Məhkəmə qərarları › İş №3(3-6)-1482/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1482/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1482/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə ## ### 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-ci il tarixli qərarının dəyişdirilməsini, həbs müddətinin azaldılmasını və ya daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə bütün halları, ailə vəziyyətini və əvvəllər hüquq pozuntusuna yol verməməyini nəzərə alınmasını istəyir. Baş vermiş hadisə zamanı emosional vəziyyətdə olub və həmin hadisəyə görə dərin peşmançılıq hissi keçirir. Qərarda qeyd olunan bəzi hallar, xüsusilə polis əməkdaşına yumruq atılması və kobud davranışla bağlı hissələr hadisənin faktiki gedişatını tam əks etdirmir. "Bravo" marketin həyətində mövcud olan videogörüntülərdən də görünür ki, hadisə qərarda göstərilən formada baş verməmişdir. Baş vermiş hadisə ilə əlaqədar qarşı tərəfdən və narahatlıq yaratdığı bütün şəxslərdən səmimi şəkildə üzrxahlıq edir. Həmçinin qeyd edir ki, bu günədək heç bir inzibati və ya digər hüquq pozuntusuna görə məsuliyyətə cəlb olunmayıb. Ilk dəfədir ki, belə bir hadisə ilə qarşılaşır. O daimi çalışan, ailəsinə maddi və mənəvi dəstək göstərən bir şəxsdir və indiyədək heç vaxt polis əməkdaşlarına və ya digər şəxslərə qarşı kobud davranış sərgiləməmişdir. Əksinə hər zaman qanunlara hörmətlə yanaşan bir şəxs olub. Ailə üzvlərinin, xüsusilə anasının səhhətində ciddi problemlər mövcuddur və onun daimi qayğıya ehtiyacı vardır. Onun inzibati həbsdə olmağı ailəsinin maddi və mənəvi vəziyyətinə ciddi mənfi təsir göstərir. Ailəsinin ona ehtiyacı vardır. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini və inzibati cərimənin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxsin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb şikayət vermiş şəxsi dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixində Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onlara qarşı qanuna zidd hərəkətlər etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol patrul xidməti əməkdaşlarını telefonla çəkərkən polis əməkdaşlarının çəkilişi dayandırması və silməsi, onlarla birlikdə şöbəyə getməsi barədə göstərişinə məhəl qoymayaraq ictimai qaydanı pozmuşdur. Həmçinin şəxs şöbəyə gətirildikdən sonra da, şöbədə səs-küy salmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, onun avtomobili xarab olduğu üçün “Bravo” marketin həyətində saxlamış və evakuator maşını apararkən həvəskar olduğu üçün həmin səhnəni çəkmişdir. Bu zaman görmüşdür ki, onun arxasından 1 nəfər şəxs qaçır və mülki maşında olan polis əməkdaşları şəxsi qovalayır. Həmin hadisə onun görüntüsünə düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq çəkilişi dayandırması və silməsini bildirdikdə, onlara çəkilişi silməyə razı olduğunu, lakin onlarla şöbəyə getmək istəmədiyini bildirmişdir. Daha sonra onun gözünə bibər qazı sıxıldığı üçün qışqırmışdır. Həmçinin şöbədə olarkən saxlandığı yerdə digər şəxs siqaret çəkdiyi üçün o etiraz olaraq qışqırmağa başlamışdır ki, nəfəs ala bilmir qapını açsınlar. Törətdiyi əməldən səmimi peşmandır, ona cərimə növündə inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş BBBI-nin X1 Idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşayiət-eksort bölüyü yol patrul xidməti inspektoru işləyən X6 bildirmişdir ki, Iqbal adlı şəxsin arxasınca qaçarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxs onları telefonla çəkməyə başlamışdır. Burhandan çəkilişi dayandırmasını, videonu silməsini bildirdikdə Burhan qanuni tələbə məhəl qoymayaraq, qışqırmağa başlamış, özünü yerə atmış, daha sonra gödəkçəsini çıxararaq ona yumruq atmağa başlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə gətirildikdən sonra şöbədə olan əməkdaşları və onları təhqir etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş BBBI-nin X1 Idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşayiət-eksort bölüyü yol patrul xidməti inspektoru işləyən X2 bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çəkiliş apararkən şəxsdən çəkilişi dayandırması tələb olunsa da, şəxs imtina edərək özünü yerə yıxmış, Cəfərzadə Ruslana yumruq atmış, onları və şöbədə olan əməkdaşları təhqir etmişdir. BBBI-nin X1 Idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşayiət-eksort bölüyü yol patrul xidməti inspektoru işləyən X6 və baş inspektor X2 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli raportdan görünür ki, ## ### 2026 cı il tarixində saat 12:40 radələrində Babək prospektində xidmətdə olarkən **-YP-*** DQ lı patrul avtomaşın ilə xidmət apararkən efir vasitəsi ilə növbətçi hissədən məlumat verildi ki, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması vacib avtomaşındır. Mən hərəkət edərkən avtomobil qarşımdan döndü. Babək prospektində yerləşən Bravo marketin həyətinə daxil oldu. Sürücüyə yaxınlaşıb özümü təqdim etdim və Yol hərəkəti haqqında qanunun 37.1-ci maddəsinə əsasən ondan sənədləri təqdim etməsini tələb etdim. Bu zaman sürücü sənədləri verməkdən imtina edərək bəhanələr gətirmişdir. Mən ona bildirdim ki, avtomonilə aid sənədlər və etibarnamə təqdim edilməlidir.Sürücü özbaşına bizi çəkməyə başladı. Ona dəfələrlə bildirdim ki, respublikada dünya səviyyəli tədbir keçirilir, çəkilişləri dayandır və çəkdiklərini sil, lakin sürücü anidən maşından düşərək qaçmağa başladı. Inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 13:10-da inzibati qaydada tutulmuşdur. Hadisənin baş verməsini əks etdirən görüntülərə məhkəmə iclas zalında baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs görüntüləri silməsini tələb etmiş, daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü yerə yıxmış, gödəkçəsini çıxararaq polis əməkdaşına müqavimət göstərmiş, həmçinin şöbədə olarkən qışqıraraq saxlanma yerinin qapısına təpikləmişdir. Birinci instansiya məhkəməsi şəxsin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə belə hesab edir ki, iş materiallarında şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər sübutlar vardır. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə şikayətin dəlilinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Işin halları və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti cərimənin tətbiqi üçün əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-ci il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair *(*-**)-****/**** saylı, ## ### 2026-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar