Məhkəmə qərarları › İş №3(3-6)-1481/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1481/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1481/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Şövkətli-X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026cı il tarix, saat 12:05-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ictimai qaydanı pozması və polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə və əvvəli inzibati qaydada tutulduğu ## ### 2026-cı il tarix, saat 12:20-dən hesablanmaqla 25 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, ona köməklik göstərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini yalnız onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə razı deyildir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsi iclasındakı ilə eyni məzmunda izahat verib, iş üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmiş, bununla belə, barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ### 2026-cı il tarixli raporta əsaslanmaqla, düzgün olaraq Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati tənbeh tədbirinin Azərbaycan Respublikası İXM-in 31 və 32-ci maddələrinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normaları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində həmin Məcəllənin 21ci maddəsində göstərilmiş məqsədlərin təmin olunması 31.4-cü maddəsinin tələbinə uyğun olaraq, 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olaraq məhz inzibati həbsi tətbiq edərkən haqlı olsa da, onu 25 gün müddətə tətbiq edərkən haqlı olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati həbsin müddəti 15 günə qədər azaldılmalıdır. Ona görə ki, həmin müddət onun barəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün kifayətdir. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməli, ona Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tətbiq edilmiş 25 gün müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 15 günə endirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə tətbiq edilmiş 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 15 (on beş) günə endirilsin. Həmin məhkəmə qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar