Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1480/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, , «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D I : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material məhkəməyə daxil olmuşdur. ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə nazirliyin avtomatlaşdırılmış elektron informasiya sistemi vasitəsilə ## ###### 2025-ci il tarixində *-**-*/*-******/**** nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 şikayətin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” MMC AR IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və AR IXM-nin 116.1-ci maddəsinə əsasən həmin cərimə şərti olaraq tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, 3-17-5/2- ******/**** nömrəli məktubundan görünür ki, X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə daxil olmuş müraciətinə Xidmətin Bakı şəhər Idarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 X9 X1 Aşağıdakı Sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər Idarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı: 1. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu 2. Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər(işlədiyi dövr üzrə) 3. Iş vaxtının uçot tabeli(işlədiyi dövr üzrə) 4. Son haq hesabın hesablansmı və ödənilməsini təsdiq edən sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şəxsi kabibetinə yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktuba cavab olaraq bildirmişdir ki, ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı sorğunuza X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə daxil olmuş müraciətinə əsasən bildirmək istəyirlər ki, onlar tərəfindən işçiyə son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq onun sonuncu iş günü ödənilmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. (Qoşma: - 8 vərəq) Iş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, sözügedən məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mövqeyini onunla əsaslandırmışdır ki, barəsində inzibati iş üzrə icraat aparılan MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu ilə tələb edilən sənədlər təqdim edildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış və nəticədə əsassız olaraq MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavabdan məlum olur ki, işçiyə son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmişdir. Göründüyü kimi Xidmətin Bakı Şəhər Idarəsinin ##.##.2025-ci il tarixli sorğusuna barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən 1 aydan sonra cavab verilmiş və beləliklə inzibati xəta hadisəsi baş vermişdir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, inzibati cərimənin şərti tətbiq edilməsi üçün ilk növbədə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Hazırki halda isə inzibati xətanı törətmiş subyekt hüquqi şəxs olduğundan və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinə isə yalnız hakim malik olduğundan məhkəmənin qanunvericiliyi tələblərinə zidd olaraq səlahiyyətli orqanın hüquqi şəxs barəsində inzibati cərimənin şərti tətbiq edilməsinə dair qərar qəbul etməli olması və bunu etmədiyinə görə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməsi anlaşılan deyil. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi inzibati xətalar qanunvericiliyin tələblərini nəzərə almadan, qanunvericiliyə əsasən yalnız hakimin səlahiyyətinə aid olan məsələ ilə bağlı inzibati orqanın səlahiyyətinə qanunla aid olmayan qərarın qəbul edilməməsi əsası ilə əməldə inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmənin əsaslandığı hallar öz-özlüyündə əməldə inzibati xəta tərkibinin olmasını istisna edən hallar kimi qiymətləndirilə bilməzdi. Belə ki, AR IXM-in IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Işə baxan birinci instansiya məhkəməsi MMC-nin əməlində inzibati xəta tərkibinin (obyekt, obyektiv cəhət, subeykt, subeyktiv cəhət) hansı əlamətinin və ya əlamətlərinin olmadığını əsaslandırmadan, sadəcə məhkəmənin mülahizəsinə görə səlahiyyətli orqanın prosessual qaydalara riayət etmədən məhkəməyə müraciət etməsinə istinad edərək MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Məhkəmə göstərilən halları, o cümlədən, iş materiallarında olan və yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək «xxxx” MMC AR IXM-nin 539.3-cü maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə «xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır və MMC-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində, yəni cərimə edilməsini AR IXM-nin 21-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab edərək AR IXM-nin 116.1-ci maddəsinə əsasən təyin edilmiş cərimənin şərti tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, AR IXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin «xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” MMC AR IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə edilməli, həmin cərimə AR IXMnin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, hüquqi şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət ərzində (01 ay) məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «xxxx” MMC-yə izah edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və AR IXM-nin 128-134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L I R : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin «xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. «xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilsin. AR IXM-nin 116.1-ci maddəsinə əsasən «xxxx” MMC-yə AR IXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. «xxxx” MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «xxxx” MMC-yə izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1480/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1480/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver