Məhkəmə qərarları › İş №3(3-6)-1485/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1485/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1485/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “TRANZİT” MMC-nin direktoru Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “TRANZİT” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “TRANZİT” Məhdud Məsuliyyətl Cəmiyyətinin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X2 R X5 tərəfindən tərtib edilmiş protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan “TRANZİT” MMC tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir, “TRANZİT” Məhdud Məsuliyyət Cəmiyyətinə ünvanlanmış bildiriş ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir. Lakin məhkəmənin istinad etdiyi hallar onu göstərir ki, bildiriş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxsə yox, hüquqi şəxsin ünvanına göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, “TRANZİT” Məhdud Məsuliyyət Cəmiyyətinin mülkiyyətində olan “HYUNDAI GRANDEUR MİNİK” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərara dair poçt bildirişi ##.##.2026-cı il tarixində Nümayəndə ünvanına təqdim edilmişdir. Bu səbəbdən, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin qərarın rəsmi qaydada alındığı tarixdən, yəni ##.##.2026-cı il tarixindən hesablanması xahiş olunur. Bildiririk ki, “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədildiyi vaxt idarə etmiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi ilə əlaqədar səlahiyyətli orqan tərəfindən göndərildiyi qeyd olunan sorğu tərəfimizdən qəbul edilməmişdir. Qeyd edirik ki, “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitələri ilə bağlı inzibati xəta haqqında tətbiq edilmiş cərimələr tərəflərindən hər zaman gecikdirilmədən ödənilmiş, bu kimi hallarla əvvəllər üzləşilməmişdir. Həmçinin bildirilir ki, “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “HYUNDAI GRANDEUR MİNİK” markalı, **-YY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında X6 istifadəsində olmuşdur. X6 adına verilmiş ##.##.2026-cı il tarixli etibarnamə tərəflərindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim edilmişdir. Sözügedən nəqliyyat vasitəsinə aid bütün inzibati cərimələr tərəflərindən ödənilmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq hesab edilir ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin direktoru Nümayəndə məhkəmə iclasında şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, qərar ləğv edilərək yenidə araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. İş materiallarında olan ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün ərzində verməmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, “TRANZİT” Məhdud Məsuliyyətl Cəmiyyətinin mülkiyyətində olan “HYUNDAİ GRANDEUR MINIK” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələbi pozularaq, nəqliyyat vasitəsini idarə etmək hüququ olan fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 təqdim edilməsi “TRANZİT” Məhdud Məsuliyyətl Cəmiyyətindən xahiş edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsinin sürətindən görünür ki, “TRANZİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ona ünvanlanmış bildirişi ## ###### 2026-cı il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi xarakterizə edən halları və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “TRANZİT” Məhdud Məsuliyyətl Cəmiyyəti təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs apellyasiya şikayətində də qeyd etmişdir ki, “TRANZİT” Məhdud Məsuliyyət Cəmiyyətinə ünvanlanmış bildiriş ## ###### 2026-cı il tarixdə qəbul edilmiş olsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərara dair poçt bildirişi ##.##.2026-cı il tarixində Nümayəndə ünvanına təqdim edilmişdir. Bu səbəbdən, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin qərarın rəsmi qaydada alındığı tarixdən, yəni ##.##.2026-cı il tarixindən hesablanması xahiş olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1ytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “TRANZİT” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin və iş yenidən baxılaraq araşdırılma aparılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1ytarılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar