyini vurğuladı. Məhkəmə hesab edir ki, aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi sübutlarla öz təsdiqini tapmışdır və şahidin bildirmiş olduğu fikirlər həqiqəti əks etdirmir və sübut kimi qəbul edilə bilməz. Müdafiə tərəfi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müvafiq inzibati xətaya yol verilmədiyini qeyd etsələr də, onların dəlilləri iş materiallarında olan, yuxarıda sadalanmış sənədlərlə tam təkzib edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXMin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək barəsində tənbeh tədbiri tətbiq etmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nin nümayəndəsi və vəkili X3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1475/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1475/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver